-
Postmodernizm köhnə memarlıq üslublarını bəzən qismən, bəzən isə gen-bol yamsılayır.
Postmodernizm modernist memarlığın yanlışlarını, uğursuzluqlarını təkrarlamaq istəmir.
Çünki sırf funksional və qənaətcil binalara üstünlük tanıyan modernizm hər cür dekorativ elementlərdən imtina yolunu tutmuşdu, buna görə də tikilən binalar insana yalın və çılpaq təsir bağışlayırdılar.
MEMARLIQDA POSTMODERNİZM
Postmodernizm XX əsrin 70-ci illərinin ikinci yarısında və 80-ci illərin başlanğıcında, əsasən də inkişaf etmiş kapitalist ölkələrin memarlığında meydana çıxan cərəyandır.
Dünya ölkələrinin ixtisas ədəbiyyatında bu cərəyanın dəqiq təyini hələlik aparılmayıbdır.
Buna cəhd göstərilərkən isə vurğulanır ki, postmodernizm - modernizmə rəqib cərəyandır və onu əvəz etməyi qarşısına məqsəd qoyubdur. Məhz bu cəhətlərinə görə o, özüylə yanaşı mövcud olan neoavanqardizmdən və modernist konsepsiyanı inamla inkişaf etdirən gec modernizmdən fərqlənir.
Postmodernizm terminini ilk dəfə memar Çarlz Cenks 1975-ci ildə, həm də "yeni memarlıq"dakı modernizmə zidd bir anlayış kimi işlətmişdir.
Postmodernizm – memarlıqda beynəlmiləl bir üslubdur. Onun ideyalarını özündə əks etdirən ilk layihələr hələ 1950-ci ildə işlənmişdir.
Bugünkü gün də postmodernizm çağdaş memarlığa öz təsirini qoruyub saxlamaqdadır. Memarlıqda postmodernizm – "iti zəkaya (erudisiyaya), ornamentə və işarət dilinə dönüş" deməkdir. Bu həm də memarlıqdakı beynəlxalq üsluba məxsus formalizmə bir növ cavabdır.
Ümumilikdə postmodernizm axınının vaxtaşırı car çəkdiyi ideyalar memarlıq sahəsində də öz tətbiqini tapmışdır.
Modernizmdə məkanların funksionallığı və yeni forma yaradıcılığı ilə bağlı mövcud müddəalar postmodernizmdə estetik zənginliklə əvəzlənibdir: burada üslubların toqquşması baş verdiyindən formalar sırf formal xarakter daşıyır, ənənəvi üslublara və məkanlara fərqli, yeni baxış tərzi əsas götürülür.
Modernist memarlığın klassik örnəklərinə misal kimi, Qordon Bunşaftın "Liver House"unu, Miss van der Royenin "Sigrem building"ini, Le Korbüzyenin binalarını və "Bauhaus" hərəkatı təmsilçilərinin layihələrini göstərmək olar.
Postmodern memarlığa keçid mərhələsinə aid nümunələr isə Maykl Qreyvzin "Portland Building"i (Oreqona ştatının Portlend şəhərindədir) və Filipp Consonun Nyu-Yorkdakı "SONY building"idir (əvvəlcə bina "AT&T building" adlanırmış). Əvvəlki üslublardan müəyyən elementlər və işarətlər əxz edən bu binaların memarlıq üslubundakı rəng tərtibatı və simvolik detalların bolluğu diqqəti çəkməkdədir.
"Las-Vegas Strip" binası zamanla postmodernist memarlığın əsl ilham mənbəyinə çevrildi. Onu layihələndirən memarlar (Robert Venturi və Deniz Skott Braun) həmin rayonun memarlığını ətraflı araşdırmış və ortaq şəkildə qələmə aldıqları "Las-Veqasda alınan dərslər" adlı kitabda memarlığın adi və ümumi xarakter daşıdığına dair qənaətlərini oxucularla paylaşmışdılar.
Postmodernist memarlığı bəzən "neoeklektika" da adlandırırlar, çünki modernizmə xas və aqressiv təsir bağışlayan, naxışsız-bəzəksiz
fasadlarla müqayisədə postmodernistlər ornamentlərə qayıdış etdilər. Bu eklektik tərzin təmsilçiləri həm düz (90 dərəcəli) bucaqlardan qaçır, həm də qeyri-adi, fərqli səthlərin kombinasiyasına üstünlük verirdilər.
Sözügedən üslubda tikilən məşhur binalara örnək kimi, Ştutqart Dövlət Qalereyasını (qalereyanın yeni binasını), Çarlz Vilard Murun layihəsi olan "Pyatssa d'İtalia"nı və Edinburqdakı Şotlandiya Parlamentinin binasını göstərmək olar.
Adətən modernist memarlar postmodernist üslubdakı binalara vulqarlığı, mənasız elementlərlə və necəgəldi bəzənmələrini irad tuturlar.
Postmodernist memarlar isə modern üslubdakı tikililəri ruhsuz və zövqsüz sayırlar. Modernizm tikinti materiallarından minimum və məqsədyönlü istifadəyə, ornamentlərdən imtinaya can atdığı halda, postmodernizm ilk modernistlərin qoyduğu hər cür sərt yasağı rədd etməyə çalışır, inşaat prosesində müxtəlif texnologiyaların bir arada tətbiqinə can atır, cürbəcür bucaqlardan və stilistik elementlərdən yararlanır.
Digər üslublarla bağlantı
XX əsrin son rübündə memarlıqda yeni cərəyanlar peyda oldu. Funksionalizmi (funksionallığı) darıxdırıcı və hətta zəhlətökən sayan memarlar ondan imtina eləməyə başladılar.
Onlar binaların əski çağlardakı dizayn üsullarını ətraflı araşdırdılar, layihələndirmə əsnasında bunları bir arada, həm də hər hansı harmoniyadan uzaq şəkildə tətbiq edərək, yeni üslublar yaratmağa cəhdlər göstərdilər. Pre-modernist dizayna xas olan elementləri (sütunları və digər elementləri) öz layihələrinə qaytaran postmodernistlər bir qədər də irəli gedərək, klassik yunan və Roma memarlığına aid elementləri də dirçəltdilər. Halbuki modernizmdə dizayn elementi sayılan sütun konsolla və ya fasaddakı işıqkeçirən, asma konstrukiyalarla əvəz olunmuşdu.
Əslində sütunun müasir tikililərə geri dönüşü texnoloji tələbatdan daha çox estetik xarakter daşıyırdı.
Modernist üsluba aid çoxmərtəbəli binalar bünövrədən ta dam örtüyünə qədər fərqli dizayn elementlərindən ibarət, həm də monolit üsulla ucaldılan metal ştampları (qəlibləri) xatırladırdılar, birbaşa yerdən çıxıbmış kimi görünən və ətrafındakı mühitlə əsla uyuşmayan bu binalarda horizontal elementlərə də rast gəlinmirdi. Postmodernizmin "iti zəkaya (erudisiyaya), ornamentə və işarət dilinə dönüş"ü bizə bir mənada boz-ar və ar-deko üslublarının qədim binalardakı dekorativ xarakterli terrakota, bürünc və polad elementlərə qayıdışını xatırladır. Lakin onlardan fərqli olaraq, postmodern konstruksiyalarda rastlanan və ən müxtəlif üslublara aid ziddiyyətli elementlərdən istifadə heç bir hədd-hüdud tanımır.
Kontekstualizm – XX yüzilin sonlarında fəlsəfə elmində yaranan və ümumilikdə postmodernist ideologiyaya böyük təsir göstərmiş cərəyandır. Kontekstualizm sübut edir ki, istənilən bilgi kontekstə həssasdır. Bu müddəa bir qədər də inkişaf etdiriləndən sonra bilginin kontekstdən kənar dərkinin mümkün olmadığına qərar verildi. Bütün bu prinsip və yanaşmalar isə öz növbəsində postmodernist memarlığa təsirsiz ötüşmədi.
Postmodernizm
Postmodernizm hərəkatı 1960-70-ci illərdə Amerikada yarandı, sonradan Avropaya və bütün dünya ölkələrinə yayıldı. Postmodernizm (və ya bir başqa deyişlə, "gec modernizm") - əslində modernizmə əks reaksiya idi, ona meydan oxumaq idi. Postmodernizm köhnə memarlıq üslublarını bəzən qismən, bəzən isə gen-bol yamsılayır. Modernizmdən fərqli olaraq, postmodernizm tikiləcək binanın öz ətrafıyla, öz konteksti ilə uyuşmasına da diqqət yetirir. Həm də postmodernizm modernist memarlığın yanlışlarını, uğursuzluqlarını təkrarlamaq istəmir, çünki sırf funksional və qənaətcil binalara üstünlük tanıyan modernizm hər cür dekorativ elementlərdən imtina yolunu tutmuşdu, buna görə də tikilən binalar insana yalın və çılpaq təsir bağışlayırdılar.
Postmodernistlər isə anlayırdılar ki, bu cür binalar insanların tələbatlarına nə real, nə də vizual cəhətdən cavab verirlər. Modernizm həm də insanların gözəlliyə can atmasına hər hansı məhəl qoymurdu. Eynitipli yaşayış məhəllələri əsl viranəni xatırladanda modernizmin doğurduğu problem daha da qabardı.
Odur ki, postmodernizm bənzər şeylərdən qurtulmaqdan ötrü yollar arayırdı, ornament və bəzəklərdən yararlanırdı. Forma həllində isə təkcə binanın funksional tələbləri deyil, memarın istəyi də əsas rol oynayırdı.
Robert Venturi
Robert Venturi bu hərəkatın öncüllərindən sayılır. Onun qələmə
aldığı və 1966-cı ildə çap olunan "Memarlıqda mürəkkəblik və ziddiyyət" kitabı postmodernist memarlığın əlifbası sayılır, çünki o vaxtlar hakim cərəyan olan funksional modernizm bu kitabda kəskin tənqidə uğrayıbdır.
Miss van der Royenin məşhur: "Az olsun, yaxşı olsun" kəlamını Venturi dəyişdirərək: "Az olan darıxdırıcı olur" şəklinə salmışdı. Digər həmfikirləriylə birlikdə o, binaların dizaynına dekorativ elementləri qaytarmağa çalışırdı.
"Memarlıqda mürəkkəblik və
ziddiyyət" adlı kitabında o, modernizmi tənqid edərək yazırdı: "Memarlar binalardakı dekorativ elementləri rədd edə və ya onları itirdiklərinə yas tuta bilərlər, hətta dekorları hər yerdən silib-ata bilərlər, ancaq bununla da onlar yox olan deyillər. Sözügedən elementlər sadəcə qısa müddətə unudula bilərlər, çünki memarlar hələlik onları əvəz edəcək başqa bir şey tapmayıblar".
Robert Venturi modernist memarlığaqarşı mübarizənin ən ön sıralarında dayanırdı. Onun yazdığı "Memarlıqda mürəkkəblik və ziddiyyət" (1966) və "Las-Veqasda alınan dərslər" (1972) kitabları postmodernizmin hədəflərini çox gözəl açıqlamaqdadır. Bu sonuncu kitab üzərində o, həyat yoldaşı Deniz Skott Braun və Stiven Ayzenurla birgə işləmişdir.
"Las-Veqasda alınan dərslər" kitabında o, yazır ki, binaların bəzək elementləri mövcud olan müxtəlifliyə (rəngarəngliyə, bol çeşidə) və dialoqa (təmasa) uyğun seçilirdi. Binanın
insanın tələbatlarına (o cümlədən funksiyalarla bağlı olmayan tələbatlarına) cavab verməsi vacib şərt sayılırdı. Çağdaş cəmiyyətə xas bu özəllik memarlıqda da plüralist yanaşmanı tələb edirdi.
Buna görə də layihələrində rəngarəngliyə can atan postmodernist memarların yaradıcılığında plüralizm öz əks-sədasını tapmışdı.
"Kampidoliodan açılan mənzərə" adlı essesində Venturi oxucularıyla belə bir xatirəsini paylaşır: "Cavan yaşlarımda dahi memarların layihələrindəki orijinallıq (bənzərsizlik) və məntiqlilik diqqətimi çəkirdi. İndi isə mən məsələyə belə yanaşmıram. Məntiq baxımından güclü sayılan modernistlər rəngarənglikdə bizim nəsillə əsla ayaqlaşa bilməzlər".
Layihələndiriləcək binanın rəngarəng konteksti və tarixi qədər, postmodernistlər onun sifarişçisinin
tələblərinə də böyük həssaslıqla yanaşırlar.
Layihə üzərində çalışan postmodernist memarlar şəhər binaları üçün qoyulan ümumi tələbləri və binanın çevrəsini də diqqətə alırlar. Məsələn, Frenk Qerinin layihəsi olan Venetsiyada çimərlik evinin fonundakı binalar da əsas obyektlə eyni rəngə boyanıbdır. Bənzər həssasiyyət postmodernizm üslubundakı digər binalar üçün də keçərlidir.
Məqsəd və özəlliklər
Modernizmdən miras qalan problemləri həll etməklə yanaşı, postmodernizm layihələndiriləcək binanın kontekstinə həm həssaslıqla, həm də ikimənalı yanaşmağı uyğun görür və bunun örnəklərinə biz bir-biriylə heç vaxt əməkdaşlıq etməyən ayrı-ayrı memarların əsərlərində rast gəlirik. Bütün bunların vahid məqsədi – fərqli çevrilmələr üçün məkan yaratmaqdır və bu özəllik sözügedən üslubda tikilmiş çoxsaylı binalarda öz əksini tapıbdır.
Postmodernizmin özəllikləri ən fərqli şəkillərdə açıqlana bilər, bu sıraya heykəltəraşlıq formalarının, ornamentlərin, antropomorfik elementlərin və materialların köməyi ilə görmə illüziyaları (göz aldanmaları – A.Y.) yaradılması da daxildir. Bütün bu fiziki xarakteristikalar binanın konseptual məna özəllikləri ilə də səsləşməlidir. Bu özəlliklərə isə plüralizm, ikiqat kodlama, xəfif / şəffaf dayaqlar, yüksək tavanlar, ironiya (kinayə, istehza), paradoks və kontekstualizm aid edilir.
Abtayberq muzeyi
Binalarda orqanik olmayan heykəltarşlıq formalarına həvəslə yer verilirdi. Bunu memar Hans Hollyaynın 1972-82-ci illərdə yaratdığı Abtayberq muzeyinin binasında da görmək mümkündür.
Bu kompleks tamamilə fərqli binalardan ibarətdir, həm də binalardan hamısı zahiri görkəmcə modernizmə xas sərt formalardan uzaqdır. Formasına görə onlar hətta heykəli və ya optik oyunu xatırladır adama. Formaca əsla bəsitləşdirilməyən bu binalar sanki sırf elə forma xatirinə yaradılıblar. Üstəlik, binadakı elementlərin bir-biriylə üzvi vəhdət təşkil eləməsi onların tamaşaçıda buraxdığı təəssüratı daha da dərinləşdirir.
Beləliklə, uzun illərdən bəri unudulan dekorlar binaların fasadlarına qayıtmağa başladı. Frenk Qerinin Venetsiyadakı ev layihəsində (1986) fasadda sonsuz sayda və çeşiddə süs elementi görürük. Halbuki modernizm bütün bunları artıq və gərəksiz bir şey sayırdı. Hətta atmalar (tirlər) da bu layihədə dekorativ xarakter daşıyır. Üstdəki atmalar da pəncərəni saxlamağa xidmət eləmədiyindən onların gözəgörünməz mismarlarla əvəz olunması daha məqsədəuyğun sayılırdı. Məhz buna görə də həmin atmalar özlərinin sırf dekorativ xarakterli olduqlarını daha bariz şəkildə isbatlayırlar.
Maykl Qreyvsin Portlenddəki İctimai qəbul binasının (1980) dekoru da xeyli relyeflidir. Önə çıxan iki ədəd üçbucaq biçimli forma son dərəcə insana gözəl təsir bağışlayır və sırf estetik zövqə xidmət edir.
Binaların kontekstinə xüsusi həssaslıqla yanaşan postmodernizm insanın bina ilə bağlı tələbatlarını da diqqətə alır. Misal kimi, Karlo Skarpın layihəsi olan Brion-Veqa məzarlığına (1970-72-ci illər) diqqət yetirək. Belə təyinata malik bina təntənəli və ciddi atmosferə malik olsa da, əsla və əsla insana basqı göstərməməlidir. Divarların boz rəngi hesabına Skarp öz layihəsində gərəkli təmtəraqa nail olubdur, binadakı formaların dəqiqliyi və açıq yaşıl rəngli otlar isə ətrafa bədbin emosiyalar aşılanmasını önləyir.
Postmodernist binaların dizaynında bəzən trompe d'oeil üsulundan istifadə olunur: İntibah dövrünün rəssamları da reallıqda mövcud olmayan formanı və ya dərinliyi verməkdən ötrü bu üsula əl atırdılar. Portlenddəki qəbul binasının yan tərəfində gördüyümüz sütunlar əslində mövcud deyillər.
Xud İncəsənət Muzeyi (1981-83-cü illər) isə postmodernizm üslubunda tikilən binalar üçün xarakterik sayılan simmetrik bir fasada malikdir.
Memar Robert Venturinin 1962-64-cü illərdə üzərində işlədiyi və anası Vanna Venturi üçün layihələndirdiyi bina da postmodernizmin əsas prinsiplərindən birini özündən əks etdirir: bina üçün onun təyinatına uyğun simvolika (simvolizm) seçilib. Venturinin dediyinə görə, binanın fasadı simvolik özəllik daşıyır. Buna nail olmaqdan ötrü memar girişdə tağdan və simmetrik yerləşimdən yararlanıb.
Nyu-Orleanda memar Çarlz Villard Murun layihəsi üzrə tikilən "Pyatssa d'İtalia" isə postmodernist memarlıqda kinayənin ən gözəl örnəklərindən biridir. Bu layihədə Mur italyan İntibahının və antik memarlığın elementlərini təkrarlasa da, bunu son dərəcə orijinal şəkildə edib.
Əsas kinayə isə ondadır ki, binanın sütunları polad vərəqlərdən hazırlanmış yarpaqlarla örtülüb. Binadakı bir digər paradoks isə İtaliyadan çox-çox aralıda yerləşən Nyu-Orleanda antik italyan sənətinin eynən yamsılanmasıdır.
İkiqat kodlamanın məğzi isə binaların öz dizaynlarında eyni vaxtda bir neçə fərqli mənanı ehtiva etməsidir. Nyu-Yorkda tikilən "SONY building" binası buna misal göstərilə bilər, çünki həmin göydələnin ucaldılması əsnasında ən müxtəlif çağdaş texnologiyalar bir arada tətbiq olunub.
Azərbaycan dilinə çevirdi – Azad YAŞAR