"Ölkədə yetişdirilən kənd təsərrüfatı və ərzaq məhsullarının xaricə çıxışını çətinləşdiriblər. Bununla da sahibkar və əkinçilərin işini əngəlləyirlər. Fitosanitar karantin sertifikatını 100-150 manata satırlar, halbuki, bu sertifikatın dövlət rüsumu 35 manatdır".
Bunu ölkə xaricindəki bazarlara kənd təsərrüfatı məhsullarının ixracıyla məşğul olan sahibkar Cəlil Musayev deyir. O, xaricə daşınan məhsulların sənədləşmələrinə görə rüsumdan bir neçə dəfə çox pul alınmasından şikayətçidir:
Buna da bax: 'Tavandan bir ilan qıvrıldı düşdü stolun ortasına'
“MƏHSULUN YARISI BAZARA SALAMAT ÇIXIR”
"Mən əsasən, gilas, alma, pomidor, xiyar aparıram. Ancaq sənədlərə görə istədikləri pulu verməyəndə yükləri müxtəlif bəhanələrlə gecikdirirlər. Günlərlə yükdə qalan ərzaqlar və kənd təsərrüfatı məhsulları zay olur. Ərzaq məhsulları aparan sahibkarlar var ki, məhsulları gecikmə üzündən xarab olanda oturub ağladıqlarını görmüşəm".
Sahibkar deyir, bir dəfə kənd təsərrüfatı nazirinin bölgələrdə keçirdiyi qəbulda olub və bununla bağlı şikayətini bildirib. Nazir də ona belə məzmunda şikayət daxil olmadığını deyib və məsələni araşdıracağına söz verib:
Buna da bax: 200 minlik evdə də pandus problemi olanda...
"Ancaq yenə köhnə hamam, köhnə tasdır. Mən düzgünlüyü, qanunu sevən, bir az da prinsipial adamam. Deyirəm, ‘qanunla rüsum nədir, ödəyim, əlavə pul verməyəcəm’. Buna görə də hər dəfə yükü saxlayırlar, sənədləşməni ləngidirlər, nəticədə məhsulların Rusiya bazarına yarısı salamat gedib çıxır, yarısı elə gözləmələrdə çürüyür".
NAZİRLİK İDDİALARI QƏBUL ETMİR
Cəlil Musayev sahibkarlardan əlavə pullar alınmaqla incidilmələri ilə bağlı prezident İlham Əliyevə də yazıb.
Kənd Təsərrüfatı Nazirliyi isə iddiaları qəbul etmir. Qurumdan "Qaynar xətt"ə bildirilib ki, əlavə və qanunsuz ödəmələrlə bağlı deyilənlər həqiqətə uyğun deyil.
Buna da bax: Yeni Balaxanı – palçıq dizdən, problem xirtdəkdən...
Kənd təsərrüfatı üzrə ekspertlər də tez-tez çıxışlarında sahibkarlardan qanunsuz ödəmələr tələb olunduğunu qeyd edirlər.
Prezident İlham Əliyevsə müşavirələrində məmurlara sahibkarlarla davranışa görə bir neçə dəfə xəbərdarlıq edib.