İran milli futbol yığmasının üzvləri Dünya Kuboku yarışında İngiltərə yığmasına qarşı matçın açılışında İranın milli himni səsləndirilərkən onun sözlərini oxumayıblar.
Reuters agentliyinın yazdığına görə müşahidəçilər futbolçuların bu hərəkətini İranda hazırda davam edən etirazların iştirakçılarına dəstək kimi qiymətləndiriblər.
Xəlifə Beynəlxalq Stadionunda İranın milli himni səsləndirilərkən İran futbolçuları sakit dayanmışdılar.
Buna da bax: Azərbaycan BMT-nin İran səsverməsində bitərəf qalıbStadionun tribunalarındakı İran azarkeşlərindən bəziləri himn səslənərkən qışqırırdılar.
Oyunçulardan bəziləri baş barmaqlarını aşağı əyməklə jest göstərirdilər.
İranda gənc kürd qadının polisdə ölməsindəın sonra başlanmış etirazlar artıq səkkiz həftədir ki, səngimək bilmir.
Politoloqlar bunu İranda 1979-cu ul İslam inqilabından bəri ruhani rejimə qarşı ən böyük etiraz adlandırırlar.
Bu da xəbər verilir ki, İran dövlət televiziyası himn çalınarkən oyunçuların sakit dayandıqları kadrları efirə verməyib.
Buna da bax: Azərbaycan prezidenti: 'Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilmədi'Susan da var, susmayan da
Reuters yazır ki, son vaxtlarda İran millisinin üzvləri İranda etirazçıları dəstəkləmədiklərinə görə çox sayda azarkeş itiriblər.
Bəzi azarkeşlər millini rejimlə həmrəylikdə ittiham edirlər.
Reuters qeyd edir ki, İranda tarixən milli qürur mənbəyi hesab olunan yığma Dünya Kubokunun ərəfəsində yenidən diqqət mərkəzinə gəlib.
Buna da bax: Türkiyə YPG-nin raket zərbələrindən 3 nəfərin öldüyünü bildirirBirinci matçdan əvvəl Yunanıstan çempionatlarında oynayan Ehsan Hacsəfi səsini ucaldaraq İran etirazçılarını dəstəkləyən ilk futbolçu olub:
“Biz onların tərəfindəyik. Biz onları dəstəkləyirik, biz onlara hüsn-rəğbət bəsləyirik”.
Futbolçiular Mürtəza Purəliqanci və Kərim Ənsarifərd onlara verilən sualların cavabında etirazçılara dəstək bildirməkdən imtina ediblər.
Niderlandın Feyenoord klubunda oynayan yarımmüdafiəçi Əlireza Cahanbəxş isə bildirib ki, belə sorğu-sual komandanın fikrini Dünya Kubokundan yayındırmaq məqsədi güdür.