London bukmekerlərində futbol üzrə Avropa birinciliyinin final mərhələsində ən çox pulu kimə qoyurlar?
Ən çox dünya və Avropa çempionu İspaniyanın qələbəsinə pul qoyurlar – 11/4.
Bu o deməkdir ki, hər 15 adamdan 4-ü İspaniyanın çempion olacağını düşünür.
Və İspaniya çempion olsa, onun qələbəsinə pul qoyan hər 100 funt sterlinqə 375 funt götürəcək.
İkinci yerdə cüzi fərqlə Almaniyadır – 3/1.
Yəni 16 adamdan 4-ü qələbəni Almaniyaya verir.
Və 100 qoyan 400 götürəcək.
Sonrakı yerlərdə gələnlərə neçə adamdan neçəsi qələbə verir:
Hollandiya – 15 adamdan 2-si
Fransa – 11 – dən 1-i
İngiltərə - 15 –dən 1-i
İtaliya – 17-dən 1-i
Portuqaliya 19-dan 1-i
Rusiya – 21-dən 1-i
Xorvatiya, Polşa, Ukrayna – hərəyə - 51 adamdan 1-i
İsveç, Çexiya – hərəyə - 67-dən 1-i
İrlandiya, Danimarka – hərəyə 81-dən 1-i
Axırıncı yerdə Yunanıstandır- 101 adamdan 1-i.
Mərc gələnlər finalda kimlərin oynayacağına da pul qoyurlar.
Ən çox İspaniya-Almaniya finalına inanırlar. 8 adamdan 1-i belə düşünür.
İkinci yerdə Hollandiya-Almaniya finalıdır- 9 adamdan 1-i.
Sonrakı yerlərdə gələn mümkün finallar-
İspaniya - Hollandiya- 13-dən 1-i
İspaniya-İtaliya -15-dən 1-i
İspaniya-Fransa - 15-dən 1-i
İspaniya-İngiltərə - 20-dən 1-i .
Mərc gələnlər kimin ən sərrast oyunçu olacağına əmindir?
Hollandiyalı R. Van Persie - hər 10 adamdan 1-i.
Almaniyalı M.Gomez - hər 10 adamdan 1-i.
Fransalı K.Benzema - 12-dən 1-i
Portuqaliyalı C.Ronaldo 15-dən 1-i.
Bunlar mərc gələnlərin fikirləridir.
Dəqiq cavabı isə futbol üzrə Avropa birinciliyi iyunun 8-dən iyulun 1-nə kimi verəcək.