Eyvaz Zeynalov. Tələ (3)

əvvəli

Şahmar hə­yət­də Dil­qə­mi axtarır­dı. Bina­nın başına çatanda qonşu oğlanla səs­lə­ri­ni eşi­dib ayaq saxladı.
- Axşam televizora baxır­dın?.. - Qonşu oğlan Dil­qəm­dən soruşdu.
- Baxmır­dım. - Dil­qəm dedi. - Multfilm gös­tə­rir­di­lər?..
- Yox, ə. Amerika İra­qın prezidenti­ni asır­dı. Səddamı...
- Nə­təər?.. - Dil­qəm başa düş­mə­di.
- Əv­vəl başına torba keçir­di­lər, boğazına kən­dir saldılar, - oğlan danışa-danışa əliy­nən gös­tər­di, - sonra ayağı­nın altındakın çək­di­lər, hopp, kən­dir­dən sallaşa qaldı, boğulub öl­dü.
- Öl­dü?.. - Dil­qəm gö­zü­nü döy­dü.
- Bil­mir­sən adam nə­təər ölür?..
- Yox... - Dil­qəm utandı.
- Ə, burda nə var?.. - Oğlan gül­dü. - O gü­nü də televizorda bir qız bir ovuc dərmanı içib öl­müş­dü. Bir oğlan da özü­nü ağacdan asmış­dı...
- Bəs qorxmurlar?..
- Nə­dən qorxacaqlar? - Oğlan lovğalandı. - Axşam Səddamı yenə gös­tə­rə­cək­lər, bax.
- Sən özü­nü asarsan?.. - Dil­qəm bir­dən soruşdu.
- Hə, - oğlan dü­şün­mə­dən dedi.
- Doğrudan? Ölər­sən axı...
- Noolsun? Di­li­ni belə çıxardır, göz­lə­ri­ni yumub yı­xı­lırsan, ya da kən­dir­dən asıla qalırsan...
- Sonra di­ri­lir­sən?..
- İs­tə­sən, di­ri­lir­sən... - Oğlan inamsız dedi. - Gös­tə­rim necə asırlar?..
- Gös­tər... - Dil­qəm oğlana şüb­hə ilə baxdı.
- Evi­niz­də yoğun kən­dir var?
- Yox...
- Onda get atayın toqqası­nı gə­tir. - Oğlan bir az fi­kir­lə­şib dedi.
Şahmar eşit­dik­lə­rin­dən dəh­şə­tə gəl­di. Dil­qə­mi saxladı. Qonşu oğlanı da çağır­dı. Bu işin nə qə­dər təh­lü­kə­li olduğunu onlara başa salmağa çalış­dı. Oğlan getdi. Şahmar mə­sə­lə­ni açıb anasına danış­dı. Qonşu oğlanı Dil­qə­mə yaxın buraxmamağı tapşır­dı. Axşam gör­dü ki, Dil­qəm altdan-altdan oğrunca televizora baxır. Xə­bər­lər başlayanda hər ehtimala qarşı kanalı də­yiş­di. Neçə gün­dü Səddamın asılması səh­nə­si­ni xə­bər­lər­də təkrar-təkrar gös­tə­rir­di­lər...
Bir həf­tə keçmiş­di. Qonşu oğlanın hə­yət­lə­rin­də­ki ən­cir ağacından özü­nü asdı­ğı­nı eşit­di...

* * *

Son vaxtlar Dil­qəm mehri­ni Kö­nü­lə salmış­dı. Qız da onu çox is­tə­yir­di. Uşağı bə­zən gecə yatanda da qızdan zorla ayı­rır­dılar. Dila­rə­nin yoxluğu qı­zın əl-qolunu lap açmış­dı.
- Dil­qəm, gedim sə­nə Dila­rə­ni gə­ti­rim? - Kö­nül Şahmara eşit­dir­di.
- İs­tə­mi­rəm, mən Dila­rə­ni is­tə­mi­rəm!.. - Dil­qəm dad döy­dü.
- Ni­yə is­tə­mir­sən? Gə­lib sən­nən oynayar, kitab oxuyar, sə­ni yatız­dırar...
- İs­tə­mi­rəm də, bala, is­tə­mi­rəm!..
- Sən is­tə­mir­sən, amma bax, atan is­tə­yir. - Kö­nül altdan-altdan gah Şahmara, gah da Zəhra xalaya baxdı. Gö­zü­nü kitaba dik­sə də Şahmarın qulağı ondaydı.
- Atam da is­tə­mir. - Qolundan tutub sil­kə­lə­di. - Elə­mi, ata?..
- Zəh­lə­mi tök­mə... - Şahmar acıqlandı.
- Bi­li­rik də, Dila­rə­dən öt­rü ölür­sən, - Kö­nül gül­mə­li şə­kil­də ağzı­nı burdu. - Uşağa acıqlanmaqdansa bir də­fə yalandan denən ki, Dila­rə­ni sən də is­tə­mir­sən. Noolacaq, xançalı­yın ... Ay xala, o nə­təər­di?.. - Zəhra xaladan soruşdu, tez-tez iş­lə­dir­di.
- Xançalı­yın qaşı dü­şə­cək?.. - Zəhra xala xı­mır-xı­mır gül­dü.
- Hə də... - Qız təkrarladı.
- İs­tə­mi­rəm, soora?.. - Şahmarın dodağı qaçdı.
Dim­di­yi­nin di­bi­ni kəs­di­rən Dil­qəm atı­lıb-dü­şə­rək Kö­nü­lün boynuna sarıl­dı.
- Gör­dün, atam da is­tə­mir!..
- Yaxşı, bəs sən ki­mi is­tə­yir­sən, Dil­qəm?.. - Qız mə­sə­lə­ni çox ustalıqla fırlatdı.
- Sə­ni, sə­ni!.. - Dil­qəm Kö­nü­lü daha bərk qucaqladı.
- İs­tə­yir­sən anan mən olum?..
- Hə, hə!..
- Amma atan is­tə­mir, mə­ni bə­yən­mir axı...
Şahmar qı­zın cəsa­rə­ti­nə heyran qaldı.
- İs­tə­yir, is­tə­yir, bala. - Dil­qəm dedi.
- Hanı? Özü­nün di­li yoxdu? İs­tə­yir­sə, qoy desin də.
Dil­qəm Şahmarın böy­rü­nü kəs­di­rib zı­ğıldadı.
- İs­tə­mə­yi­nə is­tə­yir ey, bala, - Zəhra xala araya gir­di. - Amma demə­yə utanır...
Daldada oğluna yalvarır­dı ki, Kö­nü­lün ürə­yi­ni qırmasın.
- Vallah, bu da bir mö­cü­zə­di!.. - Zəhra xala deyir­di. - Dünyanı əli­çıraqlı axtarasan, belə qız tapmazsan, Şahmar. Dər­din­dən də­li-diva­nə­di. Arvadlı­ğımla mən bu işə mat qalmışam. Gəl daşı ətə­yin­dən tök, tərs­li­yi burax. Bir də­fə səhv etdin, bəs­di.
- Ana, bəl­kə o, hə­lə xeyri­ni-şə­ri­ni qanmır?..
- Halal süd əm­miş­di, gö­zü­mün qabağında bö­yü­yüb. Sən onu in­cit­mə, ürə­yi­ni qırma, fır­fıra ki­mi başına dolanmasa, atamın qı­zı deyi­ləm!..
Kö­nü­lə ürə­yi qızan, onu gö­rən­də qə­ri­bə hiss­lər keçi­rən Şahmar axır anası­nı qandır­dı ki, o, deyə­nə razı­dı...
Bu arada sü­rü­cü­lük kursunu bi­ti­rib xari­ci şir­kət­də işə dü­zəl­di. Bazardan aralandı...

* * *

Müəmma­lı şə­kil­də quldurların əli­nə keçən Dila­rə Saranın hayındaydı. Fi­kir­lə­şir­di ki, kaş barı o, qaçıb canı­nı qurtaraydı. İna­nır­dı ki, azadlıqda olsa poli­si ayağa qaldıracaq, pul-para ilə Dila­rə­ni xilas edə­cək. Çamura batmağa, rə­zil olmağa qoymayacaq...
Dila­rə cavan, enerji­li, gö­zə­gə­lim­di. İlhama qovuşandan sonra ətə-qana dolmuş, qə­şəng­ləş­miş­di. Sahi­bə­si onun hesabına yaxşı pullar qazanmaq ümi­din­dəy­di. Lakin Dila­rə ipə-sapa yatmır, taleyi­nə boyun əy­mir­di. Ağlayıb-sıtqayır, yalvarıb-yaxarır­dı ki, onu azadlığa buraxsın. Rə­fi­qə­si pulunu artıqlaması ilə ödə­yə­cək... Sahi­bə­si istehza ilə gü­lüb başı­nı bulayır­dı. Dila­rə elə bi­lir­di ki, sahi­bə­si ona inanmır. Onu inandırmaq üçün bir həf­tə möh­lət is­tə­di. Dedi ki, bir həf­tə­ni qulluqçu ki­mi çalışmağa, paltar yumağa, biş-düş, sil-sü­pür­lə məşğul olmağa, qeyri ağır, çirk­li iş­lə­ri yeri­nə yetir­mə­yə hazır­dı. Bir­cə ona də­yib-toxunmasın. Bu müd­dət ər­zin­də Saranın onu axtarıb tapacağı­nı güman edir­di...
Bu cür yalvar-yaxarı, göz yaşları­nı sahi­bə­si çox gör­müş, onun ki­mi­lə­ri­nin nazı ilə oynamağı çoxdan yadırğamış­dı. Öz gə­li­ri-çıxa­rı, haqq-hesabı vardı. Dila­rə­yə maya buraxmış­dı. Xərc­lə­di­yi­ni artıqlaması ilə qaytarmalıy­dı. Bir həf­tə möh­lət vermiş­di­sə, bunu ona rəh­mi gəl­di­yi­nə, yaxud şir­nik­lən­di­ri­ci tək­li­fi­nə gö­rə etmə­miş­di. Qı­zı di­lin­dən tutmaq, kö­nül­lü şə­kil­də müş­tə­ri­lə­ri­nin yatağına salmaq is­tə­yir­di. Burdakıla­rın ək­sə­riy­yə­ti öz xoşu ilə bu yola qurşananlar, yaxud taleyi ilə tez barışanlardı. Dila­rə ki­mi ipə-sapa yatmayanın gü­nü daha ağır keçir­di...
Həf­tə başa çatan ki­mi sahi­bə öz şər­ti­ni irə­li sür­dü. Dedi ki, əgər ağıl­lı olsa, tə­ləb­lə­ri­ni kö­nül­lü yeri­nə yetir­sə, onu burdan tez buraxacaq. Gün­də­lik neçə müş­tə­ri qəbul etmə­li, onları əy­lən­dir­mə­li, qazanc gə­tir­mə­liy­di. Dila­rə yola gəl­mə­yən­də sahi­bə­si onu döy­dür­mə­yə, ac-susuz saxlamağa başladı. Tək bu olsaydı, dərd yarıy­dı. Qulluqçular bir­lə­şib onun başına oyun açır, vəh­şi­cə­si­nə zorlayır­dılar. Bu iy­rənc iş­gən­cə­yə hər qadın döz­mür­dü. Dila­rə də döz­mə­di...
Fahi­şəxanadakı qadınlar gec-tez iç­ki­yə qurşanır, narkotik maddə­lə­rə meyil salır, iy­nə­lə­dir­di­lər. Onlara dərd-sər­lə­ri­ni, ağrı-acıla­rı­nı mü­vəq­qə­ti unutduran bir vasi­tə ki­mi baxır­dılar...
Təsa­dü­fən nəza­rət­dən yayı­nıb fahi­şəxanadan qaçanların aqi­bə­ti acınacaqlı qurtarır­dı. Üs­tün­də sə­nə­di olmayan qadınlar yaxşı halda polis tə­rə­fin­dən yaxalanır, həbsxana kün­cün­də çü­rü­yür­dü­lər. Ya da başqa qadınbazların əli­nə keçir­di­lər. Keflə­ri­ni sür­dük­lə­ri qadınlardan canları­nı cən­cəl­siz qurtarmağa çalışan bu adamlar onları öl­dü­rüb cə­səd­lə­ri­ni gecəy­nən səhraya atır­dılar...
Dila­rə bir də­fə pən­cə­rə­dən, də­mir barmaqlıqlar arasından baxarkən kü­çə­də gedən qadı­nı rə­fi­qə­si Saraya oxşatdı. Hə­yəcandan az qala nə­fə­si tutulacaqdı. Bir­dən-bi­rə qəl­bin­də ümid qı­ğıl­cımları parladı. Elə bil­di Sara onun izi­nə dü­şüb, dalınca gə­lib. Vəh­şi bir bağır­tı ilə:
- Sara! Sara!.. - deyə onu çağırmağa başladı. Göz yaşları yanaqları aşağı sel ki­mi axır­dı.
Saraya oxşatdı­ğı qadın onun tü­kür­pə­di­ci bağır­tı­sı­nı eşit­di-nəy­di­sə bir an ayaq saxladı. Karıx­mış halda, qorxa-qorxa ətrafa boylandı, Dila­rə­ni gö­rən­də özü­nü itir­di, üzü­nü çevi­rib az qala qaça-qaça ordan uzaqlaşdı. Dila­rə səhv etdi­yi­ni dü­şün­dü...
Dila­rə fahi­şəxanaya tə­zə düş­müş bakı­lı gə­lin­lə söh­bət zamanı öy­rən­di ki, onu bura Sara adlı qadın gə­ti­rib. Deyib, burda yaxşı maaşla dayə­lik edə­cək, uşaq saxlayacaq. Aldadıl­dı­ğı­nı gö­rən gə­lin hə­lə də şokdaydı. Gə­li­nin təs­vir etdi­yi Sara ilə rə­fi­qə­si Saranın, barmaqlıqlar arasından kü­çə­də gör­dü­yü qadı­nın bü­tün əla­mət­lə­ri eyniy­di...
Son zamanlar türk­cə danışan Hə­sən adlı bir ərəb Dila­rə­nin dai­mi müş­tə­ri­si­nə çevril­miş­di. Dedi­yi­nə gö­rə, cavanlı­ğında Tür­ki­yə­də yaşamış, orda bir türk qı­zı ilə evlən­miş­di. Narkotikaya qurşandı­ğına gö­rə həbsxanaya düş­müş­dü. Ordan çıxanda arvadı onu qəbul etmə­miş­di. Hə­sən öz və­tə­ni­nə qayıt­mış­dı. Sonralar öy­rən­miş­di ki, türk qı­zından olan oğlu İstanbulda adlı-sanlı və­kil­di. Əlaqə yaratmış, atasına rəh­mi gə­lən oğlu ona aylıq kəs­miş­di. Hə­sə­nin doğmaları qalmamış­dı. Ata evin­də tək yaşayır, iş­lə­mir­di. Əyyaşlıqla məşğuldu. İki-üç gün­dən bir, bə­zən hər gün Dila­rə­nin yanına gə­lir­di. Deyir­di, razı olsa, sahi­bə­sin­dən onu pulla alar, evlə­nər­lər... Dila­rə onun qı­zı yerin­dəy­di. Tür­ki­yə­də­ki oğlundan da ki­çik­di. O qə­dər narkotik qəbul etmiş­di ki, düş­kün bir və­ziy­yət­dəy­di. Çox vaxt is­tə­sə də yataqda öz ki­şi­lik borcunu yeri­nə yeti­rə bil­mir, Dila­rə ilə mə­zə­lən­mək­lə kifa­yət­lə­nir­di... Dila­rə­nin Hə­sən­dən zəh­lə­si gedir­di. Amma onu qəbul etmə­yə, hər tə­lə­bi­ni yeri­nə yetir­mə­yə məcburdu... Bir­dən-bi­rə ona ümid yeri ki­mi baxan Dila­rə çox fi­kir­lə­şən­dən sonra Hə­sə­nin tək­li­fi­nə razı oldu. Əsas bu cə­hən­nəm girdabından qurtarmaqdı...
Dila­rə təsa­dü­fən Hə­sən­lə sahi­bə­nin söv­də­ləş­mə­si­nin şahi­di oldu. Sahi­bə onu baha satmaq, Hə­sən də ucuz almaq is­tə­yir, hər iki­si qiy­mət üs­tün­də çə­nə dö­yür­dü.
- Yox, sahi­bə, çox yuxarıdan gedir­sən, - Hə­sən deyir­di. - İnsafın olsun. Mən axı onu necə əl­də etdi­yi­ni­zi yaxşı bi­li­rəm...
- Nə­yi bi­lir­sən, ə?..
- Kü­çə­də necə oğurlatdı­ğı­nı­zı, müf­tə­cə sahib­lən­di­yi­ni­zi...
- Bunu sə­nə kim dedi?.. - Sahi­bə hirs­lən­di.
- Özü. Mə­gər belə deyil?
- Əl­bət­tə, belə deyil. Onu mə­nə rə­fi­qə­si satıb...
Hə­sən çox çə­nə-boğazdan sonra haqqı­nı ödə­yib Dila­rə­ni aldı. Və­təndaşlıq sə­nə­di dü­zəlt­di. Molladan kə­bin kəs­di­rib onu özü­nə arvad etdi... Dila­rə in­di qaçmaq haqqında yollar axtarmağa başladı. Bir­dən-bi­rə Hə­sə­nin aylıq pulu gecik­di. O, narkotikaya pul tapmayanda Dila­rə­ni tanışlarına tək­lif edə­rək gün­də­lik xərc­lə­ri­ni çıxartmaq fik­ri­nə düş­dü. Dila­rə­nin bu əyyaşlara, narkomanlara gü­cü çatmır­dı... Hə­sə­nin iy­nə­lə­nə­rək uyması­nı göz­lə­di. Pasportunu, əlaltından yığ­dı­ğı pulları­nı gö­tü­rüb evdən qaçdı. Artıq ərəb di­lin­də babat danı­şır­dı. Özü­nü təyyarə vağzalına çatdı­rıb əv­vəl Tür­ki­yə­yə, ordan da Bakıya uçdu...


* * *

Dila­rə arıqlamış, saralıb-solmuşdu. Danı­şı­ğı da tamam də­yiş­miş­di. Qabaq diş­lə­rin­dən iki­si düş­dü­yü­nə gö­rə danışanda fı­şıldayır­dı. Qür­bət­də və­tə­ni üçün darıxan, anasına, qardaşına qovuşmaq həs­rə­tiy­nən çır­pınan Dila­rə Bakıda təyyarə­dən dü­şən­də tə­rəd­düd için­dəy­di. Əziz­lə­ri­nin gö­zü­nə gö­rün­mə­yə üzü gəl­mir­di. Soruşanda ki, hardaydın, hansı iş­lə məşğuldun, nə cavab verə­cək­di? Qonşu-qonuma nə deyə­cək­di­lər? Onu barmaqla gös­tə­rə­cək, haqqında pı­çıl­tı ilə danışacaqdılar. Nə qə­dər doğma olur-olsun, belə bir adamla bir damın altında yaşamaq rəza­lət­di. Anası bir­tə­hər döz­sə də qardaşı döz­məz­di. Nə yuvanın quşu olduğunu bi­lən ki­mi iti qovan ki­mi qovacaqdı. Baş qaxın­cı bacı nə­yi­nə gə­rək­di?..
Hə­lə­lik doğmaların, tanış-bi­liş­lə­rin gö­zü­nə gö­rün­mə­mə­yi qərara aldı. Adamların üzü­nə dik baxmağa utanır, xəca­lət çə­kir­di. Dila­rə­yə elə gə­lir­di ki, gö­zü­nün içi­nə baxan ki­mi adamlar onu tanıyacaq, bir-bi­ri­nə barmaqla gös­tə­rib deyə­cək­di­lər: "Bu, fahi­şə­di! Bi­zim aramızda yaşamağa haqqı yoxdu!.."
Dila­rə kafelər­dən bi­rin­də sü­pür­gə­çi-qabyuyan işi­nə dü­zəl­di. Gecə­lər də orda yatır­dı. Tanış-bi­li­şə oxşatdı­ğı adamlarla qarşılaşanda üzü­nü giz­lə­dir­di... Bir gecə yuxuda evlə­ri­ni, anası­nı, qardaşı­nı gör­dü. Anası ölüm yatağında onu yanına çağı­rır­dı... Dila­rə sə­hə­ri­si özü­nü di­lən­çi kö­kü­nə salıb qə­sə­bə­lə­ri­nə yollandı. Evlə­ri­nə yaxınlaşanda ürə­yi yarpaq ki­mi əsir­di. Bir də baxdı ki, düz qapıla­rı­nın ağzında dayanıb. Son anda əli­ni uzadıb taxta qapı­nı açmağa cəsa­rə­ti çatmadı. Azca qala hön­kü­rüb ağlayacaqdı...
Hə­yət­lə­ri­nin üç tə­rə­fi daş hasar idi. Qonşular tə­rə­fin­dən çə­kil­miş­di. Yol tə­rəf qaratikan kolundan çə­pər­di. Rayon kənd­lə­rin­də­ki ki­mi. Baxım­sız­lıqdan çə­pər çü­rü­yüb tö­kül­mək­dəy­di. Yaxşı ki, vaxtıynan atası çə­pər­di­bi bö­yürt­kən kolları ək­miş­di. Çə­pə­ri ört­müş, əvəz etmiş­di... Dila­rə çə­pər­di­bi addımlaya-addımlaya hə­yət-bacaya boylandı. Bir­dən artırmada anası­nı gör­dü. Skamyada oturub mür­gü­lə­yir­di. Arabir dik­si­nə­rək ayı­lır, əliy­nən üz-gö­zü­nü diş­lə­yən sır­tıq mil­çək­lə­ri qovur, tə­zə­dən yuxulayır­dı.
Bir­dən arvad başı­nı qaldı­rıb düz ona tə­rəf baxdı. Dila­rə tez aşağı əyi­lib dalda­landı. Elə bil­di anası onu gör­dü. Xeyli göz­lə­di. O tə­rəf­dən səs-sə­mir eşi­dil­mə­yən­də əyi­lə-əyi­lə qapıya yaxınlaşdı. İs­tə­di anası­nı çağır­sın. Çağır­dı da. Amma sə­si eşi­dil­mə­di. İçin­də boğuldu... Handan-hana özü­nü cəm­lə­yib taxta qapı­nı itə­lə­di. Zəh­lə­tö­kən, doğma cı­rıl­tı­sına anası dik­si­nib ayıl­dı. Laqeyd, heç nə ifadə etmə­yən baxışlarla Dila­rə­ni süz­dü. Bu baxışlar altında ayaqları ayaqlarına dolaşa-dolaşa anası­nın üs­tü­nə yeri­di. Çatmağa az qalmış yan tə­rəf­də hə­nir­ti eşit­di. Qarnı burnunda boylu bir gə­lin təəc­cüb­lə ona baxır­dı... Dila­rə sanki yuxudaydı, bir­dən ayıl­dı. Özü­nü yı­ğış­dır­dı. Əgər hə­nir­ti olmasaydı, anası­nın üs­tü­nə atılacaq, qucaqlayıb bağrına basacaq, üz-gö­zün­dən öpə-öpə hön­kü­rüb ağlayacaqdı.
- Nə lazım­dı, ay xala?.. - Gə­lin onu başdan-ayağa sü­zə­rək soruşdu.
Dila­rə yazıq bir gör­kəm alıb tit­rək səs­lə adət etmə­di­yi söz­lə­ri dedi:
- Ay gə­lin, Allah yolunda bir nə­zir ver.
- Dayan orda, in­di gə­ti­ri­rəm. - Gə­lin bunu deyib otağa keçdi.
- Kim­sən, bala?.. - Bayaqdan sulanıb-bulanmış göz­lə­ri­ni ondan çək­mə­yən anası soruşdu.
Dila­rə tə­zə­dən daxi­li müva­zi­nə­ti­ni itir­di. Qə­hər boğazı­nı yandır­dı. Artıq neçən­ci də­fə irə­li şı­ğı­yıb anası­nı bağrına basmaqdan özü­nü zorla saxladı.
- Allah bən­də­si, di­lən­çi, - güc­lə dedi.
Dila­rə­yə gö­rə, necə də­yi­şir-də­yiş­sin, anası onu gö­rən­də tanıma­lıy­dı. Bura o ümid­lə gəl­miş­di. Əgər anası Dila­rə­ni tanısaydı, ayaqlarına dö­şə­nib yalvaracaqdı ki, onu it, pi­şik qis­min­dən sayıb yanlarında saxlasınlar. Deyə­cək­di, siz­siz işıq­lı dünya gö­züm­də qaranlıq, zül­mət bir boşluqdu! Anası onu tanımasaydı, di­lən­çi ki­mi gəl­miş­di, di­lən­çi ki­mi də geri qayıdacaqdı. Onların verdi­yi nə­zir-niya­zı da gö­tür­mə­yə­cək­di...
- Otur bir hovur din­ci­ni al, ay bala... - Anası skamyada, böy­rün­də ona yer gös­tər­di. Dila­rə­nin ümi­di bir az da çi­çək­lən­di. - Gö­züm yaxşı seçmir, deyə­sən, cavan adamsan?..
Arvadın göz­lə­ri­nə mirvarı suyu gəl­miş­di. Hə­kim demiş­di, payızda, havalar sınanda əmə­liyyat edə­cək. Dila­rə­nin bundan xə­bə­ri yoxdu... Gə­lin əlin­də gə­tir­di­yi bir manatı Dila­rə­nin ovcuna basdı. Boylu-buxunlu, yaraşıq­lıy­dı. Anası gə­li­ni­nə dedi:
- Bir boşqab da yemək, çay gə­tir, a bala. - Gə­li­ni din­məz­cə qayıt­dı. - Hara di­lən­çi­si­sən, qı­zım? - Arvad üzü­nü Dila­rə­yə çevir­di.
- Qarabağ qaçqınlarındanam. - Dila­rə bir zaman sə­hər­lər onun piştaxtası­nın qabağı­nı kəs­di­rən di­lən­çi qı­zı xatırladı.
- Qalmağa yerin-yurdun varmı?..
- Hə... Bər­də­də, çadır şə­hər­ci­yin­də qalıram... - Barı çadır şə­hər­ci­yi gö­rəy­di.
- Oğuldan-qızdan, ata-anadan nə­yin var?..
- Heç ki­mim. Tə­kəm. - Bunu deyən­də Dila­rə­nin özü­nə yaman yazı­ğı gəl­di. Elə bil tamam yad, öz­gə bir adam haqqında danı­şır­dı.
- Bəs ni­yə?..
- Qaçhaqaçda ermə­ni­lər hamı­sı­nı qır­dılar...
- Ay yazıq!.. - Arvad bərk heyif­si­lən­di.
- Sə­nin nə­yin var, ay ana?.. - Dila­rə soruşdu.
- Bir oğlum var. Gör­dü­yün də gə­li­nim­di. - Anası kök­sü­nü ötür­dü. - Bir qı­zım da vardı. İt­gin düş­dü. Bir suyu sə­nə oxşayır­dı...
Dila­rə­nin ürə­yi az qaldı sapından qopsun.
- Harda it­gin dü­şüb?..
- Rə­fi­qə­si qaragəl­miş Dubaydı-nə­di, o xarabaya qazanca aparmış­dı. Tək qayıt­dı ki, qı­zı kü­çə­də quldurlar oğurladılar. Öl­dü-qaldı­sından bir xə­bər yoxdu.
- Bəl­kə rə­fi­qə­si yalan deyir? Şə­təl özün­dən keçib?..
- Nə bi­lim, ay bala... - Anası bir­cə anda ci­yil­ti­yə bən­zər bir səs­lə ağlayıb qan-yaş tök­dü.
- Allah yolunu açsın!.. - Dila­rə qalxdı. - Mən gedim...
- Hara gedir­sən, gə­lin yemək gə­ti­rir. - Arvad əl-ayağa düş­dü.
- Gə­lən də­fə yeyə­rəm, in­di ac deyi­ləm...
Gə­li­nin ovcuna basdı­ğı manatlı­ğı skamyanın üs­tü­nə qoyub din­məz­cə hə­yət­dən çıx­dı. Səs­siz-sə­mir­siz ağlayır, göz yaşları yanaqları aşağı sü­zə­lə­nir­di...

* * *

İlham yataqda Dila­rə­ni xatırladı.
- Sara, keçən də­fə dedin ki, Dila­rə­nin izi­nə düş­mü­sən, nə oldu?..
- Fahi­şəxananın sahi­bi Dila­rə adlı bir azərbaycanlı qadından danış­dı, sevin­dim. Yalvardım ki, mə­ni onunla gö­rüş­dür­sün. Söz verdi ki, yaxından maraqlanacaq, mə­nə bir xə­bər çatdıracaq. Bi­lir­sən, onu da qına­mıram. Yazılmamış qayda-qanunları var, ondan kənara çıxmağa qorxurlar.
- Gə­rək pul boyun olaydın.
- Elə bi­lir­sən boyun olmadım? Dedim, sə­ni artıqlamasıynan razı salacağam. Hətta, Dila­rə­nin əvə­zi­nə ona əlavə iki qız da bağışlayacağı­mı söy­lə­dim. - Sara insan alveri­nə də gi­riş­miş­di.
- Sə­nə ina­nım, Sara?..
- Ni­yə inanmırsan? İtən yer deyil ki! Haqqı­mı sən­dən üçqat alacağam.
- Ağlın iş­lə­yir! - İlham bir balaca rahatlandı. - Xə­sis­lik elə­mə. Bü­tün kanalları işə sal. Nə­yin bahasına olur-olsun Dila­rə­ni tapmalı­yıq.
- Mən sən­dən bərk narahatam. - Sara dedi.
- Unutma ki, onu sən oğurlatmısan...
- Yaxşı başlamış­dın, burda yenə korladın... - Sara özü­nü in­ci­yən ki­mi gös­tər­di.
Sara sək­sə­kə için­dəy­di. Axı­rın­cı də­fə Dubayda olanda bir yaşlı ərə­bin Dila­rə­ni satın aldı­ğı­nı, sə­nəd dü­zəl­də­rək onunla evlən­di­yi­ni öy­rən­miş­di. Sonra Dila­rə­nin ordan qaçdı­ğı­nı, yoxa çıx­dı­ğı­nı eşit­miş­di. Bu, pis, hətta qorxulu xə­bər­di. Qız bir gün Bakıda peyda ola biər­di. Necə­sə onu qabaqlamaq lazım­dı...


* * *

Dila­rə talkuçkanı fırlanıb Saranın mağazası­nı tapdı. İlham da yanındaydı. Axı­rın­cı də­fə gə­lən malların zə­if satıl­dı­ğından gileylə­nir, tür­ki­yə­li partnyorlarından şüb­hə­lə­nir­di­lər. Şərt­ləş­miş­di­lər ki, hə­min malı Azərbaycanda yalnız onlar satacaqlar. Lakin bir­dən-bi­rə o maldan başqa bi­rin­də də gö­rün­müş­dü. İlham Tür­ki­yə­yə zəng vurub mə­sə­lə­ni aydınlaşdırmağa çalış­mış­dı. İstanbullu fabrik sahi­bi yanlış­lığa gö­rə üzr is­tə­miş, növ­bə­ti də­fə­də dəy­miş ziya­nın əvə­zi­ni ödə­yə­cə­yi­nə söz vermiş­di...
Mağazada İlhamdan başqa Saranın neçə satı­cı­sı vardı. Üs­tə­lik, gi­rib-çıxan müş­tə­ri­lər də çox idi. Dila­rə­nin bura gəl­mək­də məq­sə­di tək tutsa Saranı öl­dür­mək­di. Sumkasında iri bir bıçaq gəz­di­rir­di. Amma belə bir şər­ait­də məq­sə­di­ni həyata keçir­mək müm­kün deyil­di. Hök­mən ona mane olacaqdılar.
- Nə­di, ay xala, sən nə is­tə­yir­sən? - Satı­cılardan bi­ri Dila­rə­nin ora-bura baxaraq vurnuxduğunu gö­rüb yaxınlaşdı.
- Allah yolunda bir nə­zir verin!.. - Dila­rə əl açıb içə­ri­də­ki­lər­dən nə­zir di­lə­di.
Satı­cı ci­bi­ni eşə­lə­yib xırda pul çıxartdı. Müş­tə­ri­lər­dən də bir neçə­si əli­ni ci­bi­nə saldı. Dila­rə Saragi­lə tə­rəf yeri­yən­də o bi­ri satı­cı qarşı­sı­nı kəs­di.
- Az, özü­nü hara soxursan?..
- Allah yolunda siz də bir nə­zir verin... - Dila­rə Saraya üz tutdu.
- Az, yığ­dıqların bəs­di, bas bayıra!.. - Satı­cı onu geri itə­lə­di.
- Mən sən­dən is­tə­mi­rəm, o xanımdan is­tə­yi­rəm... - Dila­rə üzü­nə di­rən­di.
- Nə həya­sız di­lən­çi­sən... - Satı­cı Dila­rə­nin qolundan yapı­şıb qapıya doğru dartdı.
- Ə, ala, bunu ver ona, yazıq­dı. - İlham arxadan satı­cı­nı çağır­dı.
Bu zaman Sara da geri çön­dü. Dila­rə­nin baxışları ilə rastlaşanda dik­sin­di. Pul üçün sumkasına uzanan əli havada qaldı. Uzun-uzadı Dila­rə­nin arxasınca boylandı...
Bu andan Saranın narahatlı­ğı bi­rə-beş artdı. Dila­rə­nin qə­zəb, nif­rət dolu baxışları gö­zü­nün qabağından çə­kil­mir­di. Gecə yatağında da o baxışlar Saraya dinc­lik vermə­di. Bir neçə də­fə sək­sə­nə­rək yuxudan yarım­çıq ayıl­dı, zorla yatdı. Sə­hə­ri­si iş­də bü­tün gü­nü gö­zü qapıda qaldı. Yaxşı bi­lir­di ki, Dila­rə­nin gə­li­şi təsa­dü­fi gə­liş deyil. Yə­qin onunla haqq-hesab çək­mək fik­rin­dəy­di. Demək, bir də gə­lə­cək­di!.. Sara öz hə­rə­­kə­tin­dən peşmandı. Adə­tiy­di, bir pis­li­yi edir, peşman olur, unudur, tə­zə­dən növ­bə­ti pis­li­yə keçir­di. Bir növ, əq­rəb xis­lət­liy­di... Dila­rə­ni günahsız olduğuna necə inan­dırmaq haqqında fi­kir­lə­şir­di. Hesabla, işi­ni ehtiyatlı tutmuşdu. Dila­rə Saradan sadə­cə, onu iti­rib-axtarmadı­ğına gö­rə in­ci­yib kü­sə bi­lər­di. Bunu yoluna qoymaq lazım­dı. Qaraçı­lıq elə­sə, ipə-sapa yatmasa, pul-parayla ağzı­nı yumacaqdı. Yə­qin in­di pula ehtiya­cı çoxdu. Yeri­ni-yurdunu bil­səy­di, axtarıb tapar, qabaqlayardı...
Bir­dən Dila­rə­nin anası­gil yadına düş­dü. Axı başqa harda olasıy­dı? Orda qalmasa da yə­qin gə­li­şin­dən xə­bərdardılar. Maşı­nı iş­dən birbaş qə­sə­bə­yə sür­dü. Dila­rə­nin anası uzun-uzadı izahatdan sonra Saranı güc­lə tanı­dı.
- Sən hara, bura hara, ay bala, - dedi, - xeyir­di­mi?..
- Gecə yuxumda Dila­rə­ni gör­mü­şəm, - Sara dedi. - Fi­kir­ləş­dim, yə­qin gə­lib çı­xıb. Dedim, bir baş çə­kim, maraqlanım, bir­dən olar də...
- Kaş yuxun çin olaydı, ay bala.
- İnşallah olar, darıxmayın.
- Ona qalsa elə mən də tez-tez balamı və­yəğamda gö­rü­rəm. - Arvad dedi. - Lap əv­vəl­ki ki­mi­cə. Mən­nən elə danı­şıb-gü­lür, elə bil sağdı. Ayı­lıram ki, Dila­rə nəə­zir, hamı­sı yuxudu...
- Dü­nən mağazamıza bir di­lən­çi gə­lib çıx­mış­dı. - Sara hər ehtimala qarşı bunu da açıb söy­lə­di. - Dila­rə­yə yaman oxşayır­dı. Elə bil kopyaydı.
- Soruşmadın kim­sən, haralısan?..
- Yox, başım qarı­şıq­dı. Bazar doludu di­lən­çiy­nən, hamı­sıynan maraqlanmağa vaxt hanı?..
- Bura da bi­ri gəl­miş­di. - Arvad dedi. - Mən də onu balama oxşatdım. Amma özü dedi, guya qaçqın­dı...
Sara di­lən­çi­nin nam-nişa­nı, geyim-keci­mi ilə maraqlandı. Hər şey düz gə­lir­di. Demək, Dila­rə evlə­rin­də olmuşdu. Gö­rə­sən bəs ni­yə özü­nü nişan vermə­miş­di?.. Sara qə­sə­bə­yə gə­lən­də rahatlıq tapacağı­nı dü­şü­nür­dü, narahatlı­ğı daha da artdı...

* * *

Göz­lük­dən baxan Sara qapı­nın arxasında Dila­rə­ni gö­rüb yerin­də dondu. Əlimyandıda axtardı­ğı, yolunu başqa yerdə göz­lə­di­yi keçmiş rə­fi­qə­si öz ayağıyla evi­nə təş­rif buyurmuşdu. Qapı­nı açdı. Dila­rə talkuçkada gör­dü­yü di­lən­çi paltarındaydı.
- Keç, keç içə­ri... - Sara qorxa-qorxa onu evə də­vət etdi.
- Demək, tanı­mısan?.. - Dila­rə yerin­dən tər­pən­mə­dən nif­rət­lə onun gö­zü­nün içi­nə baxır­dı.
- Dü­zü, sonradan tanı­dım. Bazarda dalınca çıxanda uzaqlaşmış­dın. Gəl, gəl gö­rüm...
Dila­rə onu qucaqlamaq üçün qolları­nı geniş açan Saranı qə­zəb­lə yolundan kənarlaşdır­dı.
- Çə­kil, alçaq, rə­zil adam! Mə­nə toxunma!..
Sara kənara çə­kil­sə də dil boğaza qoymadı.
- Bacı canı, güna­hı mən­də gö­rür­sən­sə, yanı­lırsan. İs­tə­dim sə­ni Dubaya aparım pullandı­rım, adam elə­yim, alınmadı...
- Özün adam ol, qalsın başqaları­nı adam elə­mə­yin! Elə bi­lir­sən adamlıq pulla öl­çü­lür? Sən fahi­şə­dən pis­sən!..
- Axı sə­nə nə pis­li­yim keçib ki, mə­ni təh­qir edir­sən?..
- Mə­nə hansı pis­li­yin keçmə­yib? Sən yaşamamalısan! Yer üzə­rin­də gəz­mək sə­nə haramdı!.
Dila­rə sumkasındakı bıça­ğı çıxardıb Saranın üs­tü­nə atıl­dı. O, çı­ğıraraq yataq otağına qaçdı. Qapı­nı bassa da saxlaya bil­mə­di. Dila­rə­nin ilk çaldı­ğı bıçaq Saranın sol qolunu yaraladı. Qış­qı­rıb qoluna baxmaq is­tə­yən­də ikin­ci zər­bə sağ çiy­ni­ni tutdu... Çarpayı­nın başına dolanmağa başladılar. Sara ayağındakı bir tay şə­pi­ti çıxardıb Dila­rə­yə tə­rəf atdı. Yastı­ğı irə­li verdi. Bıçaq zər­bə­sin­dən tü­kü dağılanda gecə lampasıynan əlin­də­ki bıça­ğı vurub saldı. Bir-bi­ri­ni saçladılar. Sonra dö­şə­mə­də sü­pür­ləş­mə­yə başladılar. Tə­pik­lə, yumruqla necə gəl­di bir-bi­ri­nin qarnına, si­fə­ti­nə vurur, diş­lə­yir, çim­dik­lə­yir, cırmaqlayır, saçları­nı yolurdular. Paltarları cı­rıq-cı­rıq, üz-göz­lə­ri qan için­dəy­di. Çı­ğır­tı-bağır­tıla­rı otağı doldurmuşdu...
Təsa­dü­fən Saranın dalınca gə­lən İlham qapı­nı açıq gö­rüb içə­ri gir­di. Çı­ğır-bağı­rı eşi­dən­də qorxdu. Elə bil­di evə oğru-əy­ri soxulub. Saranın yerdə ki­min­lə­sə sü­pür­ləş­mə­yi İlhamı lap çaşdır­dı. İrə­li cumub onları ayırmağa çalış­dı.
- Dayanın, siz neynir­si­niz?..
Sara Dila­rə­nin ani olaraq boşaldı­ğı­nı gö­rüb boğazından yapış­dı, ikiəl­li onu boğmağa başladı. Dila­rə əl-qol atır, çapalayır, xı­rıldayır­dı...
- Dayan, Sara, sən neynir­sən!..
İlham Dila­rə­ni Saranın əl­lə­rin­dən zorla qopartdı. Göz­lə­ri bö­yü­müş­dü. Öyü­yüb qusurdu. İlham onu qaldı­rıb vanna otağına aparanda tanı­dı.
- Dila­rə, bu sən­sən?..
Sara də­li ki­mi vanna otağına soxularaq əlin­də­ki bıça­ğı arxadan Dila­rə­nin kü­rə­yi­nə sancdı.
- Sara!.. - deyib qış­qıran İlham onun si­fə­ti­nə güc­lü bir yumruq iliş­dir­di. O, ölü ki­mi qapı­nın ağzına sə­ril­di.
­İlham Dila­rə­ni qucağına gö­tü­rüb divana uzatdı.
- Öl­mə, Dila­rə, - dedi, - öl­mə. Bu saat hə­kim çağıracağam.
- Lazım deyil... - Dila­rə xı­rıldadı. - Mən onsuz da ölü­rəm... Amma bil ki, bi­zim iki­mi­zi də bəd­bəxt elə­yən, mə­ni Dubayda fahi­şəxanaya satan Saradı...
- Yox, sən öl­mə­mə­li­sən!.. - İlham telefona qaçdı. Tə­ci­li yardıma zəng vurdu.
Yaddan çı­xıb vanna otağı­nın ağzında sə­ri­li qalan Sara bir­tə­hər özü­nü dü­zəl­dib ayağa qalxdı. Üz-gö­zü qan için­də, əlin­də bıçaq sən­tir­lə­yə-sən­tir­lə­yə İlhamın üs­tü­nə atıl­dı. İlham vaxtında geri çön­dü. Bıça­ğı alıb atdı. İkiəl­li Saranın boğazından yapı­şıb boğmağa başladı. Nə­fə­si kə­si­lib bə­də­ni tamam boşalanda onu kənara itə­lə­di.
- Bu da sə­nin axı­rın, qancıq!.. - dedi.
Dila­rə­yə yaxınlaşdı. Göz qapaqları tit­rə­sə də aralanmadı... Tə­ci­li yardım maşı­nı gə­lən­də Dila­rə artıq keçin­miş­di...
Şahmar Dila­rə­nin faciə­li ölü­mü haqqında televi­ziyadan xə­bər tutub bərk kə­dər­lən­di...

* * *

Nə­sə dü­zəlt­mək is­tə­yən Dil­qəm hirs­lə­nə­rək taxta-tuxtanı, çə­ki­ci, mişa­rı tə­pik­lə­yir, hə­rə­si­ni bir tə­rə­fə fı­rıldadır­dı. Atası­nı gö­rən­də ağlamsınaraq üs­tü­nə qaçdı.
- Nə­di, oğlum, nə olub?.. - Şahmar qıçları­nı qucaqlayan Dil­qə­min saçları­nı qarış­dır­dı. - Bu nə gün­dir­lik­di? Nə dü­zəl­dir­sən belə?..
- Tə­lə... - Dil­qəm şika­yət­lən­di. - Amma alın­mır...
- Tə­lə?.. - Şahmar təəc­cüb­lən­di. - Tə­lə nə­yi­nə gə­rək­di, oğlum? Siçan-zad tutacaqsan?..
- Yoox, siça­nı neyni­rəm?.. - Dil­qəm ağız-burnunu əy­di. - Mən sər­çə tutmaq is­tə­yi­rəm...
- Tə­ləy­nən sər­çə tutarlar, oğlum? Bu da tə­zə çıx­dı?..
- Odey, Elşad (mə­həl­lə uşağıy­dı) neçə­si­ni dü­zəl­dib, hər gün nə qə­dər sər­çə ovlayır. Şi­şə taxıb kabab elə­yir...
- De bi­ri­ni də sə­nə versin də?.. - Şahmarın dalınca gə­lən Kö­nül dil­lən­di. - Maşı­nı­nı, topunu əkiş­di­rə bi­lir...
- Deyir, müf­tə şey var? Atanın kitablarından ci­liş­dir gə­tir, də­yi­şək... - Dil­qəm dodağı­nın altında mı­zıldandı.
- Kitab onun nə­yi­nə lazım­dı, ə? Oxuyan zi­bil­di?.. - Şahmar əsəbi­ləş­di.
- Aydın­dı, nə­nə­si­nin semiçka, noxud bük­mə­yə kağı­zı qurtarıb. - Kö­nül dedi. - Düz tapmışam?..
- Hə... - Dil­qəm başıynan təs­diq­lə­di. - Dedi, mə­nə semiçka da verə­cək...
Elşadın nə­nə­si tumsatandı.
- Nəbadə belə bir iş tutasan, Dil­qəm! - Şahmar üzü­nü bozartdı. - O kitabları tə­zə­dən bir də tapmaq çə­tin mə­sə­lə­di.
- Di onda mə­nə tə­lə dü­zəlt də, ata. - Dil­qəm pi­şik ki­mi atası­nın əl-ayağına sarmaşdı.
- Sə­nə maşın, araba, fırlanğac dü­zəl­də­rəm, oğlum. Tə­lə­ni də, tə­ləquranı da gör­mə­yə gö­züm yoxdu...

* * *

Şahmar sə­hə­rə yaxın qə­ri­bə bir yuxu gör­dü. İri, zooparkda heyvanların yaşadı­ğı qə­fə­sə oxşayan nə­həng bir qə­fəs­də, tə­lə­dəy­di. Əsl mö­cü­zəy­di, Şahmar tə­lə­nin için­də ola-ola tə­lə­ni də, özü­nü də kənardan gö­rə bi­lir­di. (Yuxunun kəra­mə­tin­dən­di, buracan qə­fəs­də, tə­lə­də yaşadı­ğından xə­bər­siz­di.) Daxil­dən nə­həng gö­rü­nən qə­fəs-tə­lə uzaqdan çox xırdaydı. Siçan tə­lə­si ki­mi. Şahmarın özü də bapbalacaydı, amma siçan deyil­di... Lap qə­ri­bə­si tə­lə­nin ev-tə­lə, ev-tə­lə­nin şə­hər-tə­lə, şə­hər-tə­lə­nin öl­kə-tə­lə, öl­kə-tə­lə­nin də planet-tə­lə­nin... için­də (tə­lə için­də tə­lə) olmasıy­dı...
Ö­zü tə­lə­də ola-ola anası dedi:
- Ə, Şahmar, get bir siçan tə­lə­si al gə­tir, ev-eşi­yi siçan basıb.
- Mə­nə də sər­çə tutmaq üçün tə­lə al, ata. - Dil­qəm bö­yür­dən əlavə etdi.
Şahmar ev-tə­lə­dən kü­çə-tə­lə­yə çıx­dı. Hər yan adamla doluydu. Nə oyundusa hamı­nın əlin­də, ci­bin­də, zən­bi­lin­də, maşı­nında cür­bə­cür, rəng­bə­rəng bə­zək­li tə­lə­lər vardı. Bə­zi­sin­də bir deyil, bir neçə­si bir­dən­di. Göz oxşayan, şir­nik­lən­di­ri­ci tə­lə­lər­di. Tə­lə sahib­lə­ri gü­lə­rüz, qı­lıq­lı, tə­lə­lə­ri­nə gü­vənc­liy­di­lər... İla­hi! Tə­lə­lər dünyanı bü­rü­müş­dü. Dükan, kü­çə və meydanlarda, hər tə­rəf­də hamı tə­lə alıb-satır­dı. Tə­lə­lər vit­rin­lər­də canlı kuklalar, oyuncaqlar ki­mi (cins­lə­ri də vardı, erkək, di­şi) oynayır, atı­lıb-dü­şür, zümzü­mə edir, göz vurur, müş­tə­ri çağı­rır­dı... Bir suyu bu tə­lə­lə­rə oxşayan sü­tül bir satı­cı mağazada iri­şə-iri­şə Şahmarın dim­di­yi­nin di­bi­ni kəs­dir­di.
- Bi­zim mağaza-tə­lə­yə xoş gəl­mi­si­niz, əmi! Nə buyuracaqsı­nız? Hər cür, nə iş üçün desə­niz tə­lə­miz var. Xari­ci, yerli istehsal...
- Hamı­sı da od qiy­mə­ti­nə, bahalı, hə?..
- Yox, əmi, Dubay, Kitay malları, bir də yerli istehsal ucuzdu...
- Elə ni­yə?.. - Şahmar maraqlandı.
- Geydir­mə­di, ona gö­rə...
- Etibarlı, sınanmış tə­lə­lər kim­lə­rin­di?..
- Avropalıla­rın, amerkanların, rusların... Bahadı, zato davamlı, etibarlı­dı, dizaynı əla­dı...
- Rusunku üs­tün­dü, yoxsa Amerika­nın­kı?..
- Əmi, o baxır profi­lə, bir də adamına, iş­lə­də­nə. Elə mə­sə­lə var, orda Amerika­nın­kı güc­lü­dü, elə mə­sə­lə var, rusunku. Gö­tü­rək Qarabağı. Gün­də hə­rə­si bir tə­lə quraşdı­rır, amma hə­lə heç bi­ri o bi­ri­nə dov gə­lə bil­mir...
- Bacıoğlu, mə­nim siya­sət­lə işim yoxdu, başı­mı bir­tə­hər dolandı­rıram, bə­sim­di...
- Əmi, çeşi­di­mi­zə söz ola bil­məz. Si­zə lazım olanı deyin, tapıb verək.
- Alveri­niz necə­di? Müş­tə­ri­niz çoxdu?.. - Soruşdu, tez də peşmanladı. Həna­nın yeriy­di?..
- Müş­tə­ri cə­hət­dən şika­yə­ti­miz yoxdu. Çün­ki bu məm­lə­kət­də tə­lə­siz ötüş­mək qeyri-müm­kün­dü. Babat dolanmaq is­tə­yir­sən­sə babat da tə­lən olmalı­dı. Həm də bi­ri yox, bir neçə­si...
- Yaxşı, mə­nə bir siçan tə­lə­si ver. Bayaqdan vit­ri­nə baxıram, gö­zü­mə dəy­mir.
- Nə­ə?.. - Oğlan Şahmara də­və nalbən­də baxan ki­mi baxdı.
- Siçan tə­lə­si, lap sovetski olsun, ucuzundan. O tə­lə­lər­də­ki kəra­mə­tə bə­lə­dəm.
- Əmi, zarafat edir­si­niz? Siz neçən­ci əsr­dən, hansı planetdən gəl­mi­si­z? Hamı bu saat pul, qazanc tə­lə­si axtarır. O cür tə­lə­lə­ri, cə­lə­lə­ri in­di alan kim­di? Nə­yi­ni­zə lazım­dı siçan tə­lə­si?..
- Oğlum üçün. - Şahmar fi­kir­ləş­di ki, oğlunun adından is­tifa­də etmək daha müna­sib­di.
- Oğlunuz da si­zin tayı­nız olacaq. - Satı­cı dedi. - İn­di­dən gö­rü­nür.
- Onun dər­di-odu sə­nə qalmayıb, bala. - Şahmar üzü­nü bozartdı. - Başı­nız qarı­şıb bir-bi­ri­ni­zə tə­lə-cə­lə qurmağa, qaz vurub qazan doldurmağa, düz-dünyanı siçan-siçovul, sü­rü­nən­lər bü­rü­yüb. Qorxmursunuz bu tutuşla gə­mi­ri­ci­lər dünyanı gə­mi­rib axı­rına çıxa?..
- Narahat olma, əmican. Onlar dei­likates yemək­lər siya­hı­sındadı.
- Gö­rə­cək­li gün­lə­ri­miz irə­li­də­di ki! - Şahmar tə­lə­lər­dən neçə­si­ni nə qə­dər o tə­rəf-bu tə­rə­fi­nə çevir­di­sə qapı­sı­nı, açar-qı­fı­lı­nı tapa bil­mə­di. - Bala, bu tə­lə­lə­rin qapı­sı-fila­nı hanı?..
- Əmi, siz lap Nuh əyyamından qalması­z! Bunlar elektron tə­lə­lər­di. Dollar, funt-sterlinq­lə iş­lə­yir. Qaz vurub qazan dolduranlar üçün­dü... Eh, bir də, qə­pik-quruşa, gün­də­lik dolanı­şığa qane olana nə tə­lə?..
- Ə, adam balasısan, - Şahmar əsəbi­ləş­di, - dedim axı, siçan-siçovul ev-eşi­yi bü­rü­yüb...
Şahmar acıq elə­yib gedən­də oğlan arxadan dedi:
- Əmi, yadıma düş­dü, siçan tə­lə­si­ni tin­də­ki sexdə zakaz verə bi­lər­si­niz. Ya da bazarda xırdavatsatandan soruşun...
- Məs­lə­hə­ti­nə gö­rə sağ ol.
- Əmi, amma gə­rək biz­dən də gözqaytaran tə­lə­dən-zaddan bi­ri­ni alaydı­z. Tə­lə alnı­mıza yazı­lıb. Adəm babamızla Həvva nə­nə­miz­dən qalıb.
- Nəfs­lə­ri­ni saxlayaydılar, tə­lə­yə düş­mə­yə, cən­nət­dən qovulmayaydılar. - Şahmar dedi.
- Sadə­lövh adamsız, əmi. Tə­lə qurulmuşdu. Gec-tez o tə­lə­yə düş­mə­liy­di­lər. Axı cən­nət­də nəfs nə­yə lazım­dı? Nəfs vardısa, gə­rək alma olmayaydı. Pis nümu­nə bi­zə ordan miras qalıb...
Şahmarın matı-qutu qurudu. Demə, nağıl-filan da hamı­sı başdan-ayağa tə­lə-cələymiş...
- Şahmar, ay Şahmar... - Sil­kə­lə­yib onu yuxudan oyadan arvadı­nı key-key süz­dü. - Eşit­mir­sən, bayaqdan çağı­rıram?..
Di­kə­lib pən­cə­rə­dən bayıra boylandı. Gün günorta olmuşdu, amma o hə­lə yatır­dı.
- Nə lazım­dı?..
- Qatıqsatan qatıq gə­ti­rib. Ci­bi­ni axtardım, pul tapmadım.
- Xırda olmalıy­dı axı...
- Budu də, bəs elə­mir... - Əlin­də­ki mil­li kağız əl­li­lik­lə­ri, yüz­lük­lə­ri gös­tər­di.
"Gör haa, o qə­dər kağız pulun bir banka qatığa gü­cü çatmır, amma dollar olsaydı..."
- Denən, verə­rik də, qaçmı­rıq ki.
- Deyə bil­mi­rəm, ay Şahmar, utanıram...
Şahmarın yadına qonşuları Gül­süm xalanın söz­lə­ri düş­dü. O olsaydı, yastılaya-yastılaya deyər­di, utanma, bala, utansın bi­zi bu gü­nə salanlar...

"Azərbaycan" jurnalı