“Təhsil elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz”. Amma təəssüf ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaradılan Qafqaz Universiteti bu günlərdə inqilabi bir qərar ilə bağlanılır”.
Qafqaz Universiteti tələbələrinin ölkə başçısına və təhsil nazirinə ünvanlanan petisiyası bu sözlərlə başlayır.
Tələbələr Qafqaz Universitetinin qapadılmasının ölkədə hakim olan təhsil ideologiyasına zidd olduğunu ifadə edirlər.
Buna da bax: Jurnalistika tələbələrinin kütləvi kəsilməsi nəylə bağlıdır? [yenilənib]
Qafqaz Universitetinin şəhərciyində...
“Əsas məqsədi dövlətini, millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu mütəxəssislər yetişdirmək olan Qafqaz Universitetinin bağlanmasının Azərbaycanın təhsil sisteminə zərbə olacağı heç kimdə şübhə doğurmur. Qafqaz ailəsi ümid edir ki, dövlətimiz biz tələbələrin və bizim müəllimlərimizin yanında olacaq”, petisiyada vurğulanır.
Tələbələr ölkə başçısı və təhsil nazirindən keçmiş Qafqaz Universitetinin şəhərciyində yeni ali təhsil müəssisəsinin yaradılmasını xahiş edirlər. Onlar Qafqaz Universitetinin tələbə və professor-müəllim heyətinin həmin müəssisədə fəaliyyətini davam etdirməsinə şərait yaradılmasını istəyirlər.
Buna da bax: Qafqaz Universiteti tələbələrinin taleyi necə olacaq?
Sənədə 5 mindən artıq şəxsin imza atdığı qeyd edilir.
Xatırlatma
1993-cü ildə fəaliyyətə başlayan Qafqaz Universitetinin ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.
Buna da bax: Qafqaz Universitetinin 6 prorektoru çıxarılıb
Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.
Bu il yanvarın 18-də isə Qafqaz Universiteti ləğv olunduğunu elan edib.
Təhsil Nazirliyibildirib ki, Qafqaz Unversitetinin tələbələri başqa ali təhsil müəssisələrinə köçürülcəklər.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir