-
«Yoldaşım altı aylığından uşağı qoyub gedib. Atıb gedib bizi, heç bir maddi kömək də eləmir». 31 yaşlı Jalə Şirinova danışır bunları. Övladı serebral iflicdən əziyyət çəkən Jalə xanım qardaşına sığınıb. Deyir uşağa aldığı 67 manat pensiyadan savayı heç bir gəliri yoxdur:
Jalə Şirinova keçmiş ərinin məhz övladı xəstə olduğu üçün yaxınlarının təkidiylə ondan ayrıldığını deyir:
«Yoldaşım dedi ki, uşağı atırsansa, təzədən ailə quraq. Qızımın 2 yaşı olanda gəlib gördü ki, müalicəsinə çox pul çıxır, – yenə atdı, getdi. «Mən bu uşağa baxa bilmərəm!» – söylədi. Kəbinlə ailə qurmuşam, ZAQS-ım olmayıb (rəsmi nikahı nəzərdə tutur – A.K.). Heç bir aliment də ödəmir. İndi məhkəməyə vermişəm ki, atalığı təyin olunsun və aliment kəsilsin».
Sizin brauzer HTML5-i dəstəkləmir
KİMƏ TƏNHA ANA DEYİLİR?
Jalə Şirinova kimi tək analar az deyil. Kimisi uşağını qeyri-rəsmi nikahdan doğduğu, kimisi boşandığı, kimisi də ailə başçısını erkən itirdiyi üçün övladı ilə başbaşa qalır, həm maddi, həm də mənəvi çətinliklərini tək daşımalı olur.
Beynəlxalq sözlüklərdə himayəsində azyaşlı uşağı və ya uşaqları olan, dul qalmış, boşanmış və ya ailə qurmamış qadına tənha, tək ana deyilir. Bu tip ailələr «təkvalideynli ailələr» də adlanır.
Təxmini hesablamalara görə, Azərbaycanda tək anaların sayı 100 mindən çoxdur. 130 mindən çox ailə başçısını erkən itirib. Üstəlik, yalnız 2012-ci ildə qeyri-rəsmi nikahdan 27 mindən çox uşaq dünyaya gəlib. Onlardan 8 min 643 nəfəri Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində tək ananın ərizəsinə əsasən qeydə alınıb.
3.10. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı | ||
İllər | Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı, nəfər | Diri doğulan uşaqların ümumi sayına nisbətən, faizlə |
1970 | 5200 | 3.4 |
1975 | 7423 | 5.2 |
1980 | 4669 | 3.0 |
1985 | 4641 | 2.6 |
1990 | 4800 | 2.6 |
1995 | 8375 | 5.8 |
2000 | 6282 | 5.4 |
2001 | 7318 | 6.6 |
2002 | 8421 | 7.6 |
2003 | 11882 | 10.5 |
2004 | 26669 | 20.3 |
2005 | 26050 | 18.4 |
2006 | 22029 | 14.8 |
2007 | 17873 | 11.8 |
2008 | 18421 | 12.1 |
2009 | 19384 | 12.7 |
2010 | 25385 | 15.3 |
2011 | 30983 | 17.6 |
2012 | 27031 | 15.5 |
3.9. Ananın nikah vəziyyətinə görə diri doğulan uşaqların sayı, (nəfər) | |||||
İllər | Diri doğulan uşaqların sayı | ||||
Cəmi | o cümlədən: | ||||
rəsmi qeydə alınmış nikahda olan qadınlar tərəfindən | rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən | onlardan Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydə alınmış | |||
hər iki valideynin ərizələrinə əsasən |
tək ananın ərizəsinə əsasən | ||||
1970 | 150976 | 145776 | 5200 | ... | ... |
1975 | 141857 | 134434 | 7423 | ... | ... |
1980 | 154974 | 150305 | 4669 | ... | ... |
1985 | 177657 | 173016 | 4641 | ... | ... |
1990 | 182989 | 178189 | 4800 | 1995 | 2805 |
1995 | 143315 | 134940 | 8375 | 4570 | 3805 |
2000 | 116994 | 110712 | 6282 | 2179 | 4103 |
2001 | 110356 | 103038 | 7318 | 3453 | 3865 |
2002 | 110715 | 102294 | 8421 | 2286 | 6135 |
2003 | 113467 | 101585 | 11882 | 2606 | 9276 |
2004 | 131609 | 104940 | 26669 | 23068 | 3601 |
2005 | 141901 | 115851 | 26050 | 21231 | 4819 |
2006 | 148946 | 126917 | 22029 | 16766 | 5263 |
2007 | 151963 | 134090 | 17873 | 13177 | 4696 |
2008 | 152086 | 133665 | 18421 | 13549 | 4872 |
2009 | 152139 | 132755 | 19384 | 14382 | 5002 |
2010 | 165643 | 140258 | 25385 | 18040 | 7345 |
2011 | 176072 | 145089 | 30983 | 21173 | 9810 |
2012 | 174469 | 147438 | 27031 | 18388 | 8643 |
130 MİN AİLƏ BAŞÇISINI İTİRİB
Ailə başçısını itirən ailələrin hesabatını «Sənsiz» cəmiyyəti aparır. Belə ailələr təkvalideynlidir – ailə başçısını müxtəlif qəza və xəstəliklərdə, münaqişələrdə erkən itirib, öhdəsində azyaşlı övladları qalıb. Hər 100 təkvalideynli ailədən yalnız 2-3 faizinin kişilərin öhdəsində qaldığı bildirilir, yəni kişilər əksər hallarda uşağa baxa bilmədiyindən ailə qurur. Beləcə, təkvalideynlilər, əsasən, analardan ibarət olur.
«Sənsiz» cəmiyyətinin rəhbəri Zemfira Rəhimova yalnız ailə başçısını itirmiş ailələrin statistikasını aparmasını belə izah edir ki, boşanmış qadınlara aliment təyin olunur, qeyri-rəsmi nikahdan dünyaya uşaq gətirənlər isə bunu öz seçimi ilə edir:
Sizin brauzer HTML5-i dəstəkləmir
DÖVLƏT MARAQLI OLMALIDIR
Övladını tək böyüdən qadınlara qanunvericilikdə heç bir müavinət nəzərdə tutulmayıb. Hüquqşünas Namizəd Səfərov belə statusun müəyyənləşdirilməsini və müavinət təyin olunmasını vacib sayır:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Himayəsində olan bir və daha çox uşağı saxlayan qadın işləyə bilməz. Azyaşlı və yetkinlik yaşına çatmamış uşağı taleyin hökmünə buraxmaq olmaz. Dövlət həmin uşaqların normal yetişməsində maraqlı olmalıdır.
150 MANAT ALİMENT ALIRSA...
Vəkil Fariz Namazlı isə diqqəti qanunla müəyyənləşmiş müavinətlərin simvolik olmasına, ən xırda ehtiyacları belə ödəməməsinə yönəldir:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Ailənin gəliri ehtiyac meyarından aşağıdırsa, ünvanlı sosial yardım haqqında qanuna əsasən, yardım kəsilir. Yeni qəbul olunan «Sosial xidmət haqqında» qanun var. Tənha qadın həmin meyara uyğun gəlirsə, uşağın sağlamlıq imkanı məhduddursa, sosial təhlükəli vəziyyətdədirsə, qadının yaşayış yeri yoxdursa, bu halda sosial xidmət göstərilə, o, xüsusi müəssisəyə yerləşdirilə, dərmanla təmin edilə bilər. Ancaq müavinətlərin məbləği çox azdır.
DÖVLƏT KOMİTƏSİNİN FİKRİNCƏ, ARAŞDIRMA APARILMALIDIR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquq şöbəsinin müdiri Taliyə İbrahimova ölkə qanunvericiliyində «tənha qadın» anlayışı olmasa da, yetkinlik yaşına çatmayan uşaqları təkbaşına böyüdən valideynlər, yəni əslində analara bəlli təminatların nəzərdə tutulduğunu vurğulayır:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Bu cür şəxslərlə əmək müqaviləsinin xitamı qadağandır. Yetkinlik yaşına çatmayan uşaq böyüdən valideyn üçün işəgötürənin üzərinə öhdəlik qoyulur. Kvota müəyyənləşdirib, onları işə götürməlidirlər. Boşanmış qadınlara aliment nəzərdə tutulub. Qeyri-rəsmi nikahdan doğulan uşaqla nikahdan doğulan uşaqların hüquqları eynidir. Atalıq təyin olunursa, uşağın aliment almaq hüququ var. Statistikanı konkret göstərmək mümkün deyil. Tək anaların statusunun müəyyənləşdirilməsi aktual məsələdir. Araşdırma aparılmalıdır, ondan sonra qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlana bilər».
RUSİYADA TƏK ANA OLMAQ
Rusiyada tənha ana nikahdankənar uşaq doğmuş analara deyilir. Bu halda atalığın müəyyənləşdirilməsi üçün valideynlərin birgə ərizəsi olmur, «ata» yerində ya xətt çəkilir, ya da anaya istinadla məlumat yazılır.
Övladlığa uşaq götürmüş qadın da tənha qadın sayılır. Bu qadınlar üçün bir sıra müavinət və güzəştlər nəzərdə tutulub. Övladı 14 yaşından kiçik olan tənha qadının işlədiyi müəssisədə ştatlar ixtisara düşürsə, onu işdən çıxara bilməzlər. Müəssisə ləğv olunanda həmin qadına mütləq iş yeri tapılmalıdır. Xəstə uşağına baxmalı olan qadına müavinət verilir. Stasionar müalicə zamanı bu müavinətin həcmi ananın əmək təcrübəsindən asılıdır. Ambulator müalicədə isə tənha anaya müavinət ilk 10 gün ərzində tam məbləğdə, daha sonra əməkhaqqının yarısı həcmində ödənir. Beş yaşınadək uşağı olan tənha ana gecə növbəsində işə cəlb edilmir.
Himayəsində bir və daha çox uşağı olan, yaşı 35-dən az qadına mənzil də verilə, həmin qadın 2011-2015-ci illər üzrə mənzil proqramına qatıla bilər. Tənha anaların övladları məktəbəqədər təhsil müəssisələrinə növbəsiz qəbul olunur və uşağın həmin müəssisələrdə saxlanmasına 50% endirim edilir. Həmin qadınlar ildə bir dəfədən az olmayaraq övladlarına uşaq sanatoriyalarına yollayış ala bilərlər. Bundan əlavə, Rusiyada tənha qadınlara ərzaq bahalanarkən və həyat səviyyəsinin yüksəlməsinə görə kompensasiya və digər ödənişlər nəzərdə tutulub.