Ədliyyə nazirliyinin oktyabrın 31-də keçirilmiş kollegiya iclasında prezident İlham Əliyevin “Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərmanı müzakirə olunub.
Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.
Buna da bax: QHT-lər dilə gəldi. Dinləyən olacaqmı?
Xəbərdə bildirilir ki, kollegiyada sözü gedən fərmanın vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılmasında, qrantların verilməsi prosedurunun asanlaşdırılmasında və bu sahədə şəffaflığın təmin olunmasında əhəmiyyətli olduğu vurğulanıb.
Toplantıda bildirilib ki, vətəndaş cəmiyyətinin fəaliyyətinə ayrılan maliyyə vəsaitlərinin qeydiyyatı dəqiq və dürüst təşkil olunacaq. Qrantların maliyyə-iqtisadi uyğunluğuna dair rəyin əldə edilməsi proseduru sadələşdiriləcək. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.
Buna da bax: Qrantların 'bir pəncərə' sistemi nə deməkdir? [ekspert rəyi]
Kollegiyada dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının sayının 4 300-ü, KİV-lərin sayının isə 5 100-ü ötdüyü bildirilib.
İclasda bəzi qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı da bildirilir.
Ancaq bəzi ekspertlər də düşünür ki, bu fərman heç də bu sahədə köklü dəyişikliyə səbəb olmayacaq. Nəticədə bütünlükdə köklü siyasi islahatlar aparılması vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər aradan qalxmayacaq.