Rusiyanın Aeroflot şirkəti Türkiyəyə iyun reyslərinin demək olar hamısını təxirə salıb. Koronavirusun yayılmasına qarşı ötən ay tətbiq olunmuş qadağa uzadılıb.
Şirkətin mayın 17-də bildirməsinə görə, Rusiya hökuməti Türkiyəyə uçuşları bərpa edənəcən qadağa qüvvədə qalacaq. Türkiyə Rusiya turistlərin ən çox getdiyi ölkələrdən biridir.
Buna da bax: Azərbaycanda 'Sputnik V' vaksininin vurulmasına başlanılır
Qərar dəyişərsə...
Aeroflot koronavirusa qarşı işçi qrupun icazəsi ilə iyunda Türkiyəyə həftədə iki uçuşu saxlayıb.
Rusiya ötən ay Türkiyəyə uçuşları iyunun 1-dək məhdudlaşdırıb.
Aeroflotun sözçüsü Mixail Demin jurnalistlərə deyib ki, qərar dəyişərsə, qrafiki dəyişə, uçuş sayını artıra bilərlər.
“Digər şirkətlər kimi biz də hökumətin qərargahının qərarını gözləyirik”, – o deyib.
“İzvestiya” qəzetinin mayın 17-də yazmasına görə, qadağa iyunun 30-dək qüvvədə qalacaq.
Buna da bax: Alimlər Rusiya vaksininin effektivliyinə şübhə bildiriblər
Rusiya vaksini ilə bağlı razılaşma əldə olunub
“Reuters” isə hava sənayesi sektorunda adını çəkmədiyi mənbəyə istinadla Rusiya hökumətinin qadağanı iyunun 30-dək uzatdığını yazıb. Moskvada başqa bir mənbə isə agentliyə hələ qərar verilmədiyini deyib.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın müşaviri İbrahim Kalin, Türkiyənin Turizm naziri Mehmet Nuri Ersoy mayın 17-də Rusiyaya səfər zamanı turizm, vaksin göndərişləri, digər məsələləri müzakirə ediblər. Məlumatı Anadolu dövlət agentliyi yayıb.
Kalin danışıqlardan sonra Anadolu-ya deyib ki, Rusiya Türkiyədə yoluxmaları, qadağaların yumşaldılmasını diqqətlə izləyir.
“Rusiya vaksininin tezliklə Türkiyəyə göndərilməsi, eləcə də turizm mövsümü ilə bağlı tədbirləri, uçuşların başlanmasını, prosesini sürətləndirilməsi üzrə razılaşma əldə etdik”, – o deyib.