Azərbaycanda Ümumi Daxili Məhsul artıb, yoxsa azalıb?
Rəsmi məqamlar artımdan, müstəqil ekspertlər azalmadan danışır
Dövlət Statistika Komitəsinin sentyabrın 15-də yaydığı məlumata görə, 2015-ci ilin yanvar-avqust aylarında ölkədə ÜDM 4.2 faiz artıb. Ancaq AzadlıqRadiosunun hesablamaları göstərir ki, bu il faktik ÜDM nominal ifadədə 3 milyard 200 milyon manat azalıb.
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 39,2 milyard manatlıq, 2015-ci ilin yanvar-avqust aylarında isə 36 milyard manatlıq ÜDM istehsal edilib.
Əmtəə və xidmətlərin mövcud qiymətlərlə ifadəsini tapan dəyəri nominal ÜDM adlanır.
Bunu da oxu: Polşada azərbaycanlı məhbusları müdafiə aksiyası- [Fotolar]
İqtisadçi ekspert Natiq Cəfərlinin fikrincə, faktik və real göstəricilərinə görə, ÜDM ilin birinci rübündə azalıb:
“Azalma 2-ci yarıda daha çox olacaq, çünki ilin ilk 6 ayında ölkənin əsas məhsulu olan neftin ortalama qiyməti 59 dollar civarında idi. İndi neftin qiyməti həmin göstəricidən 10 dollar azdır və ilin sonunadək daha da aşağı qiymət ehtimal olunur. O üzdən faktik və real rəqəmlərlə ÜDM-in daha da azalması gözlənilir. Belnəlxalq reytinq agentliklərinin gözləntiləri də bu yöndədir. ÜDM-in 4.2 faiz artması barədə hökumətin dedikləri, sadəcə, rəqəmlərlə oynamaq və bəzi indikatorların dəyişdirilməsidir”.
Bunu da oxu: Bakıda “Nurcu”lara qarşı reyd keçirilib
İqtsadçı ekspert Azər Mehtiyev də ÜDM-in real artımı barədə deyilənlərlə razılaşmır:
“ÜDM-in təməlini təşkil edən əsas məhsullar – neft və qaz hasilatı aşağı düşübsə, fiziki artım necə ola bilər?”.