Ailə zorakılığı nədir - Şəxsi həyatın özəllikləri, yoxsa ictimai-sosial bəla? Bu zorakılıqlar cəmiyyəti hara aparır? 60 ildir bir yerdə yaşayan ailədə ailə zorakılığı olub, amma həm evin xanımı, həm də kişisi bunu normal qarşılayır.
Respublikanın illik qaza olan ehtiyacı 8.5 milyard kubmetr təşkil edir. Ekspertlərin fikrincə, bunu da daxili imkanlar hesabına təmin etmək mümkündür. Hələliksə bu il tələbatı ödəmək üçün Rusiya və İranla aparılan danışıqlar davam edir
Bunu təhsil müəssisələrində keçirilən son monitorinq üzə çıxarıb. Təhsil Nazirliyindən bildirirlər ki, havalar sərt keçsə, ötən il olduğu kimi, yeganə əlac uşaqları məcburi tətilə buraxmaq olacaq. Paytaxtda isitmə baxımından müasir standartlara cavab verən məktəblər barmaqla sayılacaq qədərdir
Bir qrup qəzet redaktorları və jurnalist qurumlarının oktyabrın 23-də imzaladıqları birgə bəyanatda bildirilir ki, ANS telekanalına qarşı təzyiqlər və Azərbaycanda BBC, «Azadlıq» radiosu və «Amerikanın Səsi»nin radio verilişlərinin retranslyasiyasını qadağan etmə cəhdi narahatlıq doğurur
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin yaydığı məlumata görə, şirkət bu yataqdan hasilata nəzərdə tutulduğundan 4 ay tez başlaya bilib. «Şərqi Azəri» dəniz platformasından maksimal stabil hasilat zamanı sutkada 260 000 barel neft hasil ediləcək
«Azadlıq» radiosu və «İnternyus-Azərbaycan»ın birgə layihəsi - «İkisi bir yerdə»də gender problemləri müzakirə olunur.
Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin müdiri Oqtay Haqverdiyev deyir ki, birbaşa investisyaların azalması heç də o demək deyil ki, bunun Azərbaycan iqtisadiyyatına ziyanı olacaq: «Hətta gözləyirdik ki, bir müddətdən sonra daxili investisiyaların həcmi xarici investisiyalardan çox olacaq»
BMT-nin Ticarət və İnkişaf Konfransının açıqladığı hesabatda deyilir ki, Azərbaycana birbaşa investisiyalar 2004-cü ildəki 3,6 milyard dollardan 2005-ci ildə 1,7 milyard dollara düşüb. Bu azalma 2007-ci ildən sonra daha kəskin şəkil ala bilər
Fəaliyyətə başlanmasından bu vaxta kimi Dövlət Neft Fonduna 3 milyard dollar vəsait daxil olub. Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, bu günə kimi vəsaitlərin 1,4 milyard dollarından artığı istifadə edilib, qalan pullar gəlirlərin səmərəli idarəsi məqsədilə xarici banklarda yerləşdirilib
«İkisi bir yerdə» verilişi ikinci sayında kişi və qadın peşələri, ümumiyyətlə kişi işi görən qadınlardan bəhs edir. Müzakirələr qatılan ekspertlər Qadın Tədqiqatlar Birliyinin direktoru Sacidə Abdulvahabova və Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədovdur
«Azadlıq» radiosu «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə yeni layihəsini təqdim edir. ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanan «İkisi bir yerdə» verilişi gender problemlərinə həsr olunur
Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu qədim İpək Yolunun müasir variantı olacağı, Qazaxıstandan keçməklə Şanxay və Honkonqa qədər uzanacağı bildirilir. Bundan başqa, bu xətt Mərmərə layihəsi ilə birləşdirilərək Britaniyadan Çinə yükdaşımaları həyata keçirməyə də xidmət edəcək
Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsindən Mehdi Məmmədov iddia edir ki, əmanətlərin qaytarılmasının gecikdirilməsi artıq onlarda belə bir təəssürat yaradır ki, bəzi şəxslər məsələni 2008-ci ilin prezident seçkilərinə qədər uzadıb-ondan təbliğat vasitəsi olaraq istifadə etmək istəyir
Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev bildirir ki, Rusiyanın Gürcüstanı iqtisadi yolla cəzalandırması Azərbaycana birbaşa ciddi təsir etməyəcək. Onun fikrincə, yeganə narahatçılıq Gürcüstandan keçən və Rusiyanın da elə əvvəldən isti yanaşmadığı Bakı-Tbilisi-Ceyhan kəməridir
Sürücülər nəqliyyatda yeni qiymət artımına belə münasibət bildirir. Səbəbini isə artımın azlığı və qeyri-müəyyənliyi ilə bağlayırlar. Bəzi sürücülərin fikrincə isə, hökumət növbəti dəfə yanacağın qiymətlərini artıracaq deyə, indidən nəqliyyatda qiymətləri qaldırır
Milli Bankdan bildirirlər ki, onlar manatın kursunun sıçrayışlarla deyil, daha stabil şəkildə olmasını təmin etmək üçün bazara müəyyən müdaxilələr edirlər. Ekspertlərin fikrincə, əgər bu müdaxilələr olmasaydı-manat daha çox möhkəmlənərdi
Gələn il üçün büdcə layihəsində gəlirlər və xərclər arasındakı fərq təxminən 380 milyon yeni Azərbaycan manatı olacaq. Məbləğ öz-özlüyündə yetərincə böyük olsa da, həm hökumətdə, həm də müxalifətdə yer alan iqtisadçıların fikrincə, bu kəsir elə də önəmli sayılmamalıdır
Azad Nəqliyyatçılar Birliyin eksperti Səyavuş İsmayılov deyir ki, avtomobil körpüləri və qovşaqlar tikiləndən sonra da tıxac problemi aradan qalxmayacaq. Sadəcə, şəhərin mərkəzi hissəsinə girişlərdə yaranan tıxaclar bütün avtomobil axınlarının kəsişdiyi mərkəzə köçəcək
ARDNŞ prezidenti Rövnəq Abdullayev deyir ki, benzin və maye qazın qiymətinin 2007-ci il yanvarın 1-dən artırılacağı ilə bağlı iddiaların heç bir əsası yoxdur. Cənab Abdullayev hazırda ölkədə yaranan maye qaz qıtlığının səbəbini «bəzi işbazların qiymətlərin qalxmasından ehtiyatlanaraq, anbarlarına ehtiyat yığmağa çalışması» ilə əlaqələndirib
Qurumun prezidenti Edmund Dakoru təşkilatın üzvü olmayan Anqola, Braziliya, Qazaxıstan və Azərbaycanda neft hasilatının artmasından narahat olduğunu bildirib və əlavə edib ki, bu artımlar 2007-ci ildən başlayaraq neftin qiymətinin ciddi azalmasına gətirib çıxara bilər
Davamı