Sentyabrın 28-də V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun təşkilatçılığı ilə keçirilən sərgi-yarmarka Bakı İdman Sarayında açılıb.
Ənənəvi sərgi-yarmarkaya 40 ölkəni təmsil edən kitabxana, nəşriyyat və poliqrafiya müəssisələrinin təmsilçiləri qatılıb.
Buna da bax: "Balaca Şahzadə" Quran və İncildən sonra dünyanın ən çox tərcümə olunan kitabıdır
Sərgi çərçivəsində kitab təqdimatları, “dəyirmi masa”lar, müzakirələr təşkil olunacaq.
Sərgidə Azərbaycanın “Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Alatoran”, “Letterpress” və digər nəşriyyat-poliqrafiya müəssisələri iştirak edir.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 30-dək davam edəcək.