Sentyabrın 7-də "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və jurnalistlər Hafiz Babalı ilə Nərgiz Absalamovanın həbs müddəti artırılıb.
Noyabrda Bakıda COP29 iqlim sammiti keçiriləcək. Sammitə hazırlıqla əlaqədar Bakının müxtəlif yerlərində təmir işləri gedir. Rəsmilər COP29 çərçivəsində Bakıya 80 minə yaxın qonağın gələcəyini deyirlər.
Sentyabrın 4-nə keçən gecə Rusiya ordusu Ukraynanın Lvov və digər şəhərlərinə raket və dron zərbələri endirib. Azı 7 nəfər həlak olub, onların arasında uşaqlar da var. Sentyabrın 3-də Poltava şəhərinin vurulması nəticəsində isə azı 53 nəfər həlak olub, 270 nəfər yaralanıb.
1 sentyabrda Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb. Bu il də parlamentdə əsas çoxluğu 68 mandatla YAP təmin edib. Müxalifət seçkinin total pozuntularla keçdiyini deyir, iqtidar bununla razılaşmır.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək. Azərbaycan rəsmiləri seçkinin normal və şəffaf keçiriləcəyini deyir. Bəzi müxalifət partiyaları, ictimai fəallar, o cümlədən xarici ekspertlər seçkidə çoxlu sayda pozuntuların olacağını iddia edirlər.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkidə VII çağırış parlamentində növbəti beş ildə yer alacaq 125 deputat seçiləcək.
Avqustun 23-də politoloq Bəhruz Səmədov haqqında dövlətə xəyanət maddəsi ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Eyni gün başqa bir fəal, Səməd Şıxı hava limanında saxlanıb.
İctimai fəal Bəhruz Səmədovun saxlandığı bildirilir.
Azərbaycan BRICS-ə üzvlük üçün rəsmən müraciət edib. BRICS-in hazırda doqquz üzv dövləti var. Təşkilat yaradılarkən əvvəlcə, əsasən, iqtisadi məqsədlərdən bəhs edilsə də, indi bəzi təşkilatçı ölkələrin onun fəaliyyətində geosiyasi maraqlar da güddüyü bildirilir.
Avqustun 19-da Rusiya prezidenti Vladimir Putinin şərəfinə Bakıda verilən ziyafətin menyusu açıqlanıb. Menyuda qara kürü, "təndirdə keçi", kükü, qutab və s. yer alıb.
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana ikigünlük səfəri başlayıb. Bu, Rusiya liderinin Azərbaycana 2018-ci ildən bu yana ilk səfəridir.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Davamı