Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin avqustun 9-dan təşviqat mərhələsi başlayıb.
Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücum edib.
Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğun qurbanı olublar, saatları oğurlanıb. Səfir “Turan” agentliyinə hücum nəticəsində yüngül xəsarət aldıqlarını təsdiqləyib, amma saatın qiymətinin mətbuatda hədsiz şişirdildiyini deyib.
Gədəbəyin Söyüdlü kəndində 1 il öncə etirazlara səbəb olmuş qızıl mədəninin tullantı anbarının genişləndirilməsinə rəsmi icazə verilib. İcazəni Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining”in törəmə şirkəti “Azerbaijan International Mining Company Limited” (“AIMC”) alıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraili təhdid edərkən işlətdiyi "Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edə bilərik" bəyanatının Bakıda xoş qarşılanmayacağı gözlənilən idi. Hakimiyyətyönlü media orqanları bu açıqlamanı tənqid etməyə başlayıblar.
Son günlər Yaxın Şərqdə baş verənlər münaqişənin genişlənə biləcəyi sarıdan narahatlıq yaradır.
İyulun 28- də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili təhdid edib. O, çıxışı zamanı belə deyib: "Qarabağa, Liviyaya necə girmişiksə, onlara da eynisini edə bilərik". Eyni tarixdə sosial şəbəkələrdə Ərdoğanın əlini öpmək istəməyən uşağa əlini zorla öpdürmə videosu gündəm olub.
Azərbaycanda hökumət tənqidçiləri müxtəlif ittihamlarla saxlanarkən onların barəsində, bir qayda olaraq, həbs-qətimkan tədbiri seçilməsi yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidlərinə səbəb olur. Hakimiyyətin təkzibinə baxmayaraq, fəallar məhz baxışlarına görə təqib olunduqlarını deyirlər.
İyulun 22-də xalq artisti Ağadadaş Ağayev ilə evinin yaxınlığındakı klinikanın gözətçisi arasında insident baş verib.
II Şuşa Qlobal Media Forumu başa çatıb. İlham Əliyev forumdaki çıxışı zamanı deyib: "Təsəvvür edin ki, "Vaşinqton Post" redaktorlar səviyyəsində onlarla məqalə dərc edir. Məni diktator, satrap adlandırırlar".
Hakimiyyət Milli Mətbuat Gününü Şuşada "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Qlobal Media Forumu ilə qeyd edir.
Azərbaycanda internet qiymətləri artırılır.
Davamı