-
Böyük rus yazıçısı Lev Tolstoy 1908-ci il martın 10-da Amerikanın "Good Health" jurnalının suallarına cavab verərkən deyir:
"25 ildir ət yemirəm. Bu müddət ərzində ət yemədiyimə görə heç bir zəiflik hiss etməmişəm. Məndə zərrə qədər də olsun nə ət yemək istəyi yaranıb, nə də özümü nədənsə məhrum etdiyimlə bağlı narahatlıq. Mənimlə eyni yaşda olan başqa adamlarla müqayisədə özümü daha güclü və sağlam hiss edirəm... Düşünürəm ki, ət yeməmək sağlamlığa xeyirdir, hətta deyərdim ki, ət yemək ziyandır, çünki belə qida qəbulu mənəviyyatla bir araya sığmır, ruha da ziyandır. bədənə də".
Tolstoy qeyd edir ki, ət yeməyin tərəfdarları bu məsələnin insanın mənəvi dünyası ilə əlaqəsinn olmadığını desələr də, Vedalarda bunun əksi bildirilir, "ölü heyvanın ətini yeyən mənən inkişaf edə bilməz".
Tolstoya görə, ət yemək insan mənəviyyatına zidd olan bir hərəkət tələb edir: öldürmək. O həm də düşünür ki, südü, yağı, pendiri, yunu ilə insana xidmət edən, onu dolandıran heyvanları öldürmək düzgün deyil: "Boğazını kəsib öldürmək... budurmu onların mükafatı?. "
"İlk pillə" məqaləsində Tolstoy yazır ki, istər braminlərin, buddistlərin, konfutsiçilərin təlimi olsun, istərsə də qədim yunan müdriklərinin təlimi, mənən ən ali məqama yetmək üçün insan ən adi səviyyədə davranışını yetkinləşdirməli, qüsurlarından xilas olmalıdır. Belə qüsurlar arasında acgözlük də var.
Tolstoyun vegeterianlıq mövqeyində qəti dayanmasının bir səbəbi də onun 1890-cı ildə Tuladakı ət kombinatına gedib orada mal-heyvanın necə kəsilməsini gözləri ilə görməsi idi.
"İlk pillə" məqaləsində həmin müdhiş səhnələr də təsvir edilir.
Tolstoy insanların ət yeməklərinə münasibətdə "riyakarlığına" da toxunur:
"...Baxırsan ki, incə, nərmə-nazik bir xanım həmin heyvan cəsədlərini özünün tam haqlı olduğuna inanaraq və bir-birinə zidd olan iki arqument gətiməklə gözünə təpir:
Birincisi, dediyinə görə, həkimi onu inandırıb ki, elə incə, kövrəkdir ki, yalnız bitki mənşəli qida qəbulu ilə yetinə bilməz, onun zəif orqanizmi üçün ət yeməyi də vacibdir. İkincisi isə, o, daxilən elə həssasdır ki, nəinki heyvanı incidə bilər, hətta həmin səhnəyə baxmağa da dözə bilməz.
Halbuki həmin bədbəxt xanımın orqanizmi ona görə zəifdir ki, ona insana xas olmayan qidalar qəbul etməyi öyrədiblər. Heyvanlara əzab verməyisə ona görə bacarmır ki, onların ətini tıxır.
Sən özünü elə apara bilməzsən ki, guya bunun necə baş verdiyini bilmirsən.
Biz dəvəquşu deyilik və özümüzü inandıra bilmərik ki, guya baxmasaq, bizim görmək istəmədiklərimiz baş verməyəcək".
Yazıçı xatırladır ki, vaxt vardı insanlar bir-birinin ətini yeyərdilər, amma sonra bundan imtina etdi: "İndi heyvanların ətini yemək kimi vərdişdən də imtina etməyin vaxtı çatıb".