Hər bir azərbaycanlının lap məktəb illərindən əzbərlədiyi rəqəmlərin içində 2 tarixi rəqəm də var -- 1812-1878. Söhbət Azərbaycanın və bütövlükdə müsəlman Şərqinin böyük düşüncə adamı, maarifçi və yazıçı-dramaturq Mirzə Fətəli Axundovun doğum və ölüm tarixlərindən gedir. 66 yaşında dünyayla vidalaşmış, həyatını haqsızlıqlarla, mənəvi sarsıntılarla keçirmiş bu unikal şəxsiyyətin 2012-ci ildə 200 yaşı tamam olur. Bu proqramda həmin doğma adamın -- Mirzə Fətəlinin izinə düşmüşük. Bələdçimiz hələ Sovetlər dönəmində onun haqqında Azərbaycan və rus dillərində «Fətəli fəthi» adlı roman yazmış ünlü yazar Çingiz Hüseynovdur. Uzun illərdir Moskvada yaşayan Çingiz bəylə söhbətimiz «Fatalnıy Fatali» romanının Moskvada təkrar nəşriylə üst-üstə düşdü. Həm Mirzə Fətəlidən danışdıq, həm də, bəzi mətləblərə toxunduq.
--Çingiz bəy, xoş gördük, vəziyyətiniz necədir?
YUXULARIMI YAZIRAM
-- (Gülür) Mənim vəziyyətim yaşa bağlıdır. Allaha şükür ki, şikayət etməyə səbəb yoxdur. Canım-başım yaxşıdır. Çalışıram, dərsimi deyirəm. Yuxularımı yazıb çap etdirirəm. 20-dən çox yuxum çap olunub. «Turan» Agentliyi mənə portal ayırıb—hər həftə iki dildə yuxularımı yazıram -- contakt.az-da, təxminən iki səhifəlik yazılardır. Bəzi yuxularımı göndərəndə, deyirdim ki, çap eləməyəcəklər, qorxacaqlar. Deyirdim, bu yazılar ya çap olunmayacaq, ya da çap olunsa, zəlzələ başlayacaq Azərbaycanda... Amma...
YAZILARI OXUYAN YOXDUR!
...Oxuyan yoxdur, Sevda xanım! Yazıları oxuyan yoxdur!
-- Çingiz bəy, yuxularınızda nələr var?
-- Yuxular bizim gördüyümüz reallıqdır. Tarix də var orda, yuxudur da, şüur altının oyunlarıdır. Bizim həyatımıza aiddir. Özü də, qəribədir, rus və Azərbaycan dili variantları bir-birindən bəzən fərqlənir. Çünki dilin hökmü var, oxucu fərqlidir. Bax, bu yaxınlarda «Fatalnıy Fatali»ni təzədən çapa verəndə, onu oxumalı oldum. Heç inanmadım ki, bunu mən yazmışam...
DİVİN AĞZINDAN ALMANI ALDIM
-- Niyə, niyə inanmadınız?
-- Bu romanı mən 70-ci illərin ortalarında yazıb bitirdim. Amma onu uzun müddət çap etdirə bilmədim. Çünki ilk dəfə milli yazıçı sovet dövründə çar Rusiyasının müstəmləkə siyasətini açıb göstərib ifşa etmişdi. Milli yazıçılara bu icazə yox idi. Senzura buraxmırdı belə yazıları. Çar müstəmləkə siyasətini Tolstoy da tənqid edib, başqa rus yazıçıları da. Onlara olardı, bizə yox. Axı o dövrdə rus xalqı ilə Azərbaycan xalqının «birləşməsini» bayram kimi qeyd edirdik. Elə bir şəraitdə həqiqəti yazmaq qətiyyən mümkün olan iş deyildi. Hətta rusca çapından sonra Azərbaycan dilində çıxanda, Azərbaycan senzurasının çox güclü iradları oldu. Dedim, axı, bu rus dilində çıxıb? Dedilər, milli respublikalarda senzuranın vəzifəsi başqadır. Amma mən vəzifəmdən və tanışlıqdan istifadə edib kitabı Bakıda buraxdıra bildim. «Fətəli fəthi» adıyla. O dövrdə onun çapına kömək edənlər oldu. Moskvada Yuri Trifonov kömək elədi, Məxsusi onun üçün Bakıya gəldim ki, Azərbaycan variantını senzuranın əlindən alıb çapa verim. Əjdər Xanbabayev (Nəşriyyat Komitəsinin o vaxtkı direktoru–S.İ.) zəng vurdu ki, özünüz gəlməsəniz, senzuranın əlindən kitabı almaq olmayacaq. Uçdum Bakıya və divin ağzından almanı aldım...
-- Bəs roman çıxandan sonra təzyiqlər oldumu?
Roman çıxandan sonra yenidənqurma başlandı. Aləm bir-birinə qarışdı. Amma Moskvada 1981-ci ildə çıxmışdı və 4 dəfə təkrar çap olundu. Amma o qədər də yayılmadı. Bilirdilər, oxuyurdular, tənqid etməyə əsas yox, tərifləməyə də əsas yox. O vaxt Şamil hərəkatı yasaq idi. Qafqaz-Rusiya məsələsi də həmçinin. Nə isə, çapdan əvvəl «Fatalnıy Fatali»ni oxudum, bir cümləsini də dəyişdirməyə ehtiyac görmədim. Necə var, eləcə çap etdirdim. Çünki gördüm ki, həqiqətdir, bu gün üçün yazılıb. Hətta Qarabağ xanının öldürülməsi, bütöv ailəni ki, qırdılar—onu da mən yazmışam. Bu problemlər müzakirə olunan problemlərdir, qanlı problemlərdir.
İNDİ SÖZƏ BAXAN YOXDUR
--Çingiz bəy, düşünürsüz ki, bu roman rus oxucusu üçün maraqlı ola bilər?
-- Əlbəttə! Maraqlı ola bilər. Çünki Qarabağdır, Şamildir—mübarizə indi də davam edir. Amma o zaman mən bunu yazanda, biz qara zülmət içində yaşayırdıq. Ölkə zülmət içindəydi. İndi də zülmət azalmayıb. Amma xoşdur yaşamaq. Ruh azadlığı var. Sözümüzü deyə bilirik. Hər halda, indi deyilən sözə baxan da yoxdur (Gülür). Amma o zaman sözdən qorxu var idi. Sovet dövründə həqiqətdən qorxurdular. Amma indi nə istəyirsən çap et, heç kimin vecinə də deyil... Qəribə vəziyyətdir, çox maraqlı vəziyyətdir. Yumor, istehza-eyham doğulan bir dövrdə yaşayırıq.
MÜSTƏQİLLİYİN ƏN BÖYÜK QAZANCI—DİLİMİZDİR
-- Çingiz bəy, bir azca mövzudan kənar olsa da, soruşmağa məcburam. İlk dəfə «İz» proqramında Sizdən müsahibə aldığım vaxtdan 5-6 il keçir. Bu müddətdə nələr dəyişib?
--Vallah, nə deyim? Məncə, bizim ən böyük qazancımız dil azadlığı oldu. Açıq söz demək mənasında yox, dilin inkişafı mənasında. Dilimiz bu saat çox inkişaf etməkdədir. Dilin inkişafı xalqın inkişafı deməkdir. Çünki dil vasitəsilə elə dərin mətləblərə girə bilinir ki, bu da bizim inkişafımızı göstərən amillərdən biridir. Başqa cəhətlər--insan hüquqları və s. təkcə Azərbaycana aid deyil, elə Rusiyada da özünü göstərir. Amma Azərbaycan dilinin dövlət dili kimi inkişafına imkan yarandı. Türkiyə ilə, türkdilli dövlətlərlə əlaqə yarandı. Dil də Allah tərəfindən verilmiş böyük bir nemətdir, verilib insana... Və dilin inkişafı insanın psixikasının, qəlbinin inkişafı deməkdir. İnsan özünü, ətrafını, dünyanı yalnız dil vasitəsilə dərk edir. Odur ki, dil inkişaf edəndə, vasitələrin də imkanları artır. Yəni, dilin millətin özünü tanımasında böyük rolu var. Odur ki, deyirəm--müstəqilliyimizin ən böyük qazancı dilimiz oldu.
AZƏRBAYCANIN BUNDAN XƏBƏRİ VAR?
Burada «Reqnum» adlı portal var... Cəmil Həsənlinin, Eldar Abbasovun, Eldar İsmayılovun yazıları çap olunur. Çox maraqlı müzakirələr gedir. Qarabağla, Azərbaycan tarixi ilə bağlı. Bilmirəm, Azərbaycanın xəbəri var, ya yox? «Reqnum» ermənipərəst portaldır. Amma bizim yazılarımızı olduğu kimi çap edir.
-- Çingiz bəy, qayıdaq «Fətəli fəthi»nə. Gələn il Mirzə Fətəlinin 200 illiyidir.
-- Elədir. Elə o 200 illiklə bağlı da romanı təkrar çap etməli olduq. Sponsor da tapıldı. Dedi, romanı vaxtilə oxumuşdum, xoşuma gəlmişdi. Azərbaycan dilində kirildən latına çevirib çap etdirəcəyinin vədini də verdi. Mən indi bəzi rəhmətə gedənləri minnətdarlıqla yad edirəm, yaşayanlara da təşəkkür edirəm. O zaman roman əsasında üçseriyalı ssenari də yazılmışdı, film çəkilməliydi, amma Sovetlərin dağılışı buna əngəl oldu. Çox mürəkkəb, faciəvi şəxsiyyətin taleyini vermişəm mən bu romanda...
MİRZƏ FƏTƏLİNİN ƏDƏBİYYATA TƏSİRİ GÜCLÜ DEYİL?!
-- Elə soruşmaq istəyirdim ki, Sizin üçün Mirzə Fətəli kimdir? Aradan keçən bu iki əsrdən sonra bizlər onu nə dərəcədə anlaya bilirik?
--Mirzə Fətəlinin bir dramaturq kimi, şair kimi, nasir kimi təsirindən daha çox təcrübəsi bizim üçün önəmlidir. Onun bəzi cəhətlərini qəbul etməliyik, bəzilərini yox. Mirzə Fətəlinin Azərbaycan ədəbiyyatına təsir qüvvəsi o qədər də güclü deyil. Onu Mirzə Cəlillə, Sabirlə müqayisə etmək olmaz. Amma bir ictimai xadim kimi, bir faciəvi şəxs kimi, Azərbaycan millətinin taleyini düşünən şəxs kimi bizim üçün çox maraqlıdır. İndi biz onun bəzi yanlış ideyalarını qəbul edə bilmirik. Onun görüşləri, yazıları faydalıdır, amma bəzi ideyaları - -əlifbayla, islam dini ilə bağlı görüşləri-- qəbulolunmaz dərəcədədir. Ona görə deyirəm ki, Mirzə Fətəli faciəvi şəxsiyyətdir. Bir tərəfdən ürəyi yanırdı, o biri tərəfdən də fransızların təsiri nəticəsində əlifba məsələsini qaldırırdı. Bilmirdi ki, əlifbanın başına sovetlər nə oyun açacaq... O dövrdə başlanan əlifba islahatının məncə bizə ziyanı oldu. Əvvəlcə latına keçdik, sonra kirilə, daha sonra təzədən latına. Əlifbanın başına çox oyunlar açdıq. Əlifba oyunları oxucunu, xalqı keçmiş irsindən kənara atdı. Biz ərəb əlifbasıyla yazılan mədəniyyətimizdən çox-çox uzaq düşdük. Sonra kirildən uzaqlaşdıq. Bu əlifbayla olan nə qədər kitablarımız qaldı. Onu təzədən qaytara biləcəyikmi?
BÜTÜN DİNLƏRİ PUÇ VƏ ƏFSANƏ HESAB EDİRƏM...
Mirzə Fətəlinin bütün dinlərə münasibəti mənfi idi. Amma İslama münasibəti sərt idi. O zamanlar bütün dinlər həyatda, fəaliyyətdə özünün çox iyrənc üzünü göstərmişdi. Çünki din adıyla iyrənc işlər görülürdü. Həm xristianlar, həm də müsəlmanlar tərəfindən. Ona görə ateizm çox güclü idi o zaman. Bəlkə də Mirzə Fətəli «bizim geri qalmağımız dinlə və əlifbayla bağlıdır»—deməkdə müəyyən dərəcədə haqlı idi. Amma indi baxıb görürük ki, haqlı deyilmiş... Bu da onun faciəsiydi və o faciəni göstərmək lazım idi. Bilmirəm fikrimi çatdıra bildimmi?
--Çatdırdınız, çatdırdınız...
ÇOXUMUZ MİRZƏ FƏTƏLİNİN YOLUNU KEÇMİŞİK
--Hər halda Mirzə Fətəli haqqında roman yazan müəllif daha sonra Məhəmməd Peyğəmbər (s.a.v) haqqında roman yazdı. Burada da ziddiyyət var guya, amma əslində ziddiyyət yoxdur. Çünki mən də onun yollarını keçmişəm, biz çoxumuz Mirzə Fətəlinin yolunu keçmişik... İndi bizə imkan yarandı ki, bəzi səhvlərimizi düzəldək, yanlış hərəkətlərimizə tənqidi yanaşaq. Axı, bir vaxtlar istədilər ki, Axundovu tamam atsınlar. Bu, çox yanlış hərəkət olardı. Azərbaycan mədəniyyətinin çox böyük simasıdır Mirzə Fətəli. Ümumiyyətlə, Məhəmməd Əmin, Nəriman Nərimanov, Sabirin özü faciəvi şəxsiyyətlərdir. Görürsünüz, indi bəzən Sabiri də inkar etməyə çalışırlar. Guya milləti tənqid edib, qəbul etməyib və s. nadan söhbətlərdir...
--Kitab nə qədər tirajla çıxıb Moskvada?
--1000 nüsxə. Sponsor 300 nüsxə də Azərbaycana aparıb. Yəqin satışa çıxarılacaq. Gözəl tərtibatlı bir kitab çıxıb. Mən o romanı iki dildə orijinal variantda yazmışam, çevirməmişəm. Əvvəlcə rusca yazdım, sonra Azərbaycanca. Gördüm tamam başqa əsər çıxdı. Yəqin, inşallah, «Fətəli fəthi»ni də bir zamanlar kirildən latına çevirərlər.
--Çingiz bəy, mən təşəkkür edirəm Sizə. Təkrar bizə bu qədər vaxt ayırdığınız üçün.
--Mən təşəkkür edirəm. Hamıya salam deyin.