Azərbaycanla İran arasında "Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı" layihəsi üzrə müqavilə imzalanıb.
İmzalama mərasimi bu gün, iyunun 14-də Tehranda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadənin iştirakı ilə keçirilib.
Buna da bax: Bakı-Gəncə-Bakı ekspress qatarı dayanır
Müqavilə Azərbaycan Dəmir Yolları QSC-nin dəstəyi ilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və 4 terminalın tikintisini nəzərdə tutur. Müqaviləyə əsasən "Azərbaycan Dəmir Yolları" QSC 15 illik 1,4 km-lik dəmir yolu xəttini, 25 illik isə terminalları icarəyə götürür.
Müqavilənin imzalanması mərasiminə "Gürcüstan Dəmir Yolu" QSC-nin sədri Mamuka Baxtadze də qatılıb.
Buna da bax: Astara-Astara dəmiryoluna böyük ümidlər
2016-cı ilin aprelindən Azərbaycan Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi başa çatdırıb. Hazırda İran Astarasında 35 ha sahədə dəmir yolu stansiyası və yükaşırma terminalı tikilir.