Dünya İqtisadi Forumunun sentyabrın 8-də yayılan hesabatına görə, Azərbaycan qlobal rəqabətlilik indeksində 18 pillə irəliləyib. Azərbaycan bu sahədə 133 ölkə arasında 51-ci yerdədir, keçən il isə 69-cu idi.
AZƏRBAYCANIN İRƏLİLƏYİŞİNİ DİF BELƏ İZAH EDİR
Dünya İqtisadi Forumu Azərbaycanda iqtisadi sabitliyi və iş bazarında vəziyyətin yaxşılaşmasını xüsusilə qeyd edir.
Təşkilat Azərbaycanı milli ehtiyatları və büdcəsi artan, dövlət borcları az olan bir dövlət kimi xarakterizə edir.
Hesabata əsasən, Azərbaycanda bir iş qurmaq üçün keçilməsi mütləq olan proseduraların sayı 13-dən 6-ya, bunun üçün lazım olan vaxt isə 30 gündən 16 günə endirilib.
DİF AZƏRBAYCANDAKI PROBLEMLƏR HAQDA
Dünya İqtisadi Forumu biznesin qarşısında duran problemlərin də az olmadığını qeyd edir. Ən böyük problem isə korrupsiyadır.
Dünya iqtisadi Forumunun sorğusunda iştirak edən iş adamlarının 20 faizə yaxını biznesə ən böyük maneənin korrupsiya olduğunu deyib. Biznesə mane olan 15 mümkün faktor sırasında sahibkarlar korrupsiyadan sonra işçi qüvvəsinin uyğun savadının olmamasını, vergilərin yüksəkliyini, vergi qanunvericiliyini və bürokratik əngəlləri sadalayıblar.
BƏS QONŞU ÖLKƏLƏRDƏ VƏZİYYƏT NECƏDİR
Dünya İqtisadi Forumu rəqabət qabiliyyətinə görə Rusiyanı 63-cü, Gürcüstanı 90-cı, Ermənistanı isə 97-ci sırada göstərir.
133 ölkənin siyahısına İsveçrə başçılıq edir. ABŞ keçənilki 1-ci yerini itirib, 2-ci sıraya düşüb. Səbəb onun maliyyə bazarlarının və makroiqtisadi sabitliyin zəifləməsidir.
Sinqapur, İsveç və Danimarka da siyahıda ilk beşlikdədir.
DİF-LƏ RAZILAŞMAYANLAR
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın göstəricilərinin bu qədər təriflənməsi ölkədəki iqtisadçıların bir çoxunu təəccübləndirib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, Azərbaycanın özündə bu Forumun qeyd etdiyi irəliləyişləri hiss etmir:
«Azərbaycanın yeri dəyişsə də, ölkə daxilində bu irəliləyiş hiss edilmir. Makroiqtisadi sabitlik var. Amma bu, makroiqtisadi göstəricilərin artması demək deyil, əksinə, azalma var. Böyük ehtimalla, hesabatda göstərilən irəliləyiş böhrana baxmayaraq, Azərbaycanda ümumi daxili məhsulda 2009-cu ildə artım olması ilə bağlıdır».
DİF-LƏ RAZILAŞANLAR
Vüqar Bayramov iqtisadiyyatda ciddi irəliləyişlər hiss etmədiyini desə də, onun həmkarı iqtisadçı alim Vüsal Qasımlı bu fikirlərlə razı deyil.
Vüsal Qasımlı deyir ki, dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycanda kütləvi işsizlik olmadı. Əksinə, Azərbaycan böhranda makroiqtisadi sabitliyi saxladı, manatın sabitliyini qorudu, inflyasiya birrəqəmli oldu.
Vüsal Qasımlı hesab edir ki, manatın kursunun sabit saxlanmasına hökumət 2 milyard manata qədər pul xərcləsə də, bu pul ölkədə qiymətlərin kəskin artaraq əhalinin yoxsullaşmasının qarşısını aldı:
«51-ci yer Azərbaycan üçün kifayət qədər yaxşı yerdir. Mən əvvəldən deyirdim ki, böhran Azərbaycana öz rəqabət qabiliyyətini yüksəltmək üçün bir şansdır. Bu, o demək deyil ki, böhran şəraitində biz Azərbaycan iqtisadiyyatını daha da gücləndirdik. Xeyr, sadəcə olaraq, digər ölkələrin geriləməsi bizə nisbətən daha çox idi. Bu geriləmənin fonunda biz az da olsa, 2.5 faiz də olsa iqtisadi artım tempini saxlamışıq».
AZƏRBAYCANIN İRƏLİLƏYİŞİNİ DİF BELƏ İZAH EDİR
Dünya İqtisadi Forumu Azərbaycanda iqtisadi sabitliyi və iş bazarında vəziyyətin yaxşılaşmasını xüsusilə qeyd edir.
HESABAT HAQDA
- Dünya İqtisadi Forumu yaydığı məlumatda qeyd edir ki, ölkələrin rəqabət qabiliyyəti 110 sahə üzrə vəziyyətə dair açıq informasiyalar əsasında qiymətləndirilib. Qiymətləndirmədə üçün 133 ölkədə 13 sahibkar arasında sorğu da keçirilib.
DİF HAQDA
- Dünya İqtisadi Forumu müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1971-ci ildə yaradılan və əsasən iqtisadi sahədə araşdırmalarla məşğul olan təşkilatın mərkəzi ofisi Cenevrədədir.