►“Orda sakinlərin cəmi 2 faizi işıq pulu verib. Təbii ki, bütün qəsəbənin borcu var”
Noyabrın 26-da Nardaranda bir neçə adamın həbsi, 7 nəfərin ölümü ilə nəticələnmiş əməliyyatdan sonra kəndin işığı kəsilib.
Uzun müddət idi, bu kənddə qaz olmadığından əhali elektrik enerjisindən itifadə edirdi. Bir həftəyə yaxındır kənddə işığın kəsilməsi isə sakinləri çıxılmaz vəziyyətə salıb.
Nardaran sakini, kəndin Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyir ki, camaat soyuq kənd evlərində əziyyət çəkir:
Sizin brauzer HTML5-i dəstəkləmir
“İşığı kəsəndən sonra problemlərimiz çoxalıb. Çünki məişətdə elektrikdən istifadə edirik. Qaz da ki neçə illərdir yoxdur. Neçə illərdir, hər il danışılır, ancaq heç bir dəyişiklik yoxdur. Ona görə də bütün məişət məsələlərimizi işıqla həll eləyirik, bir də qaz balonlarıyla. İşıq da olmayandan sonra qalmışıq belə”.
Buna da bax: Putinin yasaqlamadığı 4 türk məhsulu
İşığı kəsəndən sonra problemlərimiz çoxalıb. Çünki məişətdə elektrikdən istifadə edirik.
Kiminsə borcu yoxdursa...
Kənd sakinləri hesab edirlər ki, işığı kəsməklə hökumət onları cəzalandırır.
Çünki enerji borcunun olması bir həftənin söhbəti deyil.
Bu borc uzun müddətdir yığılıbmış.
Konstitusiya Araşdırmaları Fondunun kommunal xidmətlər üzrə eksperti Ələkbər Ağasıyev deyir ki, borcu olan abunəçinin təchizatı 1 ay ərzində dayandırılır. Həm də kiminsə borcu yoxdursa, onun işığı niyə kəsilməlidir ki?
Sizin brauzer HTML5-i dəstəkləmir
“İstənilən halda, xidmət haqqı ödənilmirsə, təchizat dayandırılırsa, bu, digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. İri yaşayış massivinin təchizatının birdən-birə dayandırılması həmin enerji haqqını ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. İkincisi, əgər təchizatçı qurumlar neçə il ərzində enerji haqqının ödənmədiyini deyib təchizatı dayandırırsa, bunu rəsmi qaydada xəbərdarlıq edəndən sonra həyata keçirməliydi. Kiminsə səhlənkarlığı ucbatından bunu eləməyiblərsə, indi iri yaşayış massivində yaşayanlar, o cümlədən, enerji haqqını ödəyənlər varsa, onlar da əziyyət çəkir.”
Buna da bax: "Avtovağzal" stansiyası nə vaxt açılacaq?- [Fotolar]
İşıqpulu verənlərin də işığı kəsilib...
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti kəndin işığının 42 milyondan artıq borca görə kəsildiyini deyir. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev əvvəlcə söylədi ki, istehlakçıların 2 faizi ödəniş edib. Sonrasa bütün qəsəbənin borclu olduğunu bildirdi:
Noyabrın 23-ə qədər vaxt verildi. O tarixə qədər ödəyənlərin enerjisi bərpa olundu, ödəməyənlərinki kəsildi.
“Orda cəmi 2 faiz ödəniş edib. Bütün qəsəbənin ödəməsi 2 faiz təşkil edir. Təbii ki, bütün qəsəbənin borcu var. “Azərişıq” noyabrın 20-də məlumat yayıb borclu abonentlərə xəbərdarlıq etdi. Noyabrın 23-ə qədər vaxt verildi. O tarixə qədər ödəyənlərin enerjisi bərpa olundu, ödəməyənlərinki kəsildi”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bəs niyə Nardaran sakinlərinin enerjisi bu illər ərzində kəsilməyib? Bu sualdan sonra “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri ilə telefon əlaqəsi kəsildi. Sonrakı zənglərə isə cavab vermədi.
Buna da bax: Yerevanda etiraz aksiyası
Bağlarda qaz var, kənddə yox
Kəndin qaz məsələsinə gəldikdə, Nardaranda qaz boruları var. Ancaq çoxdandır içinə qaz verilmir. 13 il əvvəl də Nardaran sakinləri işıq-qaz tələbi ilə etiraz aksiyaları keçirirdilər. Bu etirazlardan sonra bir müddət kəndə qaz da verildi, ancaq bir müddət sonra yenə yoxa çıxdı.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev deyir ki, qazın kəsilməsinə qanunsuz istifadə səbəb olub:
Sizin brauzer HTML5-i dəstəkləmir
“Nardaran bağları adlanan ərazi təbii qazla təmin olunur. Nardaran kəndinin özü isə məlum hadisələrdən əvvəl – yay aylarından təbii qaz almır. Buna da səbəb təbii qazdan qeyri-qanuni istifadə hallarıdır. Artıq əhalidən də müraciət olunub, rəhbərliyin də göstərişi ilə kəndə təbii qazın verilməsi istiqamətində işlərə başlanılıb. Məhəllələrdə təmizləmə işləri aparılır, yeni sayğaclar quraşdırılacaq. Fərdi qaydada müqavilə bağlanmaqla təbii qazın verilməsi təmin olunacaq”.
“Azəriqaz”ın sözçüsü deyir ki, bu işlərə dekabrın 1-dən başlanılıb.
Elə həmin gün hüquq-mühafizə orqanları Nardarana texnika yeridib, silah-sursat axtarışı ilə bağlı xüsusi əməliyyat keçirib.