-
Əgər ermənilərin timsalında sevgi bayağılaşırsa, bizim misalda əksinə nifrət bayağı forma alır.
Hüseynbala Səlimov
MİLLİ SEVGİ KODU
Çox az millət ona qarşı olan münasibətə biganə olur və çox az da millət tapmaq olar ki, özünü sevdirmək üçün müxtəlif formullar düşünməyə cəhd etməsin.
Bəzən hətta elə olur ki, bu formullar bayağılıq dərəcəsinə qədər gəlib çıxır, bəzən isə özünün inkarı, özününkünə nifrət üzərində qurulur.
Çox misal gətirməyəcəm, cəmi iki nümunəyə müraciət edəcəm – erməniləri və bir də özümüzü araşdırmağa çalışacam.
Düşünürəm ki, bu, iki nümunə xarakterikdir.
BU XALQIN H. MATEVOSYAN-I DA VARDI…
Erməni publisistlərinin yazılarını oxumaq olduqca çətindir, çünki bu yazılarda özünü sevdirmək cəhdi absurda gəlib çatır, bir qədər əvvəldə qeyd etdiyim kimi bayağılıq həddini də aşır.
Amma bu xalqın ədəbiyyatı da olub və bu ədəbiyyata o qədər də dərindən bələd olmasam da, H. Matevosyan-ı hər halda tanıyıram. İlk dəfə bu yazarı oxuyanda qəribə bir hiss duydum, mən onda «milli şivənçilik» görmədim.
Hər şey sadədir, anlaşıqlıdır, o cümlədən də adamlar. Onlar hamısı bizim kimidir, biz onlar kimiyik – sevirik, nifrət edirik, paxıllığımız tutur, lovğalanırıq, şitlik edirik, ciddi oluruq.
Mən belə bir ovqatı gürcü ədəbiyyatında və kinematoqrafında da hiss etmişdim. Yadıma gəlir, uşaqkən oxuduğum «Mən, nənəm, İliko və İllarion»nun təsirindən qopa bilmirdim, ayrıla bilmirdim.
Birdən bir dünya ədəbiyyatı mənim üçün tək bir şəxsdən – Nodar Dumbadze-dən ibarət olmuşdu.
Sonra Hrant Matevosyan-ın «İlxı» əsərini oxudum. Təəssürat yaxın idi, erməni publisistikasının qaldırdığı «toz»dan, haray-həşirdən əsər-əlamət yox idi.
Sonradan S. Kaputikyan-ın, S. Khanzadyan-ın (S. Xanzadyan), xüsusən də Z. Balayan-ın yazdıqlarını oxuyanda özüm də məəttəl qaldım.
Fikirləşdim ki, bəlkə Hrant Matevosyan başqa ölkənin, başqa bir planetin yazarıdır?! Bu günlərdə oxuduğum bir «yazı» isə məni lap əldən saldı.
Təsəvvür edin. Birinci abzasda yazılır ki, erməni xalqı ən qədim xalqdır. Bunun ardınca ikinci abzas gəlir və orada yazılır ki, erməni xalqı ən mədəni xalqdır…
Təbii ki, bunlar öz xalqını sevdirmək üçün edilir. Amma mən buna ucuz reklam kimi baxıram və yadıma bir reklam qanunu düşür: reklam bayağılaşanda anti-reklama çevrilir!
Güman etmirəm ki, bütün bunların bir müsbət nəticəsi olsun. Bəlkə də onlar öz millətlərinə qarşı dəlicəsinə məhəbbətdən doğur, amma onlar sevgi yaratmır, çünki onların içində başqa millətə qarşı böyük nifrət var.
Məhəbbət heç vaxt nifrətə örtük ola bilməz, o, yumurta deyil ki, sarısı nifrət, ağı isə məhəbbət olsun…
BİR AZ SEVGİ QATILSAYDI…
Bir dəfə yazmışdım ki, Azərbaycanda milləti aşağılamaq az qala ədəbi üsluba çevrilib.
Bunu isbat etmək o qədər də çətin deyil. Əlinə qələm alan millətində elə qüsurlar tapır ki…
Ola bilsin, bunların bəzisinin ədəbi dəyəri var. Amma onlar milli sevgi kodu kimi yararsızdır. Ən klassik ədəbiyyatı, Nizamini, Füzulini, Nəsimini bir tərəfə qoysaq, millətimizi təqdim etmək üçün kimi, hansı yazarları əcnəbilərə oxumağa tövsiyə elə bilərik?
Bunun cavabı çətin məsələdir. Əcnəbilərə təqdim etmək üçün cəmi bir əsər tanıyıram ki, onun oxunması millətimizə utanc gətirməz. Bu da «Əli və Nino» romanıdır.
Qalanlarında millət yalnız ağrı, işgəncə mənbəyi rolundadır və onları oxuyanda yalnız bir sual yaranır: sizin millət niyə belədir?
Əgər bir qədər əvvəl qeyd etdiyim misalda – ermənilərin timsalında sevgi bayağılaşırsa, bizim misalda əksinə nifrət bayağı forma alır.
Düzdür, ayrı-ayrı nümunələr var. Məsələn, Ə. Haqverdiyevin bəzi hekayələri təqdirəlayiq hesab edilə bilər. Amma ümumilikdə götürəndə çox bərbad vəziyyətdir, sanki bu əsərlər bir məqsədlə yazılıb ki, başqalarına göstərək ki, görün, biz hansı hissləri keçiririk bu millətin içində!
Milləti sevdirmək cəhdi azdır, bəlkə də yoxdur bizim ədəbiyyatda. Bəzən buna bir «bəraət» də axtarmaq istəyirəm. Bəlkə bizim ədiblər bu yolla, fərdləri sevdirməklə milləti sevdirməyə cəhd edirlər?
Bilmirəm.
Bu, o qədər də inandırıcı görünmür, çünki həmin fərdlər az qala bu millətin nümayəndəsi olmağı özlərinin ən böyük faciəsi hesab edirlər…
Bir dəfə yazmışdım ki, nədənsə bizdə faciə yoxdur. Amma sonra gördüm ki, bizdə faciə janrına iddialı əsərlər həddindən çoxdur, amma onların heç biri sözün böyük mənasında faciə səviyyəsinə qalxmaq iqtidarında deyillər.
Faciə səviyyəsinə qalxmaq iqtidarında olan isə bizim ədəbiyyatın son 100 ildəki durumudur, çünki həyatda da, ədəbiyyatda da ən böyük faciə kökləri danmaqdır…