-
Prezident Vladimir Putin Rusiyada korrupsiya və ölkədən maliyyə axınına qarşı sərt mübarizə vəd edir. Bu barədə o, dekabrın 12-də Kremldə Federasiya Məclisinə illik müraciətində deyib.
Zala Rusiyada bütün yüksək vəzifəli məmur korpusu, deputatlar, hakimlər, böyük kütləvi informasiya vasitələrinin rəhbərləri toplaşıb.
Putinin “rəsmilərin xarici ölkələrdə bank hesabları açmaları və qiymətli kağızlar almaları qanunla qadağan edilməlidir” sözlərini zalda onu dinləyən yüksək vəzifəli rəsmilər alqışlarla qarşılayıblar.
Bunu görən Putinin reaksiyası: “Hələ alqışlamaq tezdir, ola bilər bu, sizin xoşunuza gəlməyəcək. Çünki sərt tədbirlər Kreml, hökumət, parlament rəsmilərinə də şamil ediləcək.”
Putin çıxışında iş adamlarını “bizləməyi” də unutmayıb: “ofşor zonalarda fəaliyyət göstərib vergidən yayınan iş adamları da Rusiya qanunlarından kənarda qalmamalıdırlar. Hər il 80 milyard dollar pul Rusiyadan çıxarılır. Rusiya şirkətlərinin, hətta dövlət şirkətlərinin iştirak etdiyi biznes müqavilələrindən hər 10-dan 9-a Rusiya qanunları şamil edilmir. Biz iqtisadiyyatımızın de-ofşorlaşdırılması üçün geniş sistem dəyişmələri etməliyik.”
Amma Putin sistem dəyişmələri deyəndə konkret nələri nəzərdə tutduğunu açıqlamayıb.
Vladimir Putinin çıxışı gedən anlarda yayılan məlumata görə Rusiyanın 3-cü ən böyük enerji şirkəti hesab edilən Rosneft-in 28 milyard nəğd pul ödəyərək TNK-BP şirkətinin səhmlərinin yarısını alıb. Rosneft-in özünün də mənzil qərargahı Britaniyanın Vircin Adalarında yerləşir.
Rusiyada müxalifət Vladimir Putinin özünə qarşı da ciddi korrupsiya ittihamları səsləndirirlər.
Rusiyada müxalifət liderlərindən biri, Baş nazirin keçmiş müavini Boris Nemtsov iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin təkcə saatlar kolleksiyası onun illik rəsmi gəlirindən 6 dəfə çoxdur.
Amma Putinin sözçüsü müxalifət liderlərinin ittihamlarını rədd edib.