-
- Onsuz da İlham Əliyev seçiləcək.... Bu nə deməkdir ki?
- Yəni onun şansı çoxdur da. Xarici təşkilatlar gedib gətirirlər siyahını. O siyahılarda məlum olur ki, o, bütün başqa namizədlərdən daha çox səs alacaq...
Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin sentyabrın 30-da keçirilən iclasında prezident seçkilərində İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər. Onlar ədəbi ictimaiyyəti də İ.Əliyevə səs verməyə çağırıblar. Başda postmodernist yazarlar olmaqla bəzi ictimai fəallar bu bəyanatı tənqid edərək, Azərbaycanın yazıçı-şairlərinin bu mövqeyini pislədilər. "Yeni Müsavat" qəzetindən Sevinc Telmanqızı AYB sədri Anarla söhbətində bu məsələlərə toxunmağa çalışıb.
Anar:
- Yazıçılar da bütün vətəndaşlar kimi səsvermə hüququna malikdilər. Kimə səs verəcəklərini də yığışıb müəyyənləşdirdilər, fikirlərini bildirdilər. Vəssalam, budur baş verən.
- Amma bunu şəxsən Siz bəyan etdiniz ki, yazıçılar İlham Əliyevi dəstəkləyirlər. Daha öncə bu barədə müzakirə olmuşdumu?
- Bunu tək mən yox, geniş katiblik elədi. Yəni katiblərdən başqa da iştirakçılar var idi. Bir yerdə müzakirə elədik və qərara gəldik ki, bu barədə bəyanat verək. Özü də bizdən əvvəl bəstəkarlar da, rəssamlar da belə bəyanat verib. Onlarla niyə maraqlanmırlar? Onlar siyasətə qarışa bilərlər, biz qarışa bilmərik?
- Bu, Yazıçılar Birliyinin ifasında hər seçki öncəsi təkrarlanır. Bu səbəbdən də tənqid hədəfi olursuz...
- Ay qızım, mən onu desəm də, deməsəm də, tənqid hədəfi olacağam. Azərbaycanda məndən çox tənqid olunan var? Sizin qəzet bir az eləyir, amma eləsi var, hər nömrədə mənə bir badalaq gəlir, nəsə yazır. Mən artıq öyrəşmişəm. Səsim çıxmır, niyə çıxmır? Səsim çıxır, niyə çıxır? Bu nə qədər olar axı? Mənim fikrim aydındır, heç kəsə də öz fikrimi təlqin eləməmişəm. Müzakirə elədik və hamının ümumi fikri bu oldu ki, onsuz da İlham Əliyev prezident seçiləcək, biz də ona səs verəcəyik.

- Yəni onun şansı çoxdur da. Xarici təşkilatlar gedib gətirirlər siyahını. O siyahılarda məlum olur ki, o, bütün başqa namizədlərdən daha çox səs alacaq.
- Digər namizədlərin çıxışlarını, debatları izləyə bilmisiz?
- Bir dəfə izlədim və mənə çox pis təsir elədi. Bizim bəyanatda o da var ki, gərək müzakirələr sivil şəkildə aparılsın. Söyüş, təhqir olmasın. Namizədlər bir-birinə düşmən kimi yox, siyasi rəqib kimi baxmalıdır. Cəmi bir dəfə baxdım. Çünki Bakıda deyiləm, indi də Ankaradayam. Serbiyada idim, ordan gələndən sonra bir dəfə baxdım. Mənə pis təsir elədi. Çünki buna xaricilər də, səfirlər də, jurnalistlər də baxırlar. Bunlar da bir-birini söyür, ağır təhqir edirlər.
- Hər halda, Sizi və Yazıçılar Birliyini daim iqtidarın yanında görürlər. Bu barədə nə deyəcəksiz? Təsadüfdür?
- Onu deyəcəm ki, Anar heç bir vaxt fikrini dəyişmir. Mənim nə fikrim varsa, həmişə də o fikirdə qalıram. Mən o adamlardan deyiləm ki, bu gün iqtidardadır, sabah nəsə bir şey olan kimi keçir müxalifətə. Mənim fikrim həmişə bir olub. Deputat olanda da iqtidarı dəstəkləyirdim, deputatlıqdan uzaqlaşdıranda da yenə iqtidarı dəstəklədim. O adamlar ki, gözləyirlər, mən müxalifətə keçəcəm, mən o adamlardan deyiləm. Mənim öz mövqeyim var və bu mövqeyin üstündə də dayanacam. Yenə də təkrarlayıram, bu, tək mənim yox, katibliyin mövqeyidir.
- Bəs heç Yazıçılar Birliyində bu qərara qarşı çıxan olmadı? O qədər üzvün hamısı dəstəklədi?
- Sən mənə dedin, bir sual verəcəm, artıq 15 sual verirsən. Olmaz axı...
- Maraqlı danışırsız, ondandı...
- Nə olar ki, bir dəfə sənlə xoş bir söhbət edək, yaxşı mövzuda danışaq. Ağıllı qızsan, amma hər dəfə belə qalmaqallı söhbətlər olanda mən yadına düşürəm.
- Niyə elə düşünürsüz? Aktual mövzudur deyə...
- Yox axı, aktual həm də odur ki, filmlərim çıxır, kitablarım çıxır, tədbirlərdə iştirak edirəm, xaricə gedirəm. Bir dəfə haqqımda bir yaxşı söz yazmırsan qəzetdə. Ancaq bir qalmaqallı söhbət olanda yada düşürəm ki, hə, sən hədəfsən. Mən həmişə hədəfəm, hədəf olmuşam, bundan sonra da olacam. Mənim bir mövqeyim var və o mövqeyi dəyişmək fikrində deyiləm.
- O zaman bunu da soruşum: Yazıçılar Birliyinin bu mövqeyinə görə hakimiyyətdən sizə təşəkkür etdilərmi?
- Mən təşəkkür üçün eləmirəm. Mənə bu hakimiyyətdən heç nə lazım deyil. Bəzi adamlar deyirlər ki, mən nə isə umuram. İlk dəfə Heydər Əliyevin yanında mən çıxış elədim ki, fəxri adları ləğv eləmək lazımdır, bu, heç kimə lazım deyil. Bunlar elə bilirlər ki, mən nəsə ad almaq istəyirəm, ona görə edirəm. Boş şeylərdir. Mənim şəxsi heç bir təmənnam yoxdur. Özün bilirsən, nə maşınım, nə bağım, nə bankda pulum var. Ancaq öz vicdanımın səsi ilə hərəkət etmişəm. Bundan sonra da elə edəcəm.
Belə bir bəyanat hər bir ictimai təşkilatın haqqıdır, yoxsa qınanmalı davranışdır?
Bu gün saat 19 00-da Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata AYB-nin katibi Rəşad Məcid, sözügedən bəyanatla razılaşmayan və AYB-dən çıxacağını bildirmiş yazıçı Zümrüd Yağmur, gənc yazarlar Kəramət Böyükçöl və Rüfət Əhmədzadə qatılacaqlar.
Burda dinlə