-
Ona "Çinin Folkneri" də deyirlər...
2012-ci ilin Nobel mükafatı Çin yazıçısı Mo Yana verildi.
Mo Yan ömrü həbsdə keçən dissident Çin yazıçılarından fərqli olaraq ciddi cəzalandırılmayıb, amma dəfələrlə senzorlarla görüşə çağırılıb və bəzi əsərlərinin satışına qadağa qoyulub.
Əsərləri xarici dillərə ən çox çevrilən Çin yazarlarındandır.
İsveç Kral Akademiyası onun "hallüsinasiyalı realizm"ini yüksək qiymətləndirdiyini bildirib.
İlk dəfədir ki, Ədəbiyyat üzrə Nobel Mükafatı Çin yazıçısına verilir.
Mo Yan mükafata ən şanslı yazarlardan sayılırdı.
Hətta Labrokes mərc saytında da mükafatı almağa ən şanslılar arasında yapon yazıçısı Haruki Murakamidən sonra ikinci sayılırdı.
Mükafatın Mo Yana verilməsi Çində bomba kimi partlayıb, Çinin "Xinhua" agentliyi yazır ki, xəbər yayılandan cəmi saat yarım sonra artıq yerli kitab dükanlarında Mo Yanın bütün kitabları satılıb qurtarmışdı.
Bəzi yerli jurnalistlər isə dərhal xüsusi reportaj hazırlamaq üçün onun doğulduğu bölgəyə ezam ediliblər.
1955-ci ildə Çinin Gaomi şəhərində anadan olan yazıçı öz romanları və hekayələri ilə 1980-ci illərdən şöhrət qazanmağa başlayıb.
Çin dilində mənası "Sus" olan "Mo Yan" təxəllüsdür. Onun əsl adı Guan Moye-dir.
Valideynləri fermer olublar.
12 yaşında məktəbi ataraq işləməyə başlayıb. Əvvəlcə kənd təsərrüfatı sahəsində, daha sonra isə fabrikdə. 1976-cı ildə əsgər gedib və ədəbiyyatla da həmin dövrdə ciddi məşğul olmağa, yazmağa başlayıb.
İlk hekayəsi 1981-ci ildə çap edilib.
Erkən yazılarında Mo Yan oğru dünyası, yapon işğalı və kasıb kəndlilərin üzləşdiyi məhrumiyyətlərdən yazır.
Onun 2000-ci ildə çap olunan “Şərab Respublikası” romanı Çin cəmiyyətini kəskin tənqid edir. Özü də sarkazmla.
Çinin hakim partiyasının səlahiyyət verdiyi müstəntiq bölgələrdə məmurların uşaq yeməsi haqda şayiələrin doğru olub-olmadığını yoxlamağa gedir...
Çində romana “təxribatçı” damğası vurublar. Əsərdən bir parçanı oxu
“Shengsi pilao” (2006) romanında o, gənc Çin Xalq Respublikasında gündəlik həyatı və zorakı metamarfozaları qara yumorla təsvir edir.
Mo Yanın “Wa” adlanan sonuncu romanı Çində son 60 ildə dövlət siyasəti olan - “bir ailə- bir uşaq" siyasətini tənqid edir. bunun xüsusən kəndlilərin həyatına, təsərrüfatına ağır zərbə olduğunu anladır.
"İri döşlər, enli dal" romanı isə Çin cəmiyyətində qadının yerindən bəhs edir.
Əsər iki məxluqun doğuş çabalarının təsviri ilə başlayır: bunlardan biri yeddi qız anası Shangguan Lu-dur, digəri isə evin. təsərrüfatın yükünü çəkən başqa bir məxluq - eşşək...
Qəddar, biganə cəmiyyətdə qadınlar ancaq öz qüvvələrinə, əzalarının gücünə etibar edə bilərlər.
"İri döşlər, enli dal" romanından hissələri isə burda oxu
Nobel.org saytında qeyd edilir ki, Mo Yanın fantaziya və reallığın sintezi ilə, eləcə də tarixi və sosial baxış bucağından yanaşaraq yaratdığı dünya öz mürəkkəbliyinə görə William Faulkner və Gabriel García Márquez-in dünyasını xatırladır.
Magik realizm, fantaziya və sarkazmdan məharətlə istifadə etdiyinə, bir çox ciddi mətləbləri dolayısı ilə ifadə edə bildiyinə görə Mo Yan bəzi dissident Çin yazıçılarından fərqli olaraq həbsə atılmayıb.
Çindəki senzuraya, naşirlərin çap etdikləri əsərlərin mətnini hökumətlə razılaşdırmaları qaydasına baxmayaraq Mo Yan israr edir ki, o, istədiyini belə şəraitdə də deməyi bacarır və ciddi özünüsenzuraya məcbur olmur.
Nobel mükafatının dəyəri 1,2 milyon dollardır.
Mükafat sahibinə dekabr ayında təqdim ediləcək.