.
Avropa Oyunları üçün Bakıda Atatürk prospektinə çəkilən sarı zolaq qəzalara səbəb olub.
Metronun Gənclik stansiyasından Ayna Sultanova heykəli istiqamətinə sarı zolaqda sağda tərəfdə hərəkət edən maşınlar soldakı küçəyə dönmək istəyərkən ciddi təhlükə ilə üzləşirlər. Çünki, bu halda onlar sarı solaqda özlərindən solda sürətlə hərəkət edən başqa maşının hərəkət zolağına çıxır və qəzaya düşürlər.
Hələlik bu qəzalarda insan tələfatı barədə məlumat olmasa da hadisə şahidləri demək olar hər gün yolun eyni yerində ağır qəzalar baş verdiyini deyirlər.
Müxtəlif günlərdə baş vermiş qəzalardan görüntüləri təqdim edirik.
30 mayda baş verən qəza:
31 mayda baş verən qəza:
1 iyunda baş verən qəza:
İyunun 4-də baş verən qəza:
Hələlik bu qəzalarla bağlı Dövlət Yol Polisindən hər hansı rəsmi reaksiya yoxdur. Amma yaxınlıqda yaşayanlar qeyd edirlər ki, qəzaların sayının artmasından sonra yol polisi əməkdaşları təhlükəli kəsişmədə dayanaraq hərəkəti tənzimləməyə başlayıblar.
Bakıda iyunun 12-dən 28-ə qədər keçiriləcək Avropa Oyunları təşkilatçıları və iştirakçılarının hərəkətini asanlaşdırmaq üçün onların yolları üzərində ayrıca zolaqlar ayrılıb. Sarı xətlə işarələnən həmin zolaqda icazə verilməyən saatlarda başqa başınların hərəkəti qadağandır və 40 manat cərimə ilə nəticələnir.