Yeni Elşad Abdullayev videosunda Ramil Usubovun qohumlarının adı hallanır

Elşad Abdullayevin əvvəllər açıqladığı videodan kadr

Sabiq universitet rektoru Elşad Abdullayev YouTube portalında yeni video yerləşdirib. Gizli şəkildə çəkilən videoda Elşad Abdullayev girov götürülən qardaşı Mahir Abdullayevin azad olunması haqda danışıq aparır.

Videonun təqdimatında Elşad Abdullayevin müsahibinin Rasim İldırımzadə olduğu yazılıb. Onun Bakı Hava limanı polis şöbəsinin rəis müavini, Daxili işlər naziri Ramil Usubovun qohumu olduğu bildirilir.

Videoda həqiqətən də Elşad Abdullayev müsahibinə "Rasim" deyə müraciət edir. 2004-cü ilin sentyabrında baş verdiyi ehtimal olunan söhbətdə, müsahibi Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Elşad Abdullayev indiyədək aldadıldığını əsas gətirərək həmsöbətinin təklifinə şübhə ilə yanaşır, ondan əlavə sübutlar istəyir. 31 dəqiqəlik video eyni məcrada davam edir. Müsahibi Elşad Abdullayevə dəfələrlə bildirir ki, qardaşı Mahir Abdullayev sağdır, İran və ya Dağıstanda (yer şərtidir deyə əlavə edir) saxlanılır, özünü normal hiss edir və ayın axırına qədər azad olunacaq.

Videoyaya burada baxmaq olar
(AzadliqRadiosu videonun məzmununa görə məsuliyyət daşımır)
http://www.youtube.com/embed/eHJyu1ddx2c