-
«Уход великого старца» filmi dahi yazıçının ölümündən 2 il sonra çəkilmişdi.
Amma Tolstoyun ailəsinin etirazlarından sonra Rusiyada göstərilməsinə qadağa qoyulmuşdu.
Rejissor Yakov Protazanovun çəkdiyi bu səssiz film qraf Tolstoyun ömrünün son illərindən bəhs edir.
«Русское Слово» jurnalının 4 noyabr 1912-ci il tartixli sayında qeyd edilir ki, filmdə reallıq təhrif olunub və Tolstoyun yaxınları, o cümlədən həyat yoldaşı Sofya Andreyevna satirik və təhqiramiz vəziyyətdə təsvir edilib.
FİLMİN SÜJETİ
Böyük yazıçı ömrünün sonunda ona əzab verən çətin dilemma qarşısında qalır: öz var-dövlətini, mülkiyyətini kəndlilərə paylasınmı?
Amma həyat yoldaşı Sofya Andreyevna onun öz ailəsini “quru yurdda qoymasını”na qarşı çıxır.
Filmin əvvəlində bir neçə epizodda yazıçının bu çətin dilemma qarşısında aciz qalması təsvir edilir.
Bu zaman qraf Tolstoyun yanına kəndlilər gəlir, ondan xahiş edirlər ki, icarəyə götürdükləri torpağı onlara bağışlasın.
Amma Tolstoy deyir ki, mülkiyyətlə bağlı məsələlərin səlahiyyəti onda yox, həyat yoldaşındadır. Onda kəndlilər qrafdan xahiş edirlər ki, icarə haqqını Sofya Andreyevnaya çatdırsın. Lev Nikolayeviç pulu götürəndə kəndlilərin öz aralarında pıçıldaşdıqlarını eşidir: “Güzəşt istəyəndə deyir ki, səlahiyyət məndə deyil, amma pul verəndə götürür...”
Tolstoyla həyat yoldaşı arasında münasibətlər getdikcə gərginləşir. Yazıçı gizli şəkildə vəsiyyətnamə tərtib edir və öz əsərlərinin gəlirindən imtina edir, amma vəsiyyətnamə Sofya Andreyevnanın əlinə keçir. Ailədaxili gərginlik pik nöqtəsinə çatır. Sofya Andereyvnanın kəndlilərə qarşı əzazilliyi isə yazıçının səbr kasasını daşdırır, o özünü asmaq istəyir. Amma oğlu Saşa atasının kabinetinə girəndə bunu görür və intihara imkan vermir.
http://www.youtube.com/embed/VPKYkDVyrMU?feature=player_detailpage
Lev Nikolayeviç bezib Yasnaya Polyanadakı malikanəsini tərk edir. Bunu eşidən həyat yoldaşı özünü suda boğmaq istəyir.
Tolstoy əvvəlcə monastırda yaşayan bacısının yanına gedir, malikanəni tərk etmək qərarını adi kəndli kimi yaşamaq istəyi ilə izah edir. Deyir ki, haradasa bir daxmada yaşamaq istərdi.
Amma qraf yolda - Astapovo dəmiryol stansiyasında ağır xəstələnib ölür. Stansiya rəisinin evində xəstə yatarkən yanına qızı və həyat yoldaşı da gəlir.
Filmin sonunda Tolstoyun yataqda uzandığını göstərən sənədli kadrlardan istifadə edilir.
“BU BİABIRÇI FİLMİN NÜMAYİŞİNƏ İMKAN VERMƏDİK”
Film hələ hazır olmamış onun çəkilməsi haqda xəbərlər qalmaqal yaradır.
Film hazır olanda isə yaradıcı heyət onu Tolstoyun yaxınlarına göstərir, amma bu onları daha da qəzəbləndirir.
Yazıçının oğlu qraf Lev Lvoviç Tolstoy mətbuata bildirir ki, “biabırçı filmi əvvəldən axıracan öz gözləri ilə görüb və onun nümayişinin qarşısının alınması üçün əlindən gələni edib”.
Yaradıcı heyət filmi yalnız xaricdə nümayiş etdirə bilir.
REJİSSOR: “PEŞMAN DEYİLƏM”
Rejissor Yakov Protazanov sonralar yazırdı ki, qətiyyən peşman deyil. Tolstoy haqda filmin çəkilişi onun rejissor karyerasının ilk dövrünün ən maraqlı və həyəcanlı mərhələsi olub.
“O zaman hər şey adama çox sadə görünürdü, gənclik və sensasiya axtarışı insanı ən cəsarətli ideyaların gerçəkləşdirilməsinə sövq edirdi”.
Rejissor xatırlayır ki, Tolstoy roluna aktyor tapmaq asan olmayıb.
Bu rol üçün seçilən Vladimir Şaternikovun Tolstoya oxşarlığı az idi.
Rejissor qrim işində kömək üçün heykəltəraş Kavaleridzeyə müraciət edir.
Kavaleridze o zaman Tolstoyun heykəli üzərində işləyirdi.
Qrimləmə hər dəfə 2-3 saat çəkir.
Rejissor xatırlayır ki, bu, onun gördüyü ən gözəl portret qrimləmələrindən biri idi.
Epizodların birində Şaternikov monastrın darvazasına yaxınlaşmalı və qapıdakı rahibə ilə söhbətləşməli idi. Bu, gizli çəkiliş olmalı idi. Kamera avtomobildə gizlədilmişdi ki, rahibəni hürkütməsinlər. Amma onların başına yığışan yerli sakinlər Şaternikovu Tolstoy zənn edirlər. Rahibə isə pravoslavlıqdan xaric edilmiş yazıçı ilə söhbət etdiyini düşünərək dərhal qaçıb monastra girir, hay-küy qaldırmağa çalışır. “Onda biz tez aktyoru oradan uzaqlaşdırıb maşında gizlətdik. Dərhal da aradan çıxdıq, amma artıq bütün moastr hiddət, şivən içində ayağa qalxmışdı”.
TƏNQİDLƏR...
"Вестник кинематографии" 1912-ci ildəki 54-cü sayında sual edirdi:
Doğrudanmı kinematoqrafıyanın idealı odur ki, Lev Nikolayeviç məhrabadan halqa düzəldib boynuna taxan yerdə göstərilsin, yaxud da Sofya Andreyevna özünü suda boğmaq məqsədilə nohura tərəf qaçan, amma qəfildən özünü yerə çırpan vəziyyətdə təsvir edilsin. Doğrudanmı ekran yaradıcılığı Sofya Andreyevnanın ölüm yatağında olan Lev Nikolayeviçlə görüşməsi səhnəsini uydurmaqdan, böyük yazıçı ilə oxşarlıq üçün aktyorun burnunun üstünə ikinci bir burun yapışdırmaqdan ibarətdir?
"Вестник кинематографии" yazır ki, o, kinematoqrafiyanın dar kommersiya maraqlarına yox, ideyaya xidmət etdiyi üçün Tolstoy haqda filmə belə tənqidi yanaşır...
oxuzali.az