-
“İfadə azadlığı insanın fundamental hüquqlarındandır. Amma bu azadlığın da sərhədləri var. Hər bir dinin öz şərəf və ləqayəti var. Heç kəs inanclarla məzələnməməlidir”.
Roma papası Francis bunu Parisdə terrora məruz qalmış “Charlie Hebdo” satirik dərgisi haqda sualı cavablandırarkən deyib.
Məhəmməd peyğəmbərin karikaturasını çap etmiş dərgiyə hücum edən radikal islamçılar 12 nəfəri öldürüblər.
Filippindən Şri Lankaya uçan Papa onun səfərlərinin təşkilartçısı olan Alberto Gasparri-yə işarə edərək deyib:
“Əgər əziz dostum Dr. Gasparri mənim anamı söysə, gərək məndən yumruq zərbəsi gözləsin. Bu normaldır. Heç kəs təhrikedici hərəkət etməməlidir. Sən başqalarının inancını təhqir etməməlisən”.
Papanın fikrincə, ifadə azadlığı ictimai maraqların nəzərə alınması məsuliyyətindən ayrı götürülməməlidir.
“Charlie Hebdo” dərgisi isə hesab edir ki, insanın peyğəmbərlərə ironik yanaşmaq haqqı var. Jurnal yeni sayının üz qabığında da Məhəmməd peyğəmbərin karikaturasını çap edib.
"Guardian"a istinadla OxuZalı