Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:27

Baş nazirə «vicdanın minalıdır» ittihamı


Baş nazir Rəcəb Tayyip Ərdoğan müxalifətin ünvanına söylədiyi «onların zehinləri minalıdır» sözləri cavabsız qalmayıb
Baş nazir Rəcəb Tayyip Ərdoğan müxalifətin ünvanına söylədiyi «onların zehinləri minalıdır» sözləri cavabsız qalmayıb
Türkiyə Böyük Millət Məclisində (TBMM) Suriya sərhəddindəki minalı torpaqların təmizlənməsi ilə bağlı qanun layihəsinin müzakirələri qalmaqal yaradıb.

Hökumətin minaların təmizlənməsi işini İsrailə həvalə etmək istəməsi müxalifətin sərt reaksiyasına səbəb olub.

Baş nazir Rəcəb Tayyip Ərdoğanın müxalifətin ünvanına söylədiyi «onların zehinləri minalıdır» sözləri cavabsız qalmayıb. Tunceli vilayətindən müstəqil millət vəkili Kamer Genc buna cavab olaraq «bizim zehnimiz, sənin də vicdanın minalıdır» - deyib.

Hakim AKP üzvlərindən Ərdoğana «hörmətli» demədiyi üçün reaksiyalar görən Genc, «hörmət etmədiyim insanla bağlı danışanda «hörmətli» sözünü işlətmərəm» - deyə cavab verib.

AKP parlament qrupu sədrinin müavini Bekir Bozdağ isə bu sözlərlə belə cavab verib:

«Biz hər şeylə yarışarıq, ancaq böhtanla yarışa bilmərik, əxlaqsızlıqla yarışa bilmərik, ədəbsizliklə yarışa bilmərik».

Müxalifətin sərt reaksiyasına səbəb olsa da, AKP-nin parlament qrupu minalarla bağlı qanun layihəsini Məclisdən keçirməkdə israrlıdır.
XS
SM
MD
LG