"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazıçı Əli Əkbərdir.
Azərbaycanlılar maşın sürməyi, yolla getməyi, gülümsəməyi bacarmır, ümumiyyətlə, yaşamağı bacarmır.
Dövlət başcısı və baş nazir danışanda çox böyük əziyyət çəkirlər. onlara baxanda ürəyim ağrıyır.
"Iki-üç istisnadan savayı qadınlar ciddi nəsr nümunəsi ortaya qoymayıblar".
"69-cu ildən Heydər Əliyev bu xalqın üstündə xəmir kimi işləməyə başladı".
- Müsahibədən öncə indi üzərində işlədiyiniz roman haqqında danışanda “Mənim yazdıqlarımı qadın yaza bilməz”- demişdiniz.
Kitabının üzərinə “Tabuları qırmaq asan olmayacaq” şüarını yazmış yazarın bu cür düşünməsi, sizcə, ziddiyyətli görünmür ki?
- Ədəbiyyatda qadın prozası deyilən bir anlayış var. Bu, qadın yazarların səviyyə baxımından aşağıda, yaxud yuxarıda olmasına dəlalət etmir.
Məsələn, çox yüngül, rahat oxunan, romantizmi çox olan kişi mətnlərinə də qadın prozası deyirlər. Bu, təhqir deyil, faktdır. Iki-üç istisnadan savayı qadınlar ciddi nəsr nümunəsi ortaya qoymayıblar.
“Ovod” əsəri maskulin, əsl kişi əsəridir. Əslində kişi kimi qadın ifadəsinin əleyhinəyəm və bunu qadınlar üçün təhqir hesab edirəm.
Özü də bu gün bu ifadələrdən daha çox qadınlar istifadə edirlər - kişi kimi qadınam, kişi qeyrətliyəm.
Amma cəmiyyət bu ifadələr ilə mübarizə aparmır - nə qadınlar, nə də kişilər. Əslində isə bu ifadələr ən böyük təhqirdir.
Qadın qeyrətli ola bilməzmi? Mərd ola bilməzmi? Bunu çox rahatlıqla qəbul edirik. Amma qadın bir əsər ortaya qoya bilməz deyəndə, etiraz edirlər, inciyirlər.
- "Oxu Zalı"nın Facebook səhifəsində Rafiq Tağı ilə sizin debatınız qəribə alındı. Rafiq Tağı müzakirəyə geciksə də, sizin bütün fikirlərinizə münasibət bildirdi. Amma siz onun fikirlərini cavabsız qoydunuz...
- Rafiq Tağı yalnış yerə girişdi. Elçibəy, Mirzə Cəlil, Sabir - toxunulmaz deyillər əlbəttə, amma həm də toxunulmazdılar.
Çünki bu insanların heç kimlə işi yoxdu. Bu insanlara hücum etmək, deyərdim ki, günahdır. Rafiq Tağı bu məsələdə deyə bilər ki, "Neyləmişəm ki? Sabiri gündəmə gətirmişəm".
Amma mən belə düşünmürəm. İstənilən azərbaycanlını, hətta tərəzidə aldadan satıcını, yaxud rüşvətxor məmuru dindir, sənə Sabirdən ən azı üç şeir əzbər deyəcək.
Axırda da belə bir haşiyə çıxacaq ki, görürsənmi, kişi yüz il əvvəl bunları yazıb, amma bu gün də nə qədər aktualdır. Sabiri gündəmə gətirmək üçün ona bir heykəli çox görmək lazım deyildi.
Mən də forumda dedim ki, Heydər Əliyevin heykəli barədə bir yazı yaza bilməyən yazar Sabir haqqında bu cür danışa bilməz.
O da cavab vermişdi ki, "Əli Əkbər Çingiz Abdullayevin kitablarını tərcümə etdiyi vaxtlar mən Heydər Əliyev haqqında yazılar yazırdım".
Birincisi, Rafiq Tağı Heydər Əliyev haqqında heç vaxt yazı yazmayıb, belə bir cəsarətdə bulunmayıb. Ondan belə bir tələbimiz də yoxdur. Ona heç kim, “sən niyə hakimiyyəti tənqid etmirsən?”- deməyib.
O, demokratik düşərgəni özünə hədəf seçəndə artıq istər - istəməz bu sualla qarşılaşır.
Və əslidə yerində sakit otursa, heç kim ona bu sualı ünvanlamayacaq. Mən Çingiz Abdullayevin beş kitabını tərcümə etmişəm, 1999-cu ildə. Həm də onlar mən Türkiyədə yaşayanda tərcümə olunub.
Tətillərə gələndə isə mütləq Azərbaycanın siyasi həyatında aktiv iştirak edirdim.
2000-ci illərin əvvəllərində Azərbaycana qayıdanda isə mən yazmağa başladım. Odur ki, Rafiq Tağı yalan deyir, həmin ərəfədə o, Heydər Əliyev haqqında yazı yazmayıb.
- Forumda Rafiq Tağıya dəstək verənlər də çox oldu, tənqid edənlər də. Sizdə o fikirdəsiniz ki, Rafiq Tağı belə yazılarla gündəmdə qalmaq istəyir?
- O, belə yollara əl atır. Rafiq Tağı öz kitabları ilə gündəmdə deyil. Rafiq Tağının kitabları satılmır, oxunmur. Mən buna təəssüf edirəm.
Çünki, onun hekayələri pis hekayələr deyil. Rafiq Tağının kitabları nəinki ilk onluğa, heç ilk iyirmiliyə də düşmür.
O, Azərbaycan ictimai şüurunda “Avropa və biz” adlı yazısı ilə, peyğəmbəri söyən adam kimi qalıb. Siyasi çevrələrdə isə, Elçibəyə, Mirzə Cəlilə sataşan adam kimi xatırlanır.
Sonra isə Sabirlə gündəmə gəldi. Amma bu gün Azərbaycanda yazarlar var ki, ad çəkmək istəmirəm, öz əsərləri ilə gündəmə gəlirlər.
Amma sorğu keçirsəniz, Rafiq Tağının bircə əsərinin adını çəkən tapılmaz. Və yenə də deyirəm ki, buna sevinmirəm.
Çünki Rafqi Tağı da oxunmursa, bu mənə ziyandır. Deməli, bu həm də mənim oxucularımın azlığı deməkdir. Mənim kitablarım çıxanda üç ay ərzində min-minbeş yüz tirajla satılır.
Əvvəllər mən buna sevinirdim. Amma yazıçının bir il, il yarım dolanması üçün heç olmasa beş min kitab satılmalıdır.
- Sizcə, bu gün Azərbaycanda ən çox əsərləri satılan müəllif kimdir?
- Mən eşitmişəm ki, Qaraqan adlı gənc rokçunun kitabları satılır. Bu da mənim qüsurumdur ki, onun əsərləri ilə tanış deyiləm. Bu isə çox təbiidir, çünki o, şou-biznes adamıdır.
Bu gün Aygün Kazımova da bir kitab yazsa, satılacaq. Qaraqan da yazıçı deyil, şou əhlidi. Kitablarını oxumasam da, onun radioda, televiziyada çıxışlarını görmüşəm.
Olduqca profanastik, savadsız göründürdü. Mədəni və kübar olmağa çalışırdı. Amma, təkcə Azadlıq Radiosundakı bir saatlıq çıxışı bəs edirdi ki, onun söz balansının nə qədər kasad olduğu məlum olsun.
Və mən belə bir qənaətə gəldim ki, bəlkə bir mətnin üzərində redaktorlar heyəti işləyə ki, kitab halına gələ və o satıla. Amma ondan söhbət getmirsə, bu gün Azərbaycanda ən çox kitabları satılan əlbəttə ki, mən və Seymur Baycandır.
Və bu təkcə mənim fikrimi deyil, istənilən kitab mağazasında bunu təsdiq edərlər.
- Bu sadaladıqlarınızıdan xeyli narahat və narazısınız - şou əhli kitab yazır, kitabları yaxşı satılır, oxucu kütləsi azdır və s. Ədəbi mühitdəki bütün bu anlaşılmazlıqların, disbalansın yaranmasının səbəbi nədir?
- Bu gün dünya ədəbiyyatından tərcümələr olunur, amma Trotskini tərcümə etmək kimsənin ağlına gəlməz.
Tiflisdə isə az qala hər kitab dükanında Trotskinin əsərlərinin tərcüməsini görmək olur.
Ola bilər ki, onlar çox az tirajda çıxır, məhdud oxucu dairəsi üçün dərc olunur. Amma Gürcüstanda incəsənət adamına dəyər verilir, özü də titul verməklə, ad verməklə yox.
Bu gün toyxana sisteminin hakim duruma gəlməsi əlbəttə ki, siyasi hakimiyyətin xidmətləridir.
Bir ictimai fiqur əgər telekanala çıxmırsa, bu ölkədə çox ciddi problemin olduğundan xəbər verir.
Əslində 69-cu ildən Heydər Əliyev bu xalqın üstündə xəmir kimi işləməyə başladı və nəticədə özünə lazım olanı yoğurdu. Ikinci dünya müharibəsində incəsənətin bütün sahələrində sürətli inkişaf getdiyi halda 69-cu ildən maneələr yaranmağa başlandı.
Yaltaqlıq kultlaşdırıldı, rüşvət ayaq açıb yeridi.
Bunlarsız həyat təsəvvüredilməz hala gəldi. Bu gün Azərbaycanda olan bütün problemlərin başında siyasi hakimiyyət dayanır.
- Saytlarda yazılarınıza gələn şərhlərin arasında bir xeyli sərt fikirlər var. Onları görəndə ruhdan düşmürsüz ki?
- Azadlıq Radiosunun şərh yazmaq üçün qeydiyyatın aparılması şərti çox yaxşı oldu.
Həmin o uğursuzların, alçalmış və təhqir olunmuşların şərhlərinin azalmasına gətirib çıxardı. Indi bu uğursuz şərhyazanların toplaşdığı məkan “Qafqazinfo” saytıdır.
Bu cür şərhləri yazanlar kimlərdir - 300 manatdan 1000-1500 manata qədər sabit gəlirləri olan, vətəndaş mövqeyi olmayan, qorxaq, müti, nökər olan insanlardır.
Və onlar böyük mənada siyasi hakimiyyət tərəfindən alçaldılırlar. Və bunlar qıcıqlanır ki, niyə bunlar sözlərini deyə bilirlər, biz yox. Onlar bizim azadlığımıza paxıllıq edirlər.
Əslində bu azadlığı ona görə nümayiş etdiririk ki, hamı bizim kimi azad olsun. Qorxmaq lazım deyil.
Biz nə qədər çox olsaq, bu bəladan o qədər tez qurtularıq.
Azərbaycanlılar mənim tanıdığım xalqların içərisində yeganə xalqdır ki, onu özbaşına buraxsan istiqaməti Avropa olacaq. Azərbaycanın ritorikasını hər zaman siyasi hakimiyyət şərtləndirir.
Və o şərh yazanlar - təhqir olunmuş, alçaldılmış insanlar düşünürlər ki, niyə mənim cəsarətim çatmır bunları deməyə? Niyə axı Əli Əkbəri öldürən yoxdu?
Şərhlər isə məni qətiyyən həvəsdən salmır. Mən yazdıqca yazmağı öyərnirəm, dili öyrənirəm.
Biz nə qədər desək ki, bizim dilimiz naqis, kasıb dildir, şükür ki, dilimiz bu gün nəsr əsəri yaratmaq üçün istifadəyə yararlı olan səviyyəyə çatıb. Əvvəllər isə daha çox poeziyaya yararı olan dil idi. Dilin inkişaf etdirilməsində dövlət də maraqlı olmalıdır.
Təəssüf ki, bu belə deyil, çünki hakim ailə özü rusdillidir. Və Azərbaycanın rusdilli siyasi elitası Azərbaycan dilinə “kəndçi” dili kimi baxır. Onlar, sadəcə, bu dildə danışmağa məcburdurlar.

- Hər şeyi hakimiyyətin üzərinə atmaqla xalqın özünün nələrisə düzəltməyə cəhd etməməsinə bəraət qazandırmaq olarmı?
- Bəli, hakimiyyətdən danışmasaq, bizim camaat arasında tərbiyəsizlər çoxdu. Mən indi Yeni Yasamalda yaşayıram.
Səhər oyananda görürəm ki, maşınların üzərində soğan qabıqları var. Üstünə yuxarı mərtəbələrdən tüpürübər, tum qabığı atıblar. Yəni bu insanlar pəncərələrdən zibil atırlar.
Insanın özündə tərbiyə olmayandan sonra heç bir siyasi hakim dairə onu dəyişə bilməz. Amma bu cür insanlar üçün sərt cəza mexanizmləri olmalıdır. Çünki biz xalq yetişdirmək istəyiriksə, ən sərt cəza növləri olmalıdır.
Məsələn, alman mədəniyyəti belə inkişaf edib. Əlbəttə ki, o cür üsulları bu gün tətbiq etmək düzgün olmazdı, amma cəza lazımdı.
Azərbaycanlılar maşın sürməyi bacarmır, yolla getməyi bacarmır, ümumiyyətlə, yaşamağı bacarmır.
Baxırsan ki avara simalı biridir, avara bir maşında yüksək sürətlə yanından uçur. Fikirləşirsən ki, bu hara tələsə bilər? Ya kiminsə balasın vuracaq, ya kiminsə maşının əzəcək.
Cəmiyyətdə çox ciddi sevgi problemi var. Gülümsəməyi bacarmayan xalqdır. "Niyə gülürsən? Qadınsansa, fahişəsən, kişisənsə - mavisən"- deyə düşünə biləcək xalqdır.
Mən deyirəm ki, hakimiyyət bizə elə bir şərait yaratsın ki, dəyişə bilək. Axı dəyişmək mümkündür.
Bu gün müxtəlif gənclər təşkilatları var. Çox aktiv olan “Dalğa” və "Nida" gənclər hərəkatları var, o gənclər çox kitab oxuyan, intellektual gənclərdir.
Məni yaxşı mənada daim təəccübləndirirlər və onların da sırası durmadan artır.
- Ötən həftə rubrukamızın qonağı Əjdər Ol sizdən soruşub ki, Əli Əkbər yazarın oxucuya hörmətini nədə görür?
- Yazarın oxucuya hörməti, minnət qoymamağıdır. Oxucuya minnət qoymaq olmaz. Bunlar oxucuya minnət qoyan adamlardır.
Bir halda ki, bu xalq "rüşvət"i "hörmət" sözü ilə əvəz edə bilib, hansı hörmətdən söhbət gedə bilər? Əjdər Ol dəqiqləşdirsin, sualında rüşvəti nəzərdə tutub, yoxsa hörməti?
- Növbəti qonağımız Musa Yaquba sualınız varmı?
- Soruşmaq istərdim ki, Musa müəllim, siz yenidən dünyaya gəlsəydiniz, yenə şair olardınız?
FEYZİYYƏ
Həmçinin oxu
Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."
Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"
İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"
Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"
Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"
Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"
XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"
Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"