Nərmin Kamal bu məqaləsi ilə yazıçı Seymur Baycanın "Quqark" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur. (Romandan bir parçanı oxu)
Nərmin Kamal
QARABAĞ HAQDA ƏN YAXŞI ROMAN
“Quqark” - üzərinə kitab cildi çəkilmiş əsl həyatdır, adamı mütəəssir edən həyatdır, onun haqqında nəzəri dillə danışmaq adama ar gəlir.
Azərbaycanın dövlət televiziyasında qızların volleybol komandasının oyunu gedir. Şərhçi Fikrət Adıgözəlov özünəməxsus danışıq tərzilə deyir:
“Qızlar sağ cinahdan topu (pauza) qəbul (səsin tonu yüksəlir) edirlər... Top (pauza) sol cinaha ötürülür...”
Oyun bitir. Bir müddət sonra konsert başlanır. Qızlar zalda oturub konsertə tamaşa edirlər. Azərbaycan müğənniləri bir-bir səhnəyə çıxıb mahnı oxuyurlar. Şərhçi Adıgözəlov televizorun ekranında gördüyümüz bu mənzərəni də şərh edir:
“Be-lə-liklə, bədii hissəyə baxırsınız. Volleybolçu qızlar (pauza) qollarını yuxarı qaldırırlar, onları və (pauza) başlarını musiqinin ahənginə uyğun sağa (pauza), sola (pauza) hərəkət etdirir, səslənən musiqini (pauza) mü-şa-yi-ət (səsin tonu yüksəlir) edirlər.”
"Azərbaycan dövləti o zaman sənət və ədəbiyyat ölkəsi olardı ki, Mədəniyyət Nazirliyi “Dolu” kimi bir romana deyil, “Quqark” kimi romana film çəkilməsi üçün dövlət sifarişi verərdi".
“Quqark” romanını kompozisiya, süjet, təhkiyə, struktur, stilistika kimi sözlərlə ədəbiyyatşünaslıq obyekti kimi təhlil etmək Fikrət Adıgözəlovun qızların musiqi sədaları altında dalğalanmalarını da oyun dililə şərh etməsinə bənzəyərdi.
Axı “Quqark”dakı həqiqi faciələri necə dramatik məqamlar, insan talelərini - rəngarəng obrazlar, xatirələri - faktura, çıxılmaz vəziyyətləri - bədii situasiya, müəllifin həyatını - birinci şəxsin təhkiyəsi adlandırasan?!
“Quqark” romanında dörd plan çarpazlaşır. Azərbaycanda bir yaradıcı insanın sərkərdan həyatı, onun SSRİ-nin dağıldığı illər, Qarabağ müharibəsi haqda uşaqlıq xatirələri və sevgi.
Kitabın əvvəlində Azərbaycanda yazıçının özünü necə bir boşluqda hiss etməsi, bu ölkədən bir neçə günlük də olsa çıxmaq üçün xarici dəvətlərə necə ehtiyac duyması ekzistensialist ustalıqla ifadə olunub.
Belə bir vaxtda yazıçı Ermənistanın Quqark yay düşərgəsinə dəvət alır, Gürcüstana aparan qatardan onu quyunun dibindən xilas edən uzun bir kəndir kimi yapışır.
Kitabın başlandığı andan heç bir təsvir şübhə oyatmır, qondarma görünmür, bir balaca ədəbiyyat duyumu olan adam dərhal burada səhifələrcə nəsrə çəkilən cürbəcür insan həyatlarının emosional təsiri altına düşür.
Bu kitab asanlıqla bir insanda bədii duyum, bədii həssaslıq olub-olmadığını üzə çıxaran barometr ola bilər.
***
Quqark - kitabda yalnız sovet vaxtının keçmiş pioner düşərgəsi, indiki yay düşərgəsi kimi tanıdılır. Ancaq romanın ocağı kimi Quqarkın seçilməsi, fikrimcə, həm də ona görə uğurludur ki, bu bölgə yaddaşlarda Quqark qırğını ilə qalıb.
1988-ci ilin fevral ayında Sumqayıtda etnik zəmində qırğın olmuşdu, Sumqayıt qırğını bu münaqişə ilə bir balaca maraqlanan hər bir dünya sakininə tanışdır.
Həmin ilin noyabrında isə, deyirlər, Sumqayıtda öldürülən 26 erməninin qisasını almaqdan ötrü Ermənistanın Quqark ərazisində növbərti qırğın olur, 21 azərbaycanlı qətlə yetirilir. Quqark qırğınından sonra Quqark rayon KP birinci katibi ilə rayon sovet sədrinin Moskvanın əmrilə işdən çıxarılması indi də “New York Times” 1988-ci il 7 dekabr internet arxivində qalır.
Xəyali Böyük Ermənistanın xəritəsində isə Quqark ərazisi şimali Ermənistan, cənubi Gürcüstan və şimal-şərqi Türkiyə arasında bölünmüş hesab olunur. Yazıçı
belə bir siyasi nöqtədə öz roman burulğanını qurur.
Növbəti səhifələrdə Quqarkda iki zaman bir-birinə paralel ötüşməyə başlayır; Quqark yay düşərgəsində indi nə baş verir, bura gələn ermənilər və xaricilər kimlərdir, onlar burada nə edirlər, yazıçının günləri burada necə keçir, - bədii reportaj və bir də Qarabağda münaqişənin başlandığı illər haqda xatirələr.
Yazıçı Qarabağda keçən uşaqlığını və yeniyetməliyini xatırladıqca biz ilk savaş qığılcımlarının necə alovlandığını görür, kəndin içindən ev-ev keçib ona hücum edən azərbaycanlı dəstədən gizlənmək üçün düzəltdiyi qutunun – öz əməyinin arxasında gizlənən karapetlərlə birlikdə titrəyir, çörək dalınca gedib erməni evlərini yandıran dəstəyə qoşulan uşaqlarla birlikdə tövşüyür, mərmi düşüb bal arılarının yeşiklərini dağıdan həyətlərdə gəzirik, müharibə iblisinə uyub min hoqqadan çıxan adamların da, sakit yaşamaq istəyən sakit adamların da üzünü görür, səsini eşidir, dərisinə toxunuruq. Hər şey canlıdır.
Rəngarəngdir. Onlarca təzə adamla tanış olursan. Tanış olduğun bu adamlar çoxdan ölüblər. Heç biri o birinə bənzəmir. “Quqark” öz qəhrəmanlarının həyatına roman sənətinin tələb etdiyi dərin şəfqət və anlayışla yanaşan əsərdir. Məhz bunu bir sıra oxucular “Quqark”a bağışlamırlar. Misal üçün, onlardan biri, tənqidçi İradə Musayeva “Quqark” romanı haqda məqaləsində yazır:
“Və əgər hələ bu dünyada vətən, torpaq, ev, yurd, ləyaqət, dövlət, vətəndaş mənliyi və qüruru, ana, bacı, qız namusu, əxlaqı deyilən bir anlam, düşüncə qalıbsa, bütün bu itirilən, tapdalanan dəyərlər uğrunda mübarizə və mücadilə qəhrəmanlıqlarına, «hər şeyi geri qaytarmalıyıq!» — nidasına da işarələr olmalıydı. «Biz hələ sözümüzü deməmişik. Biz bir gün mütləq ayağa qalxacaq, şərəf və alnıaçıq, üzüağlığımızı bərpa edəcəyik» — xəbərdarlığı təsvir olunan bütün hadisələrin, əhvalatların, hətta Artur dostluğu və Anuş sevgisi üzərində bayraq kimi yellənməli idi.”
Bütün kitablar haqda yazanda öz fikrini “bizim fikrimizcə” deyə, yazan filoloqların belə bir səmimi kitab haqda cümlələrini də “bizim fikrimizcə” sözlərilə başlamasını heç cür başa düşmək olmur.
Onlar “Quqark” romanından da “bizim” fikrimiz, milli fikir olmasını umurlar. Çox adam bu fikirdədir. Ədəbiyyat adamları isə hərbçi kimi düşünməməlidirlər.
Hərbçilər bilirlər ki, hərbi meydanda yalnız və yalnız obyektlə döyüşmək olar, subyektlə isə döyüşmək olmaz.
Əgər siz düşməndə subyekti, konkret canlı varlığı, insan şəxsiyyətini görürsünüzsə, müharibə qeyri-mümkün olur. Müharibə o deməkdir ki, insanlar obyektlərə çevrilirlər. “Quqark” müharibə haqda bütün ölməz romanlar kimi, bir tərəfdə dayanıb o biri tərəfə güllə atmır, insanlara obyekt kimi baxmır, subyekt kimi baxır.
Kalkulyatorda saysanız, buradakı iztirab çəkən erməni və iztirab çəkən azərbaycanlı obrazları tən gəlir. “Quqark” romanından tərəfkeşlik umanlar bu romanın sonrakı səhifələrini, yazıçının öz anasına kinayə etməsini ümumiyyətlə, oxumağa, bağışlayın məni, hazır səviyyədə deyillər.
Bu romanı anaya, qohum-əqrəbaya “lağ etdiyinə görə” ittiham edənlərə görə, həmişə başqalarının anası, atası “pis” ola bilir.
Qələmi başqalarının nəslinə rahatlıqla çevirən, öz ailəsi haqqında isə yalnız xoş xatirələr yazan yazıçılar öz instinktiv doğmalıqlarında olsunlar, yaxşı ki, bu instinktlərdən sənət səviyyəsinə qalxa bilmiş, özünə kinayəni bacaran yeni yazıçılarımız var.
Avtobioqrafik əsərlərdə Seymur Baycanın öz anasına, Sevinc Pərvanənin atasına kinayə etməsi və s. belə obrazlar birbaşa ədəbi “challenge”-dir, əvvəlki yazıçıların öz ata-analarını müqəddəsləşdirmək cəhdlərinə meydan oxumaqdır.
Livan mənşəli amerikalı yazıçı Rabih Alameddine-nin “Koolaids” romanında iki müharibə təsvir olunur. Biri yazıçının yaşadığı San-Fransiskoda, biri isə vətəni Livanda baş verən iki fərqli müharibə.
Yazıçı Livanda olanda insanların bir-birini nə üstündə qırıb çatdığını görür, San-Fransiskoda olanda başqa bir səbəbdən gedən müharibənin içinə düşür. Səbəb ya torpaq, ya əmlak, ya təhqir, nə olursa olsun, insanlar həmişə bir-birinə aqressiv olmağa səbəb tapırlar.
Dünyanın beş bir yanında müharibə gedir. Ədəbiyyatı hansı tərəf olursa olsun, bir
tərəfin mirzəsinə çevirmək istəyi nasist istəkdir. Özü də bunu ədəbiyyat adamları istəyəndə, mən onların sözünü balla kəsirəm. Necə ki, “Quqark” boyu yazıçı da vaxtaşırı bir qaşıq bal udur, sanki bu iki nifaq tərəfinin çəp gələn sözünü balla kəsir.
Yeri gəlmişkən, Azərbaycanda hər bir idarədə, qəzet redaksiyasında, notariat kontorunda, yaxud tərcümə məntəqəsində, hətta vəkillər kollegiyasında, fərqi yoxdur, - hər bir iş yerində mütləq bir nəfər bal satan jurnalist, tərcüməçi, yaxud vəkil işləyir. Mən neft şirkətində işləyən, 3-5 min manat əmək haqqı alan neft mühəndisi tanıyıram ki, bal satır. Bu möcüzəli nemətin gətirdiyi üç-beş manat xeyir ona bəlkə də aylıq maaşından artıq gəlir.
Satmaq demişkən. Azərbaycanlılar dörd dövrələrində al-verçi xalq kimi tanınırlar. Azərbaycanlı al-verçiliyinin xarakteristikasını hələ bu qədər effektli ifadə edən əsərimiz isə olmamışdı.
Qızların və həmkarlarının oğluna hədiyyə verdiyi suvenirləri İrandan gətirdiyi satlıq oyuncaqlara qatıb satan ana – artıq obraz deyil, xarakterdir.
“2004-cü ildə «Cənnətdə bazar günü» yazısına görə «İlin publisisti» adını almışdım. Mənə bir az pul, diplom və misdən qayırılmış heykəlcik vermişdilər… Evə oyuncaq almağa gəlmiş məhəllə arvadlarından biri heyekəlciyi görmüş, bərk bəyənmişdi. Anam heykəlciyi həmin arvada 20 manata satmışdı… Anam bərk əsəbləşdiyimi görüb 20 manatı mənə verdi. Əsəbim bir az soyudu… Anam aldığım mükafatları, hədiyyələri bir ucdan satırdı”.
Seymur “Quqark” düşərgəsində rus (bu fakültə burda təsadüfi deyil) dili və ədəbiyyatı fakültəsində oxuyan Anuşla tanış olur. “Bəzən qızlar düşmən xalqın oğluna, düşmən ölkənin vətəndaşına vurulmaqla özünüqurban instinktini tam aşkara çıxarmaq istəyirlər” və Anuş Seymura vurulur.
Onların tanışlıq və görüş səhnələri, hislər və düşüncələr yazıçı arxayınlığı ilə parlaq ifadə olunub. Anuş bu yazıçıya məktublar yazır, Gürcüstana qaçıb orada xoşbəxt yaşamağı təklif edir, amma azərbaycanlı yazıçı bunu rədd eləyir, çünki Bakıda ona pulsuz bir qab yemək verən konkret kafelər var, başqa ölkədəsə yoxdur!
Hamının əsərin bu hissəsində fasilə verdiyinə inanıram.
Bu fasilə bizim, biz insanların yer üzündəki yalqız həyatı, tənhalıq, yaşamaq eşqi, çörək, çarpışmaq, ayrılmaq kimi böyük, ya da ağır sözlərin və ədəbiyyatın gücü qarşısında edilən təzimdir. Hamımızın əlimizdə çıraq axtardığımız Ədəbiyyat Seymurun Anuşa başqa deyil, məhz bu cümləni yazdığı məktubundadır.
“Mən evdə, çarpayının üstündə ayı, şir, dovşan, kirpi, dəvə, it oyuncaqlarının əhatəsində uzanmışdım. Anam İrandan gecə gəlmişdi. İrandan gətirdiyi oyuncaqlar evin hər tərəfini, bütün dəlmə-deşikləri, künc-bucağı işğal etmişdilər. Evdə güclə yeriyirdik…”
Anuş azərbaycanlı yazıçıya öpüşən göyərçinlər suveniri hədiyyə edib. Bu suvenir bütün romanı açan əsas rəmzdir. Və roman belə bir nöqtədə sona yetir: Məhəllə arvadları anadan bu göyərçinləri neçəyə verdiyini soruşurlar. Ana cavab verir: 5 manata. Güclü bədiiyyat, güclü sonluq. Göyərçin simvolu beşcə manat qiymət qoyulan al-ver malına çevrilir. Münaqişənin özü kimi.
Kitabı oxuyanlar mənə asanlıqla “Yox, süjet bu qədər sadə deyil” deyə bilərlər.
***
I
İki cür memuar məşhurdur. Birincilərdə yazıçı yaşadığı, şahid olduğu hadisələri yazır, bu cür memuarlara dokumentallıq xasdır. İkinci cür memuarlarda isə mərkəzdə yazıçının özü dayanır, hadisələrin yazıçıda buraxdığı təsirlər, təəssürat qələmə alınır. “Quqark” romanında iki memuar növü birləşir.
“Quqark” haqda yazırlar: “Güclü həyat materialı var, ancaq süjet dağınıqdır, Seymur Baycan struktur qura bilməyib”. Bu fikrin əleyhinə çox arqument gətirmək olar.
Strukturu bir həndəsi fiqur, romanın məzmunu isə onun içində dolan maye kimi təsəvvür etsək, “Quqark” kitabında struktur - müəllifin azad xatırlama selidir. Fikirlərin, müşahidələrin, obrazların, hislərin, xatirələrin azad seli nə gətirsə, kitabda da qarşımıza o çıxır. Henry Millerin yaradıcılığı kimi, Sergey Dovlatovun bəzi əsərləri kimi, rus hərbçisi və yazıçısı Aleksandr F.Veltmanın “Səyyah” (“Strannik”, 1832) romanı kimi, “Quqark” romanında da Seymur Baycanın məqsədi hər hansı bir fiqur üzrə xatirələri sahmana salmaq yox, xatirələrlə dolu vedrəni götürüb meydanın ortasına tökməkdir. Fraqmentarlıq buradan doğur.
“Quqark” təhkiyənin şüur axını (“stream of consciousness”) tərzində yazılıb. Bu, nəsrə sporadiklik xüsusiyyəti verir.
Yenidən bir ətək pul tökərək aldığım Jonathan Culler-in ədəbiyyat nəzəriyyəsi lüğətinə baxıram. Şüur axını - ədəbi qəhrəmanın ya sərbəst, ya da qəhrəmanın hərəkətlərilə əlaqədə olan fikir proseslərindən ibarət daxili monoloqunun yazılı ekvivalentidir.
“Quqark”da çoxlu vinetlər (“vignette”) var. Bir-iki impressionist cümləylə bir insanın
orijinal obrazı yaradılıb. Məsələn, Raya adlı, bu romanda ilk dəfə meydana çıxan bir qadın akvariumdakı balıqlara baxıb deyir: Mümkün olsaydı, bu balıqların üçünə də ərə gedərdim. Bu cümlədən sonra biz Rayanı bir də görmürük.
Mən Natalie Goldberg-in “Zen yazı üsulu”nu xatırlayıram. Bu üsul əlini kağızdan çəkmədən iyirmi dəqiqə müddətində fasiləsiz hər bir fikrindən keçəni yazmağı nəzərdə tutur. Kitabın ortalarında biz belə səhifələrlə rastlaşırıq.
Bu vaxt yazıçı yazı üzərində deyil, yazı özü yazıçı üzərində hakimiyyət qurur və sonda yazıçı təəccüblənir: “Belə əhəmiyyətsiz hadisələr niyə yaddaşımda ilişib qalıb”. Romanda qeyri-xətti təhkiyənin bunun kimi bir çox növləri var.
Seymur ixtisasca hərbçidir. Mən onun çox tənqid olunan qısa cümlələrini qəlpələr adlandırardım. “Quqark” lokal qarabağlı dünyagörüşü ilə yazılmadığı kimi, Seymur Baycan da bəlkə yeganə qarabaglıdır ki, kənd-kəsək dialektilə yazmır, məhəlli dünyagörüşün, kənd-kəsək ləhcəsinin orbitindən çıxmağı bacarır.
Dağınıq süjet və olmayan strukturdan sonra “Quqark” romanını xeyli mühakimənin, xeyli sayda əhvalatın təkrar-təkrar nəql olunmasını görə də tənqid edirlər. Seymur artıq oxuduğumuz abzasları növbəti səhifələrdə bir daha qarşımıza çıxarır. Necə ki, qar düz üzüaşağı yağmır, bəzən o, oynaya-oynaya yağır, yuxarı qalxaraq bir də aşağı süzür. Bu, düzxətli deyil, oynaq təhkiyədir, bəzi yerlərində spiralvaridir. Məsələn, Quqark meşəsində xatırlama hissəsindəki reprizalar. Təbiətin, həyatın, başqalarının, küçələrin, ağacların bizim acılarımıza heç bir cavab vermədiyini göstərir.
“Quqark”da pastişin usta nümunəsi var. Yazıçı özü bu haqda deyir:
“Mən oxuduğum kitablardan yaxşı oğurlamağı bacarıram. Elə yazıçılar var ki, onlardan oğurlamaq olmur. Məsələn, Dostoyevskidən oğurlamaq mümkün deyil. Çünki o, həmişə kosmosdadır. Ən səxavətli yazıçı isə Qorkidir. Qorkidən çox rahatlıqla oğurlaya bilirəm. Mən beynimdə əsərin skeletini qururam. Oğurladıqlarımdan istifadə edib skeleti ətə-cana gətirirəm...”
Bir ustanın düzəltdiyi gil fiqur onun oğlu olan ustanın əlində başqa bir formaya salınır, beləcə, ədəbiyyatda da təkrar emal gedir. Sabah Seymurun mənbələrindən xəbərsiz başqa bir gənc yazıçı “Quqark”dan təsvirlər “oğurlayaraq” əsərini ətə-cana gətirəcək, beləcə ədəbiyyatın ən yaxşı təsvirləri tarixdə itib-batmayacaq, unudulub getməyəcək, yaşayacaq. Mən bir “Flohmarkt”-da idim. Yüzlərcə adam çox illər bundan əvvəl istehsal olunmuş köhnə əşyaları ortalığa töküb satırdı. Orada köhnə binokllar, indiki uşaqların bəyənib oynamayacağı oyuncaq maşınlar və gəlinciklər, ölmüş, tanımadığımız adamların albom-albom fotoları, daha nələr, nələr var idi. Bəziləri satanların özlərinə məxsus idi, bəzilərini isə burada dayanıb satanlar “Əskiçi, Əskiçi!” qışqıra-qışqıra məhəllə-məhəllə toplamışdılar. Belə köhnə əşyalar bazarı bir çox ölkələrdə həftədə, ayda bir dəfə şəhərin müəyyən bir hissəsində təşkil
olunur. Qəribədir. Sən yüzlərcə dəyərli, amma köhnə və kədərli əşyanın yığıldığı bir dağa yaxınlaşırsan, üstdəkilərə baxırsan və iki əlini iki tərəfdən bu dağa keçirib altını üstünə çevirirsən. İndi də buyur, altdakı əşyalara bax. Yetmiş il əvvəl bir fransız qadının çay içdiyi bu çapma stəkan, ilk üzqırxan aparatlardan biri, qırx il əvvəl istehsal olunmuş, amma indiyəcən heç kəsin içinə qəpik yığıb-yığıb sonra sındırmadığı şüşə daxıl.., - kimlərdən kimlərə ötürülərək indi sənin ayağının altında bir manata satılır. Əlli qəpiyə də ala bilərsən. Keçmişdə yazılmış çoxlu-çoxlu romanlar da indi beləcə bir bit bazarında ortalığa tökülüb, qarşımızdadır, sən ondan bir cümlə, bir təsvir, bir bənzətmə çəkib götürsən, onu xilas etmiş olursan...
“Quqark” bir çox oxucuların ürəyində böyük sevgi qazanıb. Bunun səbəbi yuxarıdakılardan başqa, həm də odur ki, “Quqark” bütün dünya oxucularının bir gizli istəyinə cavab var. Nədir o istək? Bütün dünyada yazıçılar nədənsə kitablarından daha çox həyatlarıyla dəyərləndirilir. Heyranlıq duyulan yazıçının bədbəxt, uğursuz, qeyri-rahat bir həyatının olması əslində bütün dünya oxucularının ortaq gizli istəyidir...
***
Azərbaycan dövləti o zaman sənət və ədəbiyyat ölkəsi olardı ki, Mədəniyyət Nazirliyi “Dolu” kimi bir romana deyil, “Quqark” kimi romana film çəkilməsi üçün dövlət sifarişi verərdi.
Çoxdan Azəbaycan Qarabağın əslində azərbaycanlılara məxsus olması, ermənilərin soxulub oranı necə alması, azərbaycanlıların oradan necə çıxması və bu kimi səhnələri xaricilərə göstərən bir təbliğat filmi çəkmək arzusundaydı. İnformasiyanın “skvoznyak” etdiyi açıq Qərb cəmiyyətlərində belə ortabab propoqanda filmləri ondan gözlənilən işə yaramır, təbliğat filmlərinin gücü yalnız sovet dövləti kimi qapalı cəmiyyətlərdə və bir də öz ölkəsində nəyisə təbliğ etməyə çatır, kin-küdurət yayır. “Quqark”a çəkilmiş antimilitarist bir sənət filmi isə Qarabağ məsələsində Azərbaycanın mövqeyinə dünyada daha çox simpatiya qazandıra bilərdi.
Siz məndən yaxşı bilərsiz, ədəbiyyatın belə bir təməl qaydası var: “Əli hirsləndi” yazmamalısan, məsələn, “Əlinin əli əsdi, üzü qıpqırmızı oldu, gözləri iriləndi” yazmalısan və Əlinin hirsləndiyi nəticəsini oxucunun özü çıxarmalıdır.
“Dolu” romanı isə belə qeyri-yazıçı cümlələri və bayağı hökmlərlə doludur:
- “Bu dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında yazmışdılar. Çəkilişini də Tarkovskinin də, Tofiq Tağızadənin də həsəd aparacaqları rejissorlara tapşırmışdılar. Və həmin rejissorlar da Böyük Dövlətlərin Böyük Saraylarında oturub çəkməkdə olduqları kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu Kinonun iştirakçılarının isə nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi.., “Hollivud”un və “Mosfilm”in birgə istehsalı olan bu Kinoda ssenariçilər də, rejissorlar da ermənilərin qohum-əqrəbalarıydı. Və keçmiş bizimkilər ermənilərə dünyanın ən bahalı, ən müasir silahlarını versələr də, indi bizim bizimkiləri özününkülərinin qarşısında əliyalın buraxmışdılar.”
- “Dünyanın Ən Varlı Şəhəri... Bizim bu şəhər hələ Sovetin gur-gur guruldayan vaxtlarında bu adı qazanmışdı. Bazarında istənilən çeşiddə leqal və qeyri-leqal “məhsulları” ilə öyunərdi bu şəhər – o zamanlarda.”
- “Onların çoxunu Bakıdan küçələrdən tutub milisə gətirir, pulluları buraxır, imkansızları isə Müdafiə Nazirliyinin adamlarına təhvil verirdilər. Bəzilərinin üstündə heç sənədi də olmurdu. Bir də görürdün ağlayırdılar ki, vallah biz uşağıq, orta məktəbdə oxuyuruq. Kim idi baxan? Və Müdafiə Nazirliyi də ömründə bircə dəfə də silah görməyən bu burnufırtıqlı uşaqlara heç bir təlim keçmədən, döyüşə hazırlamadan, hətta əyinlərinin ölçüsünə-filanına baxmadan əsgər paltarı geyindirib doldururdular avtobusa və göndərirdilər ermənilərin ət maşınının ağzına, elə bil millətin qəsdinə durmuşdular. Belələrinin çoxu elə birinci döyüşdəcə güllənin səsindən şoka düşürdü”.
- “Amma qeyrət bədbəxt oğlu bədbəxt neyləsin! Qeyrətin gücü pulemyotun, avtomatın güllələri qarşısında çox aciz idi. Qeyrət nə qədər özünü öldürürdü, gücü BMP-nin gücünə çatmırdı. Qeyrətin gücü sinəsi ilə o güllənin, mərminin qarşısına sipər olmağa çatırdı, bu torpağın yolunda ölməyə çatırdı və ölürdü. Və qeyrət sinəsini gərmişdi düşmən gülləsinin qabağına.”
- “Bu yazıqlar ermənidən pis deyildilər, onları ermənidən pis eləyən əllərindən buraxmağa qorxduqarı vəzifələriydi.”
- “Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə tanıyırdılar – kimini vəzifəsinə, kimini puluna, kimini nəslinə-nəcabətinə, – onu da Sözünə görə. Hərə bir şeyin ağasıydı, o da Sözünün” və s.
...“Dolu” romanının müəllifi sovet filmlərində almanların aciz, zəif, qorxaq təqdim olunmasını tənqid edir, amma öz romanında da ermənilər bu cür təsvir olunur. Qarabağ müharibəsi haqda yazılmış “Dolu”da bir dənə də erməni obrazı yoxdur, elə hey Azərbaycan əsgərlərinin igidliyindən danışılır, ermənilər aşağılanır.
“Dolu” romanında “At belində olan Adam” kimi çoxlu uğursuz təyinlər, “Drakonun beyni çönmüşdü” kimi kor-kobud cümlələr, sonda Pələng, Drakon və Komandır kimi işarlənən üç qəhrəmanı öz arxalarınca aparan balıq kimi çiy, baş tutmamış simvollar var.
“Quqark”ın müəllifi birinci şəxs ola-ola bitərəf olmağı bacarır, “Dolu”nun müəllifi üçüncü şəxsləri təsvir etdiyi halda bitərəf olmağı bacarmır.
Filmin “Dolu” romanına deyil, “Quqark”a çəkilməli olduğunu çox əsaslar gətirərək əsaslandırmaq olar. Amma buna ehtiyac yoxdur.
***
Bəs “Quqark” romanında müzakirə etdiyimiz başqa romanlardakı kimi tənqid olunası bircə cəhət də yoxdurmu?
Məsələ burasındadır ki, bu kitab üçün müəllifin seçdiyi forma (III hissədə bu haqda danışdıq) onun təhkiyəsini, romanın avtobioqrafik memuar janrında yazılması isə onun məzmununu neytral bir nöqtədən baxaraq tənqid etməyi mümkünsüz edir. “Quqark”ı tənqid etmək bir insanı yaşadığı həyata, düşündüyü fikirlərə görə tənqid etmək olardı.