-
Yanvarın 21-i Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.
Sessiyanın ən mühüm mövzularından biri Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsinə dair hesabatın müzakirəsidir. Həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grekh-in hazırladığı hesabat, həmçinin Christoph Strasser-in «Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar» adlı hesabatı sessiyanın 23 yanvar tarixli iclasında müzakirə olunacaq.
APA-nın məlumatına görə, yanvarın 25-dək davam edəcək sessiyanın gündəliyinə AŞPA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, «Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət» adlı hesabat, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlər salınıb.
Sessiyada Gürcüstan prezidenti Mikheil Saakashvili, Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Štefan Füle və İtaliyanın ədliyyə naziri Paolo Severino çıxış edəcəklər.