Etiraz məhkəmə tərkibində olan hakimlərin hamısına verildiyindən bu məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov özü baxıb qərar verməlidir.
"Kanal 11" internet televiziyasının həbsdəki rəhbəri Teymur Kərimov deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalıb.
Dövlətə xəyanətdə - Ermənistanın xüsusi xidmət orqanlarına məlumat ötürməkdə suçlanan 21 yaşlı Fidan Əliyevanın vəkili onun psixi durumunda problemlər olduğunu düşünür.
Bir ilə yaxındır həbsdə olan keçmiş deputat Nazim Bəydəmirli iki nəfər işadamına hədə-qorxu gələrək onlardan pul almaqda ittiham edilir.
Məhkəmə ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və mayın 2-də həbs olunan I qrup əlil Famil Xəlilovu ev dustaqlığına buraxmaqdan imtina edib.
34 yaşlı Yunis Quliyev deyir ki, onu deputata sui-qəsd üzündən saxlayıb, sonra da narkotiklə şərləyərək həbsə göndəriblər.
Həbsdə olan ictimai fəal İlhamiz Quliyev deyir ki, polislərin vətəndaşları narkotiklə necə şərləməsi barədə müsahibəsinə görə cəzalandırılıb.
2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. Nəticədə bir nəfər zabit - baş leytenant Adil Sabirli həyatını itirib
Keçmiş deputat Nazim Bəydəmirli deyir ki, həbsdə olduğu 10 ayı aşan müddətdə ona dəfələrlə vədlər verilib, həbsinin anlaşılmazlıq olduğu və tezliklə aradan qalxacağı bildirilib.
Həbsdə olan ictimai fəal Rail Abbasov deyir ki, ona verilən dələduzluq ittihamı saxtadır.
Ötən il İsveçdən readmissiya edilən Famil Xəlilovun həbs olunduğu bildirilir.
Elmar Vəliyevə sui-qəsddə ittiham edilənlərdən biri olan Ceyhun Salahov həbsindən 6 il ötdüyünü deyir. Amma niyə həbs olunduğunu hələ bilmədiyini də sözlərinə əlavə edir.
Davamı