Mülayim iqlimdə «qış oyunları»
Krasnaya Polyana Rusiya Federasiyasının Krasnadar vilayətinin Soçi şəhərində Adler rayonu tərkibində bir qəsəbədir. Qəsəbə Qara dəniz sahillərindən 39 km aralıda, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir.
Soçinin dağ istirahət mərkəzləri məhz bu ərazidə yerləşir. Qarla örtülü hündür zirvələri olduğu üçün Soçi 2014 qış olmpia oyunları şəhərin digər bölgələri ilə yanaşı, burada da keçiriləcək.
Qış olimpia oyunlarından bəziləri bu qəsəbədə keçiriləcək deyə hal-hazırda qəsəbədə iri həcmli tikinti və yenidənqurma işləri aparılır.
Qəsəbə tərkibində salınması nəzərdə tutulan Olimpia şəhərciyində 1100 nəfərlik mehmanxana, istirahət mərkəzlərinin bəziləri Qış Olimpia oyunlarının başlamasına üç aydan daha az vaxt qalmasına baxmayaraq hələ da hazır deyil.
Ümumiyyətlə Olimpia hazırlıqları üçün dövlət büdcəsindən ayrılan vəsaitin taleyi ilə bağlı vaxtaşırı yerli və beynəlxalq media orqanlarından materiallar dərc olunur. Tikintidə iştirak edən müxtəlif şirkətlər ümumilikdə 240 milyard rubl kredit götürdüyü rəsmi bildirilsə də, bu məbləğin 190 milyard rublunun (təqribən 80%) nəyə və necə xərcləndiyi məlum deyil.

Əvvəllər nəzərdə tikinti işlərini Ahmed Bilalovun Şimali Qafqaz Kurortları şirkəti həyata keçirirdi. Amma sonradan adı yeyinti hallarına qarışan bu şirkət layihədən uzaqlaşdırıldı. Hal-hazırda inşaat və digər hazırlıq işlərini Qazprom həyata keçirir.
Krasnaya Polyanada Olimpia şəhərciyində inşaat gecə-gündüz davam edir.
Dağın yüksək hissələrində gəzişən cütlük.
Bəzi ekspertlərin fikrincəmülayim iqlimi ilə seçilən Soçi Qış Olimpiadası üçün uğurlu yer deyil. İlin 6-7 ayını qar altında keçirən Sibir dura-dura olimpiadanın Soçidə keçirilməsi hazırlıq işləri üçün daha çox maddi vəsaitin ayrılmasına və onun müəmmalı şəkildə sərf edilməsinə şərait yaradır.

Olimpia zamanı qar yağıntılarının hər il olduğu kimi az olacağı ehtimal edilir. Problemdən çıxış yolu kimi, əgər qar yağıntılarının az olacağı təqdirdə uca dağ zirvələrində toplaşmış qar kütləsinin partladılaraq dağ ətəyinə qədər gətirilməsi nəzərdə tutulur.
Ekspertlərin fikrincə hazırlıq işləri zamanı immiqrant fəhlələrin əməyindən sui-istifadə edilir. Ucuz işçi qüvvəsi kimi işlədilən Özbəkistan və Taciqstandan olan işçilər bir neçə ay əmək haqqı vədi ilə işlədilir və vədin tamamında Miqrasiya Komitəsi tərəfindən onlar ölkədən deportasiya edilir.

Krasnaya Polyanada, Olimpia şəhərciyində çalışan Türkiyədən olan türk fəhlələrin bizə dediyinə görə son aylarda 20-ə qədər fəhlə inşaat vaxtı vəfat edib. Onların bir çoxu inşaat zamanı təhlükəsiz iş şəraiti olmadığı üçün vəfat edib. Amma ölüm halları müxtəlif yollarla mediadan gizlədilib.
Türkiyədən olan fəhlər deyir ki, keçən ay da Türkiyənin Trabzon şəhərindən bir fəhlə iş zamanı hündürlükdən yıxılaraq vəfat etdi. Hadisədən sonra rəsmi tərəflər yüngül xərclərlə hadisəni ört-basdır etdilər.
Soçidə ECO-Vaxt təşkilatının üzvü, ekolog Yuliya Naberejnayanın fikrincə bu şəhərciyi təbiətə daha az zərbə vurmaqla qurmaq olardı. Amma tam əksi oldu: ağaclar məhv edilərək betonlar salındı, ekoloji tələblərə məhəl qoyulmadan inşaat işləri aparıldı.
İnşaat bütün vasitələrlə həyata keçirilir.
Krasnaya Polyananın hündür dağ zirvələrinin birində qış istirahət mərkəzi.
Krasnaya Polyananın hündür dağ zirvələrinin birində qış istirahət mərkəzi.