Azərbaycan Avropa Şurasına üzv olandan belə ümidlər yaranmışdı ki, ən azı qanunvericilik sahəsində fəaliyyət dönməz xarakter alacaq, qanunlar müasirləşməkdə və demokratikləşməkdə davam edəcək. Amma illər keçdikcə belə ümidlər seyrəlir, Avropa Şurasının ölkə hakimiyyətinə təsiri azalır
Ölkədə ömürlük vəzifə və postların sayı artır. Siyasi partiyalarda rəhbərlər demək olar ki, dəyişmir. Hətta seçkidən hamıdan çox danışan və yazan jurnalistlər belə bu günlərdə özlərini bu tendensiyadan sığortalaya bilmədilər
İlk Azərbaycan parlamenti cəmi iki il fəaliyyət göstərib. Amma bu iki il bütöv bir tarixə çevrilib. İndiki parlamentin tarixə çevrilməsi üçün isə ölkədə parlamentarizm problemləri ciddi şəkildə çözülməlidir
Bütün bu suallara birmənalı cavab vermək olmur. İllər keçir, amma ölkənin təhlükəsizliyi real təminatlar üzərində qurulmur. İndi Cənubi Qafqazda əsl geosiyasi rəngarənglik hökm sürür. Ermənistan Rusiya ilə sıx ittifaqdadır, Gürcüstan NATO-ya can atır, Azərbaycan isə ehtiyatlı siyasət yürütməkdə davam edir
Rusiya təbii ki, çox həssas bir dövr seçib. İndi Azərbaycanda seçki dövrüdür. Belə vaxtda Rusiya ilə əlaqələrə xüsusi önəm verilir. Amma məsələ təkcə seçki ilə bağlı deyil. Söhbət on illər ərzində formalaşan siyasətin təftişindən gedir
Hazırda ölkənin siyasi qüvvələri arasında dialoq yox dərəcəsindədir. Belə bir dialoqu ilk növbədə hakimiyyət təşkil edə bilərdi. Amma hakim siyasi qüvvənin buna marağı yoxdur. Əksinə belə təəssürat yaranır ki, siyasi hadisələrin tezliyinin və davamlılığının azalması hakim siyasi qüvvəni daha çox təmin edir
Həll olunmamış Dağlıq Qarabağ problemi mühüm geoiqtisadi proseslərə təsir etməkdə davam edir. Elə buna görə də gələcəkdə üzücü və nəticəsiz danışıqlar prosesinin başlanması ehtimalı istisna edilmir
Çox qəribə mənzərə yaranıb. Seçkidə iştirak etməklə etməmək arasında seçim çətinləşib. Siyasi qərarlar arqumentləşdirilərək qəbul edilməlidir. Hər iki halda isə arqumentlər zəifdir. İ ndiki durumda seçkidə iştirak etmək müxalifət üçün birmənalı məğlubiyyət deməkdir. İştirak etməmək isə onun ölkə siyasətindən çəkilməsi kimi qiymətləndirilir
Hər şey əvvəlki seçkilər vaxtında olduğu kimi cərəyan edir. Yenə də hakim partiya seçkidə böyük qələbə qazanacağına əmindir, mətbuat məhdud fəaliyyət çevrəsindən çıxa bilmir, seçkini müşahidə edəcək qeyri-hökumət təşkilatları isə müxtəlif hüquqi və qeyri-hüquqi problemlər yaşayırlar
Seçki prosesi hər üç respublika üçün politoloji test deməkdir. Amma əvvəlki illərdən fərqli olaraq respublikalarda bu yanaşma rəsmi səviyyədə inkar olunmağa, «ayrılıqda götürülmüş ölkədə seçki» yanaşması daha çox üstünlük kəsb etməyə başlayır
Azərbaycanda müstəqil mətbuat bir neçə qəzetlə təmsil olunub. Bunların olmayacağı təqdirdə Azərbaycan digər avtoritar ölkələrdən, məsələn, Türkmənistandan heç nə ilə fərqlənməyəcək
Yeni Azərbaycan Partiyası artıq 15 ildir ki, hakimiyyətdədir. Bu illər ərzində daxili və xarici siyasətdə çox hadisələr baş verib. Amma əsas fundamental problemlər hələ də öz həllini tapmayıb
Necə olub ki, Seçki Məcəlləsinin faktiki olaraq iki layihəsi meydana çıxıb? Təəssüf ki, bu suala cavab vermək mümkün deyil. Mümkündür ki, seçkinin müddətinin qısaldılması təklifini gündəliyə gətirməklə hakimiyyət müxalifətin və ictimai dairələrin mövqeyini bilmək istəyirdi
Seçkiyə münasibətdə boykot, aktiv boykot və iştirak tərəfdarlarına bölünmüş müxalifət bundan sonra nə edəcək? Seçkiyə münasibətdə hansı mövqe üstünlük təşkil edəcək? Bütün bu sualların cavabını indi vermək mümkün deyil
Qanunda ancaq xəbərdarlıq nəzərdə tutulubsa, icazə almağa ehtiyac yoxdursa, onda müxalifət öz aksiyalarını şəhərin mərkəzi hissələrində keçirməyə çalışacaq. Belə halda hakimiyyət nə edəcək?
Neftdən gələn gəlirlər artdıqca ölkə məmurlarının nəinki daxili, hətta xarici tənqidə dözümü azalır. Hətta ən adi faktların dilə gətirilməsi, ölkədə demokratiyanın vəziyyəti ilə bağlı tənqidi fikirlərin söylənilməsi qərəz kimi qiymətləndirilir
Müxalifət isə bu həftə özünün ilk kütləvi aksiyasını keçirməyə hazırlaşır. Belə ki, Müsavat Partiyası bu günlərdə ilk mitinqini keçirməyə israrlıdır. Amma partiyanın mitinqin yeri ilə bağlı müraciətinə hələ cavab verilməyib
Seçki marafonuna hələ bir neçə ay qalıb. Prinsipcə, bu müddət ərzində hökumət operativ olaraq vəziyyəti dəyişməyə cəhd edə bilər. Bunun ilk işartıları görünür. Artıq taxıl fondunun yaradılması haqqında sərəncam var. Amma hökumət qısa müddət ərzində vəziyyəti dəyişə biləcəkmi?
Moldova da Azərbaycan kimi kiçik dövlətdir və dünyadakı proseslərdə o qədər də böyük rol oynamır. Keçmiş sovet respublikalarından biri olan bu ölkəni diqqətə gətirən əsas amillərdən biri budur ki, o, da GUAM –ın üzvüdür və onun da ərazisində separatçı rejim fəaliyyət göstərir
Hələki Rusiya öz bəyanatlarında və hərəkətlərində Dağlıq Qarabağın adını çəkmir. Sözsüz ki, bunun yeganə səbəbi rəsmi Bakının NATO məsələsində ehtiyatla davranmasıdır. Amma bu ehtiyatlı davranış nə vaxta qədər davam edəcək? Hiss olunur ki, Azərbaycan bununla bağlı narahat anlar yaşayır
Davamı