-
Satınalmalar üzrə Dövlət Agentliyinin müxtəlif dövlət qurumlarının 2011-ci ildə elan etdikləri tenderlər haqqında məlumatının təqdimatını davam etdiririk. Bu dəfə hökumət qurumlarının 2011-ci ildə dəftərxana mallarının alınmasına dövlət büdcəsindən aldıqları pulların siyahısını təqdim edirik.
Ali məktəblərin bir neçəsinin ötənilki dəftərxana xərcləri bu şəkildə olub:
Qrafikdən göründüyü kimi, Sumqayıt Dövlət Universiteti dəftərxana xərclərinə başqalarından bir neçə dəfə çox xərcləyib. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində təxminən 7 min tələbə təhsil alır, bu universitet dəftərxanaya 49678 manat xərcləyib. Amma tələbələrinin sayı bundan iki dəfə az olan – təxminən 3500 tələbənin təhsil aldığı Sumqayıt Dövlət Universiteti dövlət büdcəsindən dəftərxanaya 201 722 manat xərcləyib.
Amma bir universitetdən daha çox dəftərxana ləvazimatları işlətmiş rayon xəstəxanası var. Bu, Göyçay rayon Mərkəzi Xəstəxanasıdır. Həmin xəstəxana 2011-ci ildə dəftərxanaya 269 873 manat xərcləyib.
Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxana, idarə və institutlar 2011-ci ildə dəftərxana və təsərrüfat malları xərcləri aşağıdakı kimi olub:
Satınalmalar üzrə Dövlət Agentliyinin saytında verilən tenderlərə dair məlumatda bütün nazirliklər üzrə dəftərxana xərcləri aşağıdakı kimidir:
Dəftərxana xərcləri: Xarici İşlər Nazirliyi 26 min, Təhsil Nazirliyi 3.2 milyon manat xərcləyib
Satınalmalar üzrə Dövlət Agentliyinin müxtəlif dövlət qurumlarının 2011-ci ildə elan etdikləri tenderlər haqqında məlumatının təqdimatını davam etdiririk. Bu dəfə hökumət qurumlarının 2011-ci ildə dəftərxana mallarının alınmasına dövlət büdcəsindən aldıqları pulların siyahısını təqdim edirik.
Təhsil Nazirliyi - 3 267 757 manat
Ali məktəblərin bir neçəsinin ötənilki dəftərxana xərcləri bu şəkildə olub:
|
Qrafikdən göründüyü kimi, Sumqayıt Dövlət Universiteti dəftərxana xərclərinə başqalarından bir neçə dəfə çox xərcləyib. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində təxminən 7 min tələbə təhsil alır, bu universitet dəftərxanaya 49678 manat xərcləyib. Amma tələbələrinin sayı bundan iki dəfə az olan – təxminən 3500 tələbənin təhsil aldığı Sumqayıt Dövlət Universiteti dövlət büdcəsindən dəftərxanaya 201 722 manat xərcləyib.
Səhiyyə Nazirliyi – 2 415 000 manat
Amma bir universitetdən daha çox dəftərxana ləvazimatları işlətmiş rayon xəstəxanası var. Bu, Göyçay rayon Mərkəzi Xəstəxanasıdır. Həmin xəstəxana 2011-ci ildə dəftərxanaya 269 873 manat xərcləyib.
Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxana, idarə və institutlar 2011-ci ildə dəftərxana və təsərrüfat malları xərcləri aşağıdakı kimi olub:
- Səhiyyə Nazirliyi - 36 440 manat, Pernital Mərkəz – 38 200 manat,
- Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - 120 000 manat,
- Ucar rayon Mərkəzi Xəstəxanası – 97 472 manat,
- Milli Onkologiya Mərkəzi – 48 753 manatlıq dəftərxana ləvazimatı alıb.
Mədəniyyət və Turizm Nazirliyi - 672 585 manat
- Mədəniyyət və Turizm Nazirliyinin ayrı-ayrı idarələrində dəftərxana xərcləri belədir: Bərdə rayon şöbəsi – 140 000 manat,
- Hacıqabul rayon şöbəsi – 28 683 manat,
- Gədəbəy rayon şöbəsi – 49 000 manat,
- Qubadlı rayon şöbəsi – 26 050
- Sumqayıt şəhər şöbəsi – 45 853
- M.F.Axundov adına kitabxana – 26 430 manat
Daxili İşlər Nazirliyi - 302 185 manat
- Nazirliyin özü – 6 8411 manat,
- Bakı Baş Polis İdarəsi – 34 999 manat,
- Baş Mühafizə İdarəsi – 29 920 manat.
|