-
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılır və 19 kafedranın bağlanacağı gözlənilir.
“Moderator.az” bunu ADNSU-nun rektoru Mustafa Babanlıya isnadən verir. Rektor hazırda universitetdə 47 kafedra olduğunu, fevral ayında kafedraların birləşdirilməsindən sonra 28 kafedra qalacağını söyləyib.
Universitetdə laboratoriyalar da yenilənir.
Rektor gələcəkdə ADNSU-da semestr imtahanlarının şifahi formada götürülməsinin planlaşdırıldığını da söyləyib:
“Bunun üçün müəllimlərin dürüst olduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq."
Universitetdə qeyd edilən məsələ ilə bağlı bu il bir eksperiment keçirilib.
Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib.
“Dekanlıqlar onların işinə qarışmır, onlar tələbələrin sevimliləridir, çünki düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir, həm də bu müəllimlər ictimai rəyə əsasən seçiliblər”, - deyə M.Babanlı bu 14 müəllim barədə bildirib.