Oktyabrın 8-də "Human Rights Watch" və "Freedom Now" insan haqları təşkilatları yaydıqları birgə hesabatda Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı kinli hücum aparıldığını yazıblar.
Milli Məclisin 43 deputatı oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərə xitam verilməsini istəyib.
Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin doğum günüdür. Kreml Putinin bu doğum gününü MDB dövlət başçıları ilə birgə keçirəcəyini açıqlayıb. Putin, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Ukrayna müharibəsinə görə beynəlxalq axtarışa verilib və haqqında həbs qərarı çıxarılıb.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olub.
Oktyabrın 1-də İran İsrailə 200-ə yaxın raketlə zərbə endirib. Rəsmi Tehran bu addımını İsrailin HƏMAS və "Hizbullah" liderlərini öldürməsinə cavab kimi atdığını bildirib. İsrail isə İranın bu addımına ən sərt formada cavab verəcəyini bildirib.
Ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin 27 yaşlı oğlu Heydər Əliyevin iqtisadi məsələlər üzrə müşavirədə iştirak etməsi medianın diqqətindən yayınmayıb. Bu da gənc Heydər Əliyevin Azərbaycan siyasətindəki indiki və bundan sonrakı rolu barədə suallar doğurub.
23 sentyabrda Milli Məclisin yeni tərkibinin ilk iclası zamanı bəzi deputatların yuxulaması görüntüləri sosial şəbəkələrdə yayılmışdı.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.
Noyabrda Bakıda COP29 beynəlxalq iqlim sammiti keçiriləcək. Sammit ərəfəsində bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı siyasi məhbusları azad etməyə çağırırlar.
"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi". Bunu prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Sentyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqlədi. Bununla da növbədənkənar parlament seçkilərinə nöqtə qoyuldu.
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. MSK artıq seçkilərin yekun nəticələrini müəyyən edib və onu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərib.
Davamı