ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı şantaj kampaniyasını pisləyib: “Xədicənin şəxsi həyatına qarşı çox çirkin kampaniyanı müşahidə edirik”.
Məsələ ilə bağlı Azadlıq Radiosuna verdiyi açıqlamada Mijatović deyib ki, Azərbaycan hakimiyyəti dərhal məsələni araşdırmalıdır:
- Bu məsələ söz azadlığı və araşdırmaçı jurnalistika ilə bağlıdır. Xədicəni şəxsən tanıyaraq və onun necə qorxmaz jurnalistika fəaliyyəti göstərdiyini bilərək bu hadisənin qadına qarşı, özü də hakimiyyət, yaxud başqaları tərəfindən törədildiyinə fərq qoymadan qanunsuzluqları açıb göstərən bir araşdırmaçı jurnalistə qarşı edilməsi dərin narahatlıq doğurur. Ümid edirəm ki, hakimiyyət orqanları Xədicəni hər cür problemlərdən qorumaq üçün əllərindən gələni edəcəklər.
Mən bu məsələni nəzarətdə saxlayıram və Azərbaycanda yüksək səviyyəli rəsmilərlə əlaqə saxlayıram ki, araşdırma Xədicənin şəxsi həyatının qorunması istiqamətində sürətlə irəliləsin. Baxmayaraq ki, artıq ona və onun şəxsi həyatına qarşı bu çox çirkin hadisə baş verib.
Digər tərəfdən bir məsələ də var ki, əgər kimsə İnternet saytında hakimiyyətə qarşı nəsə yazırsa, hakimiyyət onun dəmir barmaqlıqlar arxasına salınması, yaxud qorxudulması, təqib edilməsi yönündə çox tez addımlar atırlar. Amma Xədicənin işi kimi işlərdə onlar çox ləngdirlər. Həm də belə hadisələr təkcə Azərbaycanda yox, başqa ölkələrdə də baş verir. Bu bir trendə çevrilib.
Əgər hakimiyyət belə işlərin arxasında dayanmırsa, onda bunu dərhal araşdırmalı və bu kimi yolverilməz kampaniyalar dayandırılmalıdır. Ümid edirəm ki bu iş tezliklə yekunlaşdırılacaq və Xədicəni öz şəxsi həyatı ilə baş-başa buraxacaqlar.
Bu, cəmiyyətdəki tənqidçi səslərin susdurulması üçün əsas olmamalıdır, təniqdlərə meydan olmalıdır, həmin tənqidlərin xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq.
Xədicə İsmayılovanın şantaj edildiyi video martın 11-də internetdə xüsusi sayt yaradılaraq ora yerləşdirilib.