Azərbaycanın şimal sərhədində avtomobil, cənub sərhədində insan tıxacı
Sizin brauzer HTML5-i dəstəkləmir
Yay geridə qaldıqca istirahətçilər geri qayıdır, gediş-gəliş də azalır. Amma ölkənin şimal və cənub sərhədlərinə baxsan, bunu deməzsən.
Şimalda Rusiya Fedarasiyası ilə Azərbaycanın hüdudlarını birləşdirən Samur Buraxılış Məntəqəsindən keçməyə çalışanlar deyir ki, bəzi vaxtlarda məntəqədə 2-3 gün gözləməli olurlar.
Cənubdan Azərbaycanı İran İslam Respublikası ilə birləşdirən Astara məntəqəsində maşın növbələrini piyadalar əvəzləyir. Burada yaşayan sakinlərin İrana ucuz azuqə almağa gedir. O üzdən geri dönərkən gömrükdə yubanmalı olurlar