Prezident Buş martın 31-də Kiyevə rəsmi səfər edərək Ukraynanın və digər keçmiş sovet respublikası olan Gürcüstanın NATO-ya qəbul olunması ideyasını dəstəklədiyini nümayiş etdirib
Respublikaçı Con Makkeyn Dağlıq Qarabağ məsələsində daha çox neytral mövqe tutmağa çalışır ki, bu da Azərbaycanın maraqlarını təmin edir. Türkiyə gəldikdə isə o, daha dostyana münasibətlərin tərəfdarıdır. Azərbaycanlılar da öz seçimlərini edib, onu dəstəkləməklə müsbət münasibət qurmaq istəyirlər
Respublikaçıların Cənubi Karolinada keçirdikləri ilkin seçkilərdə senator Con Makkeyn qalib gəldikdən sonra, o, konservativ düşərgənin liderinə çevrilib. Bu seçkilərdən sonra Amerika mediası digər respublikaçı namizədlərin şanslarını bitmiş hesab edir
Amerikada prezidentlik uğrunda seçki kampaniyası davam etdikcə, namizədlər arasında rəqabət güclənir. Eyni zamanda həm demokrat, həm də respublikaçılar daxilindəki ziddiyyətlər də genişlənir
Seçicilərlə görüşündə Barak Obamanın natiqlik məharətinə rişxənd edən senator Hillari Klinton deyib: «Amerikaya yaxşı danışan yox, yaxşı iş görən lider lazımdır». Barak Obama bu hücumlara fikir verməyərək öz əsas mesajlarını təkrarlamaqda davam edib
Türkiyə mediası qeyd edir ki, bu əməliyyatların psixoloji nəticələri onun riyazi nəticələrindən daha artıq əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyatlar PKK-ya ABŞ-Türkiyə münasibətləri barədə güclü mesajlar göndərir
«Çox aydın kontrast idi. Prezident Vladimir Putin demək olar ki, özünü Rusiyanın növbəti baş naziri təyin etdikdən düz bir gün sonra Kiyevin Radası azad səsvermədə Yuliya Timoşenkonu baş nazir seçdi»
«Vaşinqton Post»: İran və Şimali Koreya məsələsində real təsir rıçaqları olmayan ABŞ vaxtilə senator Corc Aykenin Vyetnam məsələsində təklif etdiyi yolu tutub – «qələbə elan edib evə getmək»...
ABŞ dövlət katibi Kondoliza Rays İraqa gözlənilməz səfər edərək Türkiyənin son hücumu və PKK problemini İraq rəsmiləri ilə müzakirə edib. «Vaşinqton Post» qəzeti Kondoliza Raysın bu səfərinin detallarını təsvir edən reportaj hazırlayıb
Hakabi yazır ki, terrora qarşı müharibəni ABŞ dünya ilə deyil, dünyanın yanında duraraq aparmalıdır: «ABŞ-ın ərəb və müsəlman dünyasında əsas çətinliyi radikalizmə qarşı real mötədil alternativin olmamasıdır »
«Vaşinqton Post» qəzeti belə yazır. Məqalədə müəllif iddia edir ki, Putin bu və ya digər formada hakimiyyətdə qalmağa məhkumdur, çünki prezidentliyi ərzində müxtəlif şirkətlər vasitəsilə topladığı 30-40 milyard dollara yaxın pulu başqa cür qoruya bilməz
Dekabrın 5-də «Vaşinqton Post» qəzeti Karnegi fondunun baş mütəxəssislərindən olan Robert Kaqanın məqaləsini dərc edib. «Artıq Buş administrasiyası qalan dövrü ərzində İrana qarşı nə hərbi əməliyyatlar apara bilər, nə də bu imkanla İranı inandırıcı şəkildə təhdid edə bilər»
Bu başlıqda noyabrın 27-də «Vaşinqton Post» qəzeti məqalə dərc edib: «Putin müxalifəti əzir, çünki bunu edə bilir. Dollar çökür, Buş getmək üzrədir, Avropanın vahid Rusiya siyasəti yoxdur. Bu müddət ərzində isə Rusiya neft pullarında üzür…»
Noyabrın 26-da Amerikanın konservativ dərgisi olan «National Review» bu adda məqalə dərc edib. Müəyyən mənada ABŞ-ın konservativ dairələrinin rəyini əks etdirən dərgidə müəllif Pakistandakı son siyasi prosesləri təhlil edir
Putin «Qərb mütəxəssislərinin» köməyi ilə Rusiyada küçə çevrilişinə hazırlaşan müxalifəti Rusiyanın düşməni elan edib: «Onlara zəif və dayanıqsız dövlət lazımdır. Onlara parçalanmış cəmiyyət lazımdır ki, onun arxasında öz çirkin oyunlarını qura bilsinlər»
Nyu-Yorkda Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı Mükafatlarının təqdim olunması mərasimi keçirilib. Bu il mükafatı alanlar arasında Rusiya , Pakistan , Çin və Meksika jurnalistləri var
Ekspertlərin fikrincə Gürcüstandakı problemlər kifayət qədər ciddidir və ölkədəki quruculuq işləri bir nəslin belə tam həll edib qurtara bilməyəcəyi bir işdir
«Washington Post» Amerika Pakistan əlaqələrindən bəhs edən analitik məqalə dərc edib. Müəllif yazır ki, 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-ı dəstəkləyən Pərviz Müşərrəf Amerika üçün qəhrəman kimi idi
10 siyasi partiyanın daxil olduğu Gürcüstan müxalifət bloku prezidentliyə noyabrın 12-də Levan Qaçeçiladzenin namizədliyini irəli sürüb. O, «New York Times» qəzetinə məqsədə nail olmaq üçün yalnız demokratik vasitələrdən istifadə ediləcəyini deyib
Baş nazir Ərdoğanla görüşdən sonra jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti deyib: «ABŞ PKK-nı terror təşkilatı hesab edir. O, həm Türkiyənin, həm İraqın, həm də ABŞ-ın düşmənidir»
Davamı