Şok! Şok! Şok! Ekonu, Pamuku, Rüşdünü özünə heyran buraxan, ədəbiyyat dünyasının yeni gözəli kimdir?
-
Tədbirin sonunda Lila israrla Pamukdan romanlarındakı seks səhnələri ilə bağlı soruşanda, türk romançı zarafatla belə demişdi: “İnsanlar bu mövzunu sənin qədər məndən soruşmur..."
Oxunmalı kitablar
QİSMƏT
NABOKOVUN YENİ SEVGİLİSİ

Kimdir həm gözəlliyi, həm intellekti, həm də istedadı ilə hamının qəlbini fəth edən bu xanım? Kimdir ilk kitabı ilə böyük səs-küyə səbəb olan bu gənc qız? Bu yazıdan ayrılmayın. Az sonra...
Sevimli yazıçım, böyük üslubçu Nabokovla bağlı material toplamaq üçün internetdə gəzişərkən, linkdən linkə keçə-keçə maraqlı bir xəbərə rast gəldim və bu xəbər sayəsində yeni bir romançı kəşf etdim: Lila Azam Zanganeh.
Lila İran inqilabından sonra Parisə qaçan bir ailənin qızıdır, Harvard Universitetini bitirib. Səs-küy yaradan ilk romanı “Sehrbaz: Nabokov və xoşbəxtlik”dən əvvəl, Lila dünyaca məşhur ədəbi dərgilər – Paris Review, New Yorker, New York Times Book Review – üçün reportajlar hazırlayıb.
Bu reportajlar sayəsində, hal-hazırda yaşayan dünyanın ən məşhur romançıları ilə tanış olub, dostlaşıb. İlk və hələlik yeganə romanı olan “Sehrbaz” əsəri xatirə, gündəlik, esse və s. janrların sintezindən yaranmış romandır.
Konkret bir kateqoriyaya aid etmək çətindir, özü müsahibələrindən birində “kitabınız fiction, yoxsa non-fiction-dır?” sualına, “kombinasiya” cavabını verib. Kitabın mövzusu Parisdə böyüyən, sonradan Nyu-Yorka köçüb orda yaşayan gənc bir iranlı qızdan bəhs edir. Bu iranlı mühacir qız dünyaya gələndə, sonralar onun çox sevəcəyi böyük rus yazıçısı Nabokov dünyadan köçür. Roman qızın özü kimi mühacir olan böyük romançıya olan heyranlığı, sevgisi üzərində qurulub. (ardı aşağıda)
Kitabın arxasında məşhur yazıçıların roman haqqında fikirləri var. Salman Rüşdü kitab haqqında “Nabokovun sənətindən ilhamlanaraq yazılmış, maraqlı, gözəl və əyləncəli bir kitab”, Orxan Pamuksa “Mövzunun layiq olduğu oyunçu ruhda yazılmış, ləzzətli və sehrli kitab” deyib.
Kitab bir neçə bölümdən ibarətdir, bölümlərin hamısının adı xoşbəxtliklə bağlıdır: “Xəyalpərəstin bədxərc xoşbəxtliyi”, “Yaddaşdakı parlaq xoşbəxtlik”, “Xoşbəxtlik partlayışı”, “Təbii xoşbəxtlik, təbii olmayan xoşbəxtlik”, “Oxucunun xoşbəxtlik macərası”, “Xoşbəxtlik parçaları”.
Bundan əlavə kitabda fotolar, çertyojlar, eskizlər, tipoqrafik hissələr, hə, unutmadan, bir də “Xoşbəxtliyi yazmaq: praktiki bələdçi” adlı bir hissə də var. Lila kitabın əvvəlində böyük bir kəpənəyə bənzəyən Nabokov ölkəsinin xəritəsini çəkib və bu xəritəyə əsasən kitabın iki cür oxunuşu təklif olunur. İstəyirsiniz kitabı adi ardıcıllıqla oxuyun, istəyirsiniz xəritədəki Nabokov ölkəsinin dayancaqlarına əsasən.
Lilanın “Sehrbaz” romanı indidən ABŞ, İngiltərə, Fransa, Hollandiya, İtaliya, İspaniya, Braziliya, Rusiya və Çində çap olunub.
İkinci kitabı “Orlando Invention”-nun üzərində işləyən Lila Türkiyənin “Hürriyət” qəzetinə verdiyi müsahibədə yeni kitabı haqqında belə deyir:
"- “Yeni kitabınız ‘Orlando Invention’un böyük hissəsindəki əhvalatlar XV əsrin İstanbulunda baş verir...
- Bəli, yenə xəyallar və obrazlardan qurulmuş bir romandır. Hekayə XIV əsrdə başlayır. Hərəsi ayrı əsrdə keçən 14 ayrı hekayə yazıram. İstanbuldakı əhvalat XV əsrdə baş verir... Hələlik bundan artıq heç nə demək istəmirəm. Mövzusu, təbii ki, sevgidir. Romanın adı Fransada çox məşhur olan “Roland nəğməsi” adlı əlyazmalardan gəlir. Bunlar VIII əsrdə Müqəddəs Roma Karmen İmperiyasının qurucusu Şarlmanın bacısı oğlu Şevalye Rolandın Roncevaux döyüşündə öldürülməsi ilə bağlı əlyazmalardır. Roland adı İspaniyada Rodlanda, İtaliyada Orlandoya çevrilir. Texniki olaraq əsrlər, məkanlar və qəhrəmanlar arasında dolaşan çətin bir metod seçmişəm. Riskə girmişəm. Amma risk olmasa, biz də olmarıq.”
***
2012-ci ildə Orxan Pamuk ingilis dilinə tərcümə olunmuş “Səssiz ev” romanını Bruklindəki BAM Harvey-in tarixi teatr binasında təqdim edəndə, gecənin aparıcısı Lila idi. Tədbirin sonunda Lila israrla Pamukdan romanlarındakı seks səhnələri ilə bağlı soruşanda, türk romançı zarafatla belə demişdi: “İnsanlar bu mövzunu sənin qədər məndən soruşmur. Artıq indiki dövrdə sekslə maraqlananlar üçün, roman oxumaq yəqin ki, ən sonuncu işdir. İmkanlar çoxdur. Bu tənqidləri haqlı saymıram.”
Belə-belə işlər...
***
Şok! Şok! Şok! Hansı xalq yazıçısı bəyənat verdi? O kimin bostanına daş atdı? Qarşılıqlı ittihamlardan kimin imicinə zədə dəydi? Bu yazıdan ayrılın.Təcili. “Az sonra”-nı gözləməyin.