-
Erməni Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrsoyan ötən cümə günü keçirdiyi mitinqdə deyib ki, Qarabağ danışıqlarının Madrid Prinsipləri ilə aparılması yolverilməzdir və ona təcili düzəlişlər olunmalıdır. Keçmiş prezident hesab edir ki, ABŞ, Rusiya və Fransanın bu sənəddə təklif etdiyi kimi millətlərin öz müqəddəratını təyinetmə hüququ ilə dövlətlərin ərazi bütövlüyü prinsipi bir arada mümkün deyil. Onun fikrincə, bu hissə Qarabağın muxtariyyət adıyla təzədən Azərbaycan qaytarılması üçün bir diplomatik hiylədir.
Yerevanda Azadlıq Meydanında keçirilən mitinqdə Levon Ter-Petrsoyan deyib ki, onun rəhbərlik etdiyi qurum Madrid Prinsiplərindən həmin ifadələrin çıxarılmasına çalışacaq. Onun fikrincə, Ermənistan bəyan etməlidir ki, gərə Qarabağ rəhbərliyi təsdiq etməsə, hər hansı sülh razılaşması icra edilə bilməz.
Keçmiş prezident Levon Ter-Petrsoyan özündən sonrakı prezidentləri öz hakimiyyətlərini saxlamaq üçün Qarabağ danışıqların birtərəfli güzəştlərə getməkdə ittiham edib.
2007-ci ilin noyabrında İspaniyanın paytaxtı Madriddə Qarabağ danışıqların vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinə Madrid Prinsipləri adlanan sənədi təqdim ediblər. Sənəddə əsasən birinci mərhələdə erməni silahlı qüvvələrinin işğal etdikləri 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə Laçın və Kəlbəcərin qaytarılması, üçüncü mərhələdə isə Qarabağın yekun statusuna dair qərarın qəbul etməsi nəzərdə tutulur.
2007-ci ilin noyabrından sonra Dağlıq Qarabağ danışıqları məhz Madrid prinsipləri adı almış həmin layihə ətrafında aparılıb.