BP-nin Heydər Əliyevin hakimiyyətə gəlməsində rolu

Prezident Əbülfəz Elçibəy Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyevi qarşılayır, 1992-ci il

- Əliyevin hakimiyyətə gəlməsi o demək idi ki, anlaşma mümkündür. Bu baxımdan da tarix göstərdi ki, onun hakimiyyətə gəlməsi BP-nin marağında idi. Amma bilmirəm, BP bu işdə hansısa şəkildə iştitak edibmi.

Bu, 1990-cı illərin əvvələrində Britaniya parlamentinin mühafizəkarlardan olan üzvü və MI6 kəşfiyyat təşkilatında çalışmış Harold Elletsondur. O, həmin fikirlərini martın 27-də Britaniyanın “4-cü kanal” televiziyasında yayılan araşdırmada səsləndirib. Veriliş BP şirkətinin Azərbaycanda, Liviyada və Meksika körfəsinzdə apardığı qapalı əməliyyatlara həsr olunmuşdu.

Aparıcı, məşhur araşdırmaçı jurnalist Greg Palast 1992-1994-cü illərdə BP-nin Azərbaycandakı nümayəndəsinin müavini olmuş Lesley Abrahamsdan da maraqlı açıqlamalar alıb.

Abrahams iddia edib ki, BP-nin Azərbaycanın neft layihələrində iştirakını mümkün edən səbəblərdən biri də şirkətin Bakıda rəsmilərə verdiyi milyonlarla dollar rüşvətdir. Onun jurnalistlə söhbətinin bəzi hisssələrini təqdim edirik:

- Ümumilikdə nə qədər rüşvət veribsiniz?

- Məncə, 2-3 milyon funt olardı.

- Pulu onlara necə çatdırırdınız?


- Zərfə qoyub veridim.

- Maraqlıdır, kiməsə minlərlə dollar pul olan zərfi necə verirdiniz?


- Görüşəndə sadəcə olaraq ciblərinə qoyurdum.

- Zərflərdə nə qədər pul olurdu?


- Bəzən 10 min, bəzən 15 min, bəzən də 25 min dollar olurdu.

- Bunları BP bilirdimi?


- Bəli, çünki bu pulların hamısı hesaba alınırdı. Amma onların hamısı "qəbzsiz xərclər" kimi qeydə alınırdı, əlavə izahlar verilmirdi.

Abrahamsın Bakıda rəsmilərin cibinə pul basdığını iddia etdiyi illərdə Azərbaycan Qarabağ müharibəsinin ən qanlı günlərini yaşayırdı. BP-nin keçmiş təmsilçisinin bu mövzuda da deyəcəkləri var. Onun bildiyinə görə müharibənin qızğın vaxtında onu Britaniya kəşfiyyatının – MI6-nın Moskvadakı nümayəndəsi John Scarlett görüşə çağırıb. Abrahams iddia edir ki, Scarlett ona Bakıda MI6 üçün casuluğu təklif edib:

- Mənə ordu hissələrinin hərəkəti haqqında məlumatlar, şəkillər toplamaq tapşırılmışdı. Həmçinin hökumətdəki əlaqələr barədə onlara məlumat verməli idim.

- BP-dəki işinizlə yanaşı, Azərbaycan ordusunda hərbi hisssələrin hərəkətləri, raketlər, dövlət rəsmiləri haqqında məlumatlar verməli idiniz?


- Bəli.

- Eyni zamanda da rəsmilərə ödənişlər edirdiniz?


- Bəli, pullar davamlı şəkildə ödənirdi.

- Bu pullar həm də Sizə məlumatlar almağa kömək edirdi?


- Bəli, mən yüksək səviyyəli müşavirlərlə, dövlət adamları ilə görüşürdüm. Onlardan aldığım informasiyaları da Scarlettə çatdırıdım. Həmin məlumatların bir surətini də BP-nin yuxarı rəhbərliyində olan adamlara göndərirdim.

Amma hələlik BP-nin keçmiş rəsmisinin bu iddialarını orada adı hallanan tərəflərin hamısı inkar edir. 1992-1993-cü illərdə Azərbaycanda Dövlət Katibi və Baş nazir kimi yüksək vəzifələrdə çalışmış Pənah Hüseyn o zamankı komanda üzvlərinə BP rəsmisinin pul verməsi barədə deyilənləri absurd adlandırır.

Keçmiş Baş nazir onun da təmsil olunduğu hakimiyyətin yıxılaraq Heydər Əliyevin hakimiyyətə gətirilməsində BP-nin iştirakını da ağlabatan hesab etmir. O deyir ki, əksinə BP elə Elçibəyin hökuməti ilə neft müqavilələri imzalamağa hazırlaşarkən Rusiya yönümlü qüvvələr hakimiyyəti dəyişib müqavilələrin imzalanmasını yubatdılar:

- 1993-cü il iyulun 1-də Londonda Azərbaycanın neft yataqlarının işlənməsinə dair müqavilənin imzalanması gözlənirdi. Qiyam edən Surət Hüseynovun hökumət qarşısında irəli sürdüyü tələblərdən ən əsası da həmin müqavilənin imzalanmaması idi. Çevriliş baş verib, Heydər Əliyev də hakimiyyətə gələndən sonra neft danışıqları ləğv edildi. Bu istiqamətdə müzakirələr noyabra qədər ümumiyyətlə aparılmadı.

Yəni, faktiki olaraq, BP də daxil olmaqla Qərb şirkətlərinin ümumiyyətlə bu müqavilələrdən kənarlaşdırılması məsələsi meydana gəldi. Bu baxımdan, BP və digər Qərb şirkətlərinin hələ iyul ayında müqavilə imzalayacağı bir hökumətin yıxılmasında maraqlı olması o qədər də inandırıcı deyil.

Bu çevrilişdən sonra ümumiyyətlə Azərbaycanın xarici siyasət istiqaməti Qərbdən Rusiyaya tərəf yönləndirilə, neft müqavilələri isə heç bağlanmaya bilərdi. Yəni, bu dövlətlərin, xarici şirkətlərin, o cümlədən də BP-nin Azərbaycanla bağlı belə yüksək riskə getmələri ağlabatan deyil.

Lesley Abrahams 2007-ci ildə də “Daily Mail” qəzetinə bildimişdi ki, neft müqavilələrinin imzalanması üçün Azərbaycanda rəsmilərə rüşvət verib, onlar üçün seks məclisləri təşkil edib. O zaman BP şirkəti onun dediklərinin çox az hisssəinin həqiqət olduğunu bildirib, əksər iddialarını fantaziya məhsulu adlandırmışdı.

MI6 isə bildmişdi ki, Britaniya kəşfiyyatı ilə bağlı kiminsə dediklərinə heç bir şərh verə bilməzlər.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə bildmişdi ki, “hətta bu cür çirkin hadisələr baş veribsə də o, bizdən əvvəl Xalq Cəbhəsinin hakimiyyəti zamanında olub”.

Müsahibənin Azərbaycan dilinə çevtilmiş audiosunu burada dinlə: