KİTABI MƏNƏ VERƏNDƏ...
Məqalə müəllifi Elizabeth Minkel «Molla Nəsrəddin» jurnallarından ibarət kitabın necə böyük təsir gücünə malik olduğunu göstərmək üçün yazır:
«Evimə gələnlərin hamısı kitabın parlaq narıncı cildini görən kimi götürüb baxır və təxminən 20 dəqiqəliyinə kitab «yoxa çıxırdı».
Elizabeth Minkel-in məqaləsi dünyanın ən sanballı jurnallarından olan «The New Yorker»də çap edilib.
Həmin adamların hamısı kitabı gözdən keçirəndən sonra ev yiyəsindən «Kitabı oxumaq üçün apara bilərəmmi?» – deyə soruşub.
Məqalə «The magazine that almost changed the world» («Demək olar dünyanı dəyişmiş jurnal» adlanır). Müəllif «Molla Nəsrəddin» karikaturalarından ibarət olan və ingiliscə buraxılmış kitabı haqda daha sonra yazır:
«Kitabı mənə verəndə bilmədim ki, harasından başlayım. Bu, 200 nəhəng, parıltılı səhifədən ibarət kitabda gözəl, amma mənim üçün tamamilə yad olan, dərhal müəyyənləşdirə bilmədiyim yer və dövrün kişi, qadınlarının əks olunduğu illüstrasiyalar vardı».
Elizabeth Minkel yazır ki, kitabla ilk tanışlığı Bakıda – Qız qalasına yaxın bukinistdə başlayıb. «Molla Nəsrəddin» jurnallarının toplandığı kitab öz ölçüsü, çəkisi, çap keyfiyyəti və paqlaq rəngləri ilə sovet dövrünün boz kitab yığını arasında seçilirmiş. O, dükançı Elmanla «Molla Nəsrəddin»ə tamaşa edir, kitab da bir təsvirəgəlməz gözəllik olaraq onları «süzürmüş».
«MOLLA NƏSRƏDDİN» İNQİLABİ İDİ
«Molla Nəsrəddin»in 20-ci yüzilliyin ilk 30 ilində çap edilmiş satirik jurnal olduğunu, «Mərkeşdən İrana qədər oxunduğunu», Mərkəzi Asiyanın müştərək obrazı olan Molla Nəsrəddin obrazının jurnal üçün ümumiləşdirilmiş surətə çevrildiyini yazan müəllif jurnaldakı karikatura və məlumatların bölgənin həyatı və ənənələri haqda dolğun təsəvvür yaratdığını qeyd edir.
Məqalə müəllifinin fikrincə, «Molla Nəsrəddin»in fəaliyyəti bir sıra mənalarda inqilabi idi.
Regionda söz azadlığına xüsusi bir hörmətin nümayiş etdirilmədiyi dövrdə jurnalın yazarları cəsarətlə siyasəsi, dini mövzularda satirik yazılar yazır, müstəmləkəçiliyi, cəhaləti, qadın hüquqsuzluğunu hədəfə alırdılar.
(Amma müəllif Azərbaycanda qadınlara səsvermə hüququnun 1919-cu ildə, yəni ABŞ-dan 1 il əvvəl verildiyini də qeyd edir).
Elizabeth Minkel bölgədə əhalinin çox hissəsinin savadsız olduğu bir dövrdə jurnalın karikatura və şəkilaltı sözlərdən istifadə etmək seçimini «diqqətli və ağıllı addım» adlandırır.
Müəllif qeyd edir ki, məqalələr jurnalın ən maraqlı hissələridir.
Həmin yazılar «rus dilində, yəni müstəmləkəçilərin dilində yox, Azəri türkcəsindədir».
Məqalə xüsusi olaraq qeyd edir ki, jurnal «Slavs and tatars» adlanan beynəlxalq müzakirə qrupunun da diqqətini cəlb edib.
«MOLLA NƏSRƏDDİN» MÜZAKİRƏ OBYEKTİ SEÇİLİB
Dünyanın bir sıra media orqanları və mədəniyyət qurumlarını əhatə edən həmin diskussiya qrupu «Molla Nəsrəddin»i növbəti müzakirə obyekti olaraq seçib. Artıq Dubaydakı kitab yarmarkasında və başqa yerlərdə kitabın təqdimatı keçirilib, onun yazdığı problemlər haqda insanlara məlumat verilib.
«Slavs and tatars» «Berlin divarından şərqdə, Çin səddindən qərbdə Avrasiya arealında» müxtəlif mövzularda diskussiyalar keçirir.
Məqsəd bu diskussiyada kiçik xalqların baxış bucağını da dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Satirik baxış müzakirə qrupunun əsas vasitəslərindən biridir.
Növbəti müzakirələr bu ilin axırınacaq Vyanada, Bazeldə, Münhendə, Minskdə və 2012-ci ildə Ştutqartda olacaq.