-
Ümid edirik ki, bizdə məscidlərin mövcud olduğu kimi, günlərin bir günü ərəb ölkələrində də xristian məbədləri ortaya çıxacaq və daha Budda heykəlləri atəşə tutulmayacaq...
Umberto Eco
MÜQƏDDƏS MÜHARİBƏ - EHTİRAS VƏ AĞIL
“La Republica”, İtaliya
(Çeviri: Namiq Hüseynli)
Əgər son günlərdə kimsə Qərb mədəniyyətinin üstünlüyü haqqında yersiz söhbətlər edirsə, buna elə də əhəmiyyət verməyin.
Kiminsə uyğun olmayan bir məqamda doğru sözlər deməsi, kiminsə yanıla bilməsi də elə mühüm deyil.
Dünya düzgün və yanlış şeylər danışan adamlarla doludur, hətta bin Laden adlı cənab da, bizim baş nazirdən (Silviyo Berluskoni – tərc) daha varlı ola bilər, dünyanın ən yaxşı univerisitetlərində oxuya bilər.
Mühüm olan isə odur ki (bu hər kəsi – siyasətçiləri, din xadimlərini, təhsil işçilərini narahat etməlidir), doğruluğu qəbul edilmiş bəzi ifadələrin və ya məqalələrin əsas müzakirə mövzusu olur, gənclərin fikirlərini məşğul edir və emosiyalarının diqtəsi altında nəticələr çıxarmasına gətirib çıxarır. Mən məhz gənclərlə bağlı narahatam, çünki yaşlı nəslin düşüncəsini dəyişmək artıq mümkün deyil.
Əsrlər boyu dünyanı qana boyayan bütün din müharibələri məhz buna bənzər affektlərdən və qarşı tərəflərin “biz” və “onlar”, yaxşı və pis, ağ və qara kimi sadələşdirilməsindən doğub.
Qərb mədəniyyətinin ən böyük xidməti isə, onun hər zaman şeylərə bu cür sadələşdirməylə baxmaqdan boyun qaçırmasındadır. Amma, əlbəttə, kitabları yandıran və incəsənət əsərlərini məhv edən, “aşağı” kastaya aid olduğuna görə, fikirlərinə görə, irqinə görə insanları öldürən Hitler də Qərb mədəniyyətinin bir parçasıdır...
İndi gəlin sivilizasiyaların toqquşmasından danışaq, çünki indi məhz bu, əsas problemə çevrilib. Yəqin ki, Qərbin başqa sivilizasiyalarla maraqlanmaqda motivi iqtisadiyyatını genişləndirmək olub. Bəzən isə o, nifrətə qapılıb
aşqa sivilizasiyaları məhv edib. Yunanlar öz dillərində danışmayanları barbarlar, daha doğrusu “kəkələyənlər” adlandırırdı. Lakin, daha yetkin yunanlar, məsəlçün stoiklər, barbarlara fikir verdikdən sonra, tezliklə barbarların sadəcə eyni mənaları onlarınkından fərqli sözlərlə ifadə etdiyini başa düşmüşdülər.
XIX əsrin ortalarından başlayaraq mədəniyyət antropoloqları “Başqaları” ilə bağlı, xüsusilə də əvvəldən vəhşi və primitiv hesab olunan, tarixi kökündən məhrum olmuş xalq hesab edilən Başqalarının ortaya çıxmasının günahını Qərbin boynuna yıxırdı. Düşünürəm ki, bunu dedikdən sonra başqa heç nə əlavə etmək lazım deyil. Qərb bu “vəhşilər”lə elə də yumşaq davranmamışdı: onları “kəşf etmiş”, xristianlaşdırmağa çalışmış, çoxusunu köləyə çevirmişdi.
Ondan bəri mədəniyyət antropoloqlarının əsas məqsədləri isə, qərb mədəniyyətindən fərqlənən, lakin buna baxmayaraq ciddi, nifrətsiz və repressiyasız qəbul edilməli olan fərqli düşüncə tərzlərinin də mövcudluğunu izah etmək oldu. Əlbəttə ki, bu antropoloqların Başqalarının həyat tərzinin məntiqini izah edərək onu mənimsədiyi və təbliğ etdiyi anlamına gəlmirdi. Antropoloqlar ən çoxu Başqalarının öz evində dinc həyatını yaşayarkən, düşüncə tərzlərinə hörmətlə yanaşılması gərəkdiyini bildirirdilər.
Mədəniyyət antropologiyası haqqında bütöv bir mühazirə oxumaq olar və bir mədəniyyətin başqasından yüksəkdə durduğunu sübut etmək üçün mütləq qiymətləndirmə kriteriyaları tapmaq lazımdır. Bir şeyin mədəniyyət olduğunu demək başqa, onun hansı kriteriyalara görə dəyərləndirildiyini aydınlaşdırmaq isə tamam başqa şeylərdir. Başqa mədəniyyəti kifayət qədər “neytral” şəkildə qələmə verə bilərik. Amma onun dəyərləndirilmə kriteriyası bizim öz köklərimizdən, zövqlərimizidən, vərdişlərimizdən, dəyər sistemimizdən asılıdır.
Məsəlçün, biz texnoloji tərəqqini, ticarət əlaqələrinin genişlənməsini, nəqliyyatın sürətinin artmasını yaxşı, daha doğrusu dəyərli bir şey kimi qəbul edirik. Olduqca çox adam belə düşünür və onlar bu nəzər nöqtəsindən çıxış edərək bizim yüksək texnologiyalı sivilizasiyamızın daha yaxşı olduğunu iddia etməkdə haqlıdırlar. Amma elə həmin qərb dünyasında, ən yüksək həyat dəyərini təbiətlə harmoniyada yaşamaqda görən və ekoloji təmizliyin qorunması naminə avtomobildən, təyyarədən, soyuducudan və televizordan imtina edib, ağacların əhatəsində piyada gəzməyə hazır olan insanlar yaşayır. Belə ki, bir mədəniyyətin o birindən üstün olduğunu müəyyən etmək üçün təkcə onu təsvir etmək bəs eləmir, (antropoloqların etdiyi kimi), həm də onların dəyər sisteminə bir nəzər yetirmək lazımdır. Ancaq bu halda bizim sivilizasiyamızın yaşaya biləcəyimiz ən yaxşı sivilizasiya olduğunu demək mümkündür.
Bu günlərdə cürbəcür mədəniyyətlər üzərində müzakirələr aparılır, amma onları dəyərləndirmək üçün kriteriyalar həmişə mübahisəli qalır. Məsəlçün, dialoq tərəfdarları islam aləminin müdafiəsinə qalxırlar, onlar xristian aləminin xeyli geridə qaldığı dövrlərdə İspaniya ərəblərinin coğrafiya, astronomiya, riyaziyyat və tibb sahəsində çox böyük irəliləyişlərə nail olmasını xatırladırlar.Amma tarixi bura qatmaq lazım deyil, çünki o iki ucu olan dəyənək kimidir. Deyək ki, Bin Laden və Səddam Hüseyin qərbin ən amansız düşmənləridir, lakin bizim mədəniyyətin də yetirdiyi Hitler və Stalin kimi şəxsiyyətlər olub (adətən amansızlığına görə Stalini şərq insanı hesab edirdilər, amma o, seminariyada təhsil almış və Karl Marksın kitablarını oxumuşdu).
Xeyr, dəyərləndirmə kriteriyaları problemi bizi tarixə üz tutmağa sövq etmir, əksinə çevrilib bu gün yaşadığımız dünyaya baxmağa məcbur edir.
Bu gün qərb mədəniyyətində (onun əsas dəyərləri azadlıq və plüralizimdir) ən tərifəlayiq şey, hər bir insana, yaxud hər bir əşyaya müxtəlif tərəflərdən baxmağın mümkünlüyüdür. Belə ki, məsəlçün ömrün uzanması xeyirli bir şey kimi, ətraf-mühitin çirklənməsi isə zərərli şey kimi qəbul edilir. Digər tərəfdən də insan ömrünü uzatmaq üçün texnologiya və preparatlar hazırlamaqla məşğul olan nəhəng institutların çoxlu elektrik enerjisi tələb etdiyini göz qarşına gətirə bilərik, elektik stansiyaları isə öz növbəsində ətraf mühiti kirləndirir. Qərb mədəniyyəti öz daxilindəki ziddiyyətləri açıb ifşa etmək bacarığına yiyələnib.
Məhz Qərbin daim öydüyü bu kriteriyaların tənqidi nəticəsində biz dəyər şkalası probleminin necə incə və etik məsələ olduğunu anlayırıq. Bank sirlərini saxlamaq doğrudurmu, lazımdırmı? Çoxları bunun lazımlı olduğunu deyirlər. Bəs bəlkə bu məxfilik həm də terroristlərə London bankından pul saxlamaq imkanı verir? Belə halda bu gizli informasiyaların saxlanılması labüd yaxşılıqdır, yoxsa mübahisəli məsələdir? Biz daim kriteriyaların çoxunu sual altında qoyuruq. Elə məktəb skamyası arxasında oturmağa başlayarkən emosional səviyyədə sözsüz qəbul etdiyimiz dəyərləndirmə sistemlərini müzakirə edib, analizlər aparmaq lazımdır.
Amma, başqa mədəniyyətin (dəyər sisteminin) təmsilçisi bizim cəmiyyətə düşəndə mədəniyyət antropologiyası problemi böyük çətinliklə həll olunur.Axı irqçilik yadelli mədəniyyətin bizim evimizin içinə girməsindən sonra ortaya çıxır. Deyək ki,Yeni Qvineyadan Qərbə bir adamyeyən (fərz edək ki, belələri hələ də qalıb) mühacirət edib və heç olmasa hər bazar günü bir adam yemək ehtiyacı duyur, bu halda onunla necə davranmalıyıq?
Bizim cəmiyyətdə adamyeyənlərin məsələsi çoxdan həll olunub, biz belələrini həbsxanaya göndəririk. Bəs müsəlman qadın pasport şəkli çəkdirərkən hicabını çıxartmamasına icazə verilməsini tələb edərkən necə davranmaq lazımdır? Axı bizim qanunlar həm vətəndaşlar, həm də qonaqlar üçün bərabərdir və pasporta hicablı şəkil vurmaq olmaz. Məncə, foto ilə bağlı heç müzakirələr etməmək də olar, axı foto elə də vacib deyil. Bundan əlavə, əgər müsəlman qızı bizim məktəblərdə təhsil alsa özü üçün insan haqları ilə bağlı çox şey ayırd edə bilər, eləcə də Qərbdən gedən çox adamın müsəlman məktəblərini oxuyarkən Quranı sərbəst şəkildə qəbul edib müsəlman olduğunu görürük. Dəyərlərin kriteriyalarını analiz etmək bizim çox şeyi qəbul edəcəyimiz, bəzi şeyləri isə qəbuledilməz sayıb çıxdaş edəcəyimiz anlamına gəlir.
Qərb Başqalarının ənənələrini və həyat tərzini öyrənmək üçün çoxlu səy və vəsait sərf edib, amma heç kim Başqalarına Qərbin ənənələrini və həyat tərzini öyrənməyi məsləhət görmür. Məgər Çindən yaxud Afrikadan çoxmu antropoloq bizim mədəniyyəti öyrənmək və sonra bu haqda təkcə öz vətəndaşlarına deyil, elə necə göründüyümüzlə bağlı bizim özümüzə də danışmaq üçün Qərbə gəlib?
Təsəvvür edin ki, islam fundamendalisti xristian fundamentalizmini (xristian fundamentalizmi deyəndə hələ də məktəb kitablarından Darvinlə bağlı istənilən kiçik bir fikrin belə çıxarılması uğrunda mübarizə aparan protestantları nəzərdə tuturam) öyrədən kursa qatılması məqsədiylə bizim ölkəyə dəvət olunub. Məncə, başqa mədəniyyətlərin fundamentalizmini öyrənmək antropoloji baxımdan öz fundamentalizminin təbiətini başa düşməyə kömək edə bilər. Qoy onlar bura gəlib, müqəddəs müharibə ilə bağlı bizim təsəvvürlərimizi öyrənsinlər (mən şəxsən onlara bir neçə kitab məsləhət görə bilərən, onların arasında lap bu yaxınlarda çap olunanları da var) və bəlkə onlar müqəddəs müharibə ilə bağlı öz ideyalarına daha tənqidi yanaşmağı öyrənəcəklər.
Bizim qərb mədəniyyətinin əsas dəyərlərindən biri insanlar arasında fərqi etiraf etmək və insanı olduğu kimi qəbul etməkdir. Dinə görə insan haqqında, deyək ki, onun homoseksual olması haqqında kütlə içində danışmaq normal və tamamilə ədəbli hərəkətdir. Amma daha sonra evdə insanlar onu əxlaqsız adlandırıb gülə bilirlər.
Bəs onda fərqləri qəbul etməyi necə öyrənmək olar? L'Academie Universelle des Cultures (Fransada yerləşən Ümumdünya Mədəniyyət Akademiyası) pedaqoqlar üçün, məktəblilərə özlərindən fərqli insanları (dərisinin rənginə, dininə, ənənələrinə və s. görə) qəbul etməyi öyrədən materiallardan ibarət sayt açıb. Orda hər şeydən əvvəl qarşıya məqsəd qoyulub ki, uşaqlara bütün insanların bərabər olması haqqında yalan danışılmasın. Uşaqlar qonşularının ya da sinif yoldaşlarının bəzilərinin başqalarından fərqlənməsini, başqa rəngdə dəriyə, göz yarığında sahib olmasını, qəribə-qəribə yeməkləryeməsini, xristian ayinlərinə qatılmamasını çox yaxşı hiss edirlər. Uşaqlara insanların bir-birindən çox fərqləndiyini,fərqlərin məhz nədən ibarət olduğunu və onların mədəni zənginlik mənbəyi ola biləcəyini izah etmək lazımdır.
Fərqliliyə qarşı dözümlülük, sözsüz ki, ən çox mübahisə doğuran dəyərlərdən biridir və biz öz mədəniyyətimizi dözümlülüyü öyrənmiş, yetkin mədəniyyət hesab edirik, dözümlülüyü qəbul etməyən mədəniyyətlər isə əksinə bizim üçün barbar mədəniyyətdir. Əks halda biz də hələ hannibalların mövcud olduğu yerlərlə gedib, onları yeyərdik. Ümid edirik ki, bizdə məscidlərin mövcud olduğu kimi, günlərin bir günü ərəb ölkələrində də xristian məbədləri ortaya çıxacaq və daha Budda heykəlləri atəşə tutulmayacaq. Bu ancaq öz dəyərlərimizin həqiqiliyinə inananda baş tutacaq.
09/10/2001