Sahibkar Ədalət Abbasovun AzadlıqRadiosuna dediyinə görə, ötən 18 gün ərzində o, Sumqayıt Baş Gömrük İdarəsi ilə Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət edib. Yükün buraxılmaması səbəblərinə aydınlıq gətirilməsini istəyib.
«5 GÜN BİZİ LƏNGİTDİLƏR Kİ, RƏİS YOXDUR, SONRA DA...»
«Yanvarın 25-ə kimi bizi ləngitdilər. Yük şöbəsinin müdiri Aslan Sərxanov bizə dedi ki, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov işə gəlmədiyi üçün, ərizənizin üstü yazılmadığından sizin yükünüzü hələlik sərbəst dövriyyəyə buraxa bilmirik».
Ədalət Abbasovun sözlərinə görə, daha sonra ona deyilib ki, gətirdiyi yükün qiyməti çox aşağı olduğundan məsələ araşdırılacaq. Hazırda Sumqayıt Baş Gömrük İdarəsinin Qaçaqmalçılığa Qarşı Mübarizə şöbəsində yüklə bağlı araşdırma aparılır:
«Bu günə kimi nə araşdırırlar, nə edirlər, bizim məlumatımız yoxdur. Bir neçə dəfə müraciət etdim, dedilər ki, araşdırma ilə bağlı məhkəmə ekspertizasına müraciətimiz olacaq. Bu gün fevralın 7-sidir, amma heç bir yerə müraciət olunmayıb, mal da buraxılmayıb».
SUMQAYIT BAŞ GÖMRÜK İDARƏSİNDƏN VERİLƏN VƏ VERİLMƏYƏN CAVABLAR
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov suallarımızı dinləsə də bu barədə heç bir söz demədən telefonu qapadı. İdarənin yük şöbəsinin müdiri Aslan Sərxanov isə bu məsələdən xəbərsiz olduğunu deyir:
- Mən respublikada deyiləm. Sahibkarlar çox şey deyə bilərlər.
- Aslan müəllim, deyə bilərsinizmi ki, problem nədir?
- Mən bilmirəm, işin içində deyiləm...
Biz 11 gün əvvəl, yanvarın 27-də bu məsələ ilə bağlı ilk araşdırmamızı aparanda Aslan Sərxanov məzuniyyətdə olduğunu bildirmişdi. İdarənin rəisi isə elə indiki kimi sualımızı dinlədikdən sonra telefonu qapamışdı.
Sahibkar isə iddia edir ki, yük şöbəsinin rəisi Aslan Sərxanov bu məsələdən xəbərdardır və onlar bir neçə dəfə onunla görüşüb bu məsələni müzakirə ediblər. Bundan başqa bir dəfə də Dövlət Gömrük Komitəsində olub problemi komitə rəsmilərinin diqqətinə çatdırıblar.
GÖZLƏMƏKDƏN BEZƏN SÜRÜCÜLƏR MAŞINLARI QOYUB TÜRKİYƏYƏ DÖNÜBLƏR
Yanvarın 27-də biz yük sahibi ilə birgə Lökbatan dairəsində türkiyəli sürücülərlə görüşəndə onlar soyuqdan, şəraitsizlikdən, pulsuzluqdan əziyyət çəkdiklərini demişdilər. Üstəlik Azərbaycanda üzləşdikləri korrupsiya hallarından da gileylənmişdilər. (Bu barədə yaxın günlərdə ayrıca videoreportajımız da olacaq).
Fevralın 7-də Lökbatan dairəsinə bir də yollandıq. Yük dolu maşınlar orada qalsa da, sürücülər yox idilər.
Ədalət Abbasov deyir ki, Türkiyəli sürücülərin geri dönməsi və araşdırma başa çatana qədər yükün müvəqqəti saxlanca boşaldılması ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsinə etdikləri müraciətə də bu günə qədər cavab verilməyib. Lökbatan dairəsində gözləyən sürücülər isə bir-neçə gün əvvəl yük dolu maşınları elə açıq ərazidə saxlayaraq Türkiyəyə dönüblər. Sahibkar deyir ki, yükün buraxılmaması, sürücülərin belə uzun müddətli Azərbaycanda qalması onlar üçün böyük xərcdir:
«Amma nə edək, başqa əlac yoxdur. Hələ ki gözləyirik. Yük dolu maşınlar Lökbatanda qarın altında qalıb, sürücülər də çıxıb getdilər. İndi gözləyirik. Bir də üzləşdiyimiz problemlə bağlı prezidentə müraciət hazırlayırıq».
MƏSƏLƏNİN «MUSTAFASI»
Ədalət Abbasovun dediyinə görə, əslində yüklə bağlı hər hansı problem yoxdur, sadəcə onlara deyilən məbləği ödəməkdən imtina etdikləri üçün belə bir vəziyyətlə üzləşiblər.
«Açığı deyim ki, Sumqayıt Baş Gömrük İdarəsinin Maliyyə Şöbəsinin rəis müavini Əhməd Hüseynov bizə dedi ki, yükün dəyərindən asılı olmayaraq hər maşına 15 min 600 manat pul köçürməlisiniz».
Sahibkar deyir ki, gətirdikləri yükün hər maşını üçün dövlət rüsumu 7200 manatdır.
Sumqayıt Baş Gömrük İdarəsinin Maliyyə Şöbəsinin rəis müavini Əhməd Hüseynovu gün ərzində yerində tapa bilmədik.
Malın ucuz olması ilə bağlı gömrüyün iradlarına gəlincə, Ədalət Abbasov deyir ki, onlar malı Türkiyədən ucuz qiymətə aldıqları üçün həmin mal Azərbaycana da ucuz gəlib çıxıb.
Sahibkar iddia edir ki, gömrükdə həmin malı daha baha qiymətə sənədləşdirmək istəyirlər ki, həmin qiymətə uyğun rüsum alsınlar.
BU RƏQİBİ SIXIŞDIRMAQ ÜÇÜN DƏ OLA BİLƏR
İqtisadçı Qubad İbadoğluna görə, ola bilər ki, hansısa sahibkar vergidən yayınmaq üçün xaricdən gətirdiyi malın qiymətini sövdələşmə nəticəsində aşağı qiymətlərlə sənədləşdirir.
«Və yaxud da kimsə öz rəqibini bazara buraxmaq istəmir, bundan bir vasitə kimi istifadə edir. Ola bilər ki, elə gətirilən malın invoys dəyəri real bazar dəyərinə uyğundur, amma gömrük məmuru öz səlahiyyətlərindən istifadə edib hesab edir ki, malın qiyməti aşağı göstərilib və bu malın gömrük rəsmiləşdirilməsinə imkan vermir».
İqtisadçı hesab edir ki, belə halların qarşısını almaq üçün ayrı-ayrı mallar üzrə tariflər olmalıdır ki, buna uyğun da malın gömrük dəyəri hesablansın. O hesab edir ki, bununla həm şəffaflığa əməl olunar, həm də sahibkarlar problemlə üz-üzə qalmazlar.