Almaniyada fermerlər koronovirus qadağalarından narahatdırlar. Çünki onlar qulançar yığmağa miqrant fəhlə axtarmalı olacaqlar. Bu haqda “Frans Pres” agentliyi yazır.
Adətən, Avropada bu məhsulu mövsümi əcnəbi işçilər yığırdılar, indi koronavirusa görə qoyulmuş səyahət qadağaları ucbatından ölkəyə girə bilmirlər.
“Biz fermerlər üçün vəziyyət çox gərgindir”, – Brandenburq vilayətində fermer təsərrüfatı olan Thomas Syring deyib. Bu vilayət qulançar tarlaları ilə ad çıxarıb.
Buna da bax: Qərb eksperti: 'Vəziyyət neftin 10 dollara düşdüyü vaxtları xatırladır'300 minədək mövsümi işçi
Syring yüzlərlə digər fermer kimi məhsulun sahədə xarab olması təhlükəsiylə üzləşib.
Çərşənbə günü problem bir az da şişib, Almaniya mövsümi işçilərin ölkəyə girişini tamamilə yasaqlayıb.
Hər il əsasən Polşa və Rumıniyadan Almaniyaya meyvə-tərəvəz yığmağa 300 minədək mövsümi işçi gedir.
Normal halda, Syring-in təsərrüfatı 60 nəfəri işə götürür, bu il cəmi 10 nəfər gəlib.
Beelitzdə qulançar təsərrüfatlarının assosiasiyası olan Beelitzer Spargel-dən Juergen Jakob deyir ki, regiona 5 min mövsümi işçi lazımdır, cəmi yarısı gəlib.
Almaniyanın kənd təsərrüfatı naziri Julia Kloeckner-in sözlərinə görə, Avropanın ən böyük iqtisadiyyatına “təkcə martda 30 min mövsümi işçi lazım olur, mayda bu rəqəm 85 minə qalxır”.
Buna da bax: Neft sənayesi son 100 ilin ən ağır böhranını yaşayır – Qərb mediasıHökumət yeni işçilərin götürülməsində bürokratiyanı azaltmağa çalışır, artıq iş başında olanların daha uzun müddətə işləməsinə şərait yaradır.
“Bayerischer Rundfunk”a müsahibəsində Kloeckner deyib ki, o, sığınacaq üçün müraciət edənlərin mövsümi işçi kimi cəlb olunmasını istərdi, amma bundan ötrü qanunda dəyişiklik edilməlidir.
Epidemiya ilə ancaq demokratiyalar savaşa bilər
Bunu isə “euobserver” portalında Michael Meyer-Resende yazır.
Müəllif qeyd edir ki, Prezident Donald Trump özünə yönəlmiş tənqidləri rədd eləmək üçün epidemiyanı “Çin virusu” adlandırır.
Çin hökuməti və mediası virusun İtaliyadan qaynaqlandığını, yaxud ABŞ ordusu tərəfindən icad olunduğunu iddia edir.
Buna da bax: Koronavirus qlobal iqtisadiyyatı belə çökdürür – Qərb mediasıYaponiya, Cənubi Koreya və Tayvanın koronavirusa qarşı tədbirləri alqışlanır.
“Bu ölkələrdə demokratiyadır. Bəziləri deyə bilərlər ki, Asiya demokratiyaları fərqlidir, onların vətəndaşları daha intizamlıdır və hakimiyyəti qəbul edirlər. Bunlar klişedən başqa bir şey deyil, heç nəyi də izah eləmir”, – yazan müəllif Asiyanın bir sıra ölkələrinin 2002-2003-cü illərdə SARS epidemiyası ilə bacarmadığını yada salır. Sonradan bundan dərs çıxardılar və daha hazırlıqlı oldular.
“Avropanın koronavirusa adekvat cavab verməməsi nə mədəniyyət, nə də demokratiyayla bağlıdır. Avropanın sadəcə epidemiyaya qarşı siyasi və sosial immuniteti yox idi, çünki 100 ildir başına belə bir iş gəlməyib. Başlayanda bunu yetərincə ciddiyə almadılar. Əmin ola bilərik ki, Avropa indi buna daha yaxından baxacaq, növbəti epidemiya yayılanda daha hazırlıqlı olacaq”, – məqalədə deyilir.
“Bu günlər avropalılar avtoritar ölkələrin vətəndaşları kimi intizamlıdırlar. Biz çoxları azadlıqların kəskin şəkildə məhdudlaşdırılmasına əməl edirlər, çünki belə gərəkdiyinə inanırlar, buna məcbur olduqları üçün etmirlər”, – yazan müəllif qeyd edir ki, bir çor yüksək gəlirli demokratiyaların effektiv səhiyyə sistemləri var, sistematik testlər aparır, daha çox yoluxma aşkarlayırlar. Qeyri-demokratik hökumətlər isə inandırıcı olmayanlar rəqəmlər açıqlayırlar.
“Rusiya yoluxma hallarının Luksemburdan çox olmadığını bildirir. Çin “sıfır” səviyyəsindən danışır, məqsəd ictimai münasibətləri düzəltməkdir. Amma simptomları olmayanların sayılması prosesini artıq dayandırıb.
Demokratiya problem deyil; demokratiyanın olmaması problemdir. Koronavirusun kökündə məhz bu dayanır”, – məqalədə deyilir.