Balkan ölkələri və Şimali Qafqaz indi Azərbaycandan sərmayə qoyuluşu gözləyir. Bu barədə prezident İlham Əliyev oktyabrın 24-də Nazirlər Kabinetinin iclasında məlumat verib. Prezidentin dediyinə görə, Azərbaycan xarici bazarlara investisiyalarını artırmalıdır:
«Rusiyanın Şimali Qafqaz respublikalarının iqtisadiyyatına investisiyalar qoyula bilər. Xüsusilə nəzərə alsaq ki, bu yaxınlarda Şimali Qafqaz respublikalarının rəhbərləri bizim qonaqlarımız idi və hər iki tərəf maraqlıdır ki, Azərbaycan investisiyaları Şimali Qafqaz respublikalarına gəlsin. Bu məqsədlə yaxın zamanlarda iqtisadi inkişaf naziri böyük heyətlə oraya ezam ediləcək, orada imkanlar araşdırılacaq və biz bu məsələyə də çox müsbət baxırıq. Bu da ikitərəfli Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün vacib olan məsələdir və münasibətlərdə bir yenilikdir. Bu, iqtisadi maraqlarımıza xidmət edir və təbii ki, Şimali Qafqazın iqtisadi inkişafına öz töhfəsini vermiş olacaqdır».
UMAC VƏ ƏRİŞTƏ MƏSƏLƏSİ
Hazırda Azərbaycanın Gürcüstan, Rusiya, Türkiyə, Ukraynada qoyduğu investisiyalar neft və neft məhsulları sahəsidir. Burda ARDNŞ-in əsas istiqaməti yanacaqdoldurma məntəqələri və neftayırma zavodlarının tikilməsidir.
İqtisadçı Zöhrab İsmayıl deyir ki, Azərbaycanın ixracatının 94 faizi neft sektoruna aiddir və elə prezidentin çıxışında da başqa sahələrdən yox, Neft Şirkətinin investisiyalarından söhbət gedir:
«Ümumiyyətlə, Azərbaycan nə dərəcədə öz problemlərini həll edib ki, başqa ölkələrə böyük investisiya yatırtmağa başlayıb? Aşkar görünür ki, ölkədə investisiya mühiti yaxşı deyil. Əks halda, bu qədər investisiya tələbatı olan ölkənin dövlət şirkətləri başqa dövlətlərə investisiya qoymaq barədə fikirləşməzdi. Məsələn, Dövlət Neft Şirkəti niyə Azərbaycanın qərbində bir Neftayırma Zavodu açmaq barədə fikirləşməsin?»
İlham Əliyev çıxışında onu da deyib ki, Azərbaycanda yeni neft-kimya kompleksinin yaradılması ilə bağlı konkret təkliflər var.
NİYƏ ŞİMALİ QAFQAZ?
Ancaq prezidentin çıxışı ekspertlərdə cavablardan çox suallar yaradıb. Məsələn, Balkan və ya Şimali Qafqaz ölkələrinə yatırımın hansı iqtisadi nəticələri olacaq?
İqtisadçı Natiq Cəfərli deyir ki, Rusiya biznesmenləri belə, öz vəsaitləri hesabına Şimali Qafqaz ölkələrinə sərmayə qoymağa ehtiyat edirlər:
«Ordakı investisiyaların çox böyük hissəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Xüsusi investorlar orda öz vəsaitləri ilə iştirak etməkdən çəkinirlər. Çünki qeyri-stabil bir bölgədir. Və orda hər an qoyulan investisiyaların itirilməsi qorxusu yaşana bilər. Bu nöqteyi-nəzərdən, məncə, Azərbaycanın orda investisiya layihələri həyata keçirməsi çox böyük risk daşıyır. O investisiyaların gələcək taleyi müəyyən mənada qaranlıq qalır».
HANSI ŞİRKƏTLƏR?
Prezident İlham Əliyev qeyd edib ki, «indi həm özəl sektor investisiyalara başlayacaq, həm dövlət tərəfindən bu məsələ də müzakirə edilir».
Bəs Azərbaycanın xarici ölkələrə sərmayə qoymağa və orda rəqabətə davam gətirməyə hansı şirkətləri var?
Ekspertlər hesab edir ki, monopol məhsul istehsalçısı Dövlət Neft Şirkəti istisna olmaqla, gözə dəyən və uğurlu layihələrdən xəbər verən başqa şirkət yoxdur.
Zöhrab İsmayıl:
«Prezident toxunur ki, özəl investisiyalar da qoyulacaq. Ancaq mən bunu görmürəm, mən bunu təsəvvür etmirəm ki, bizim burdakı sahibkarlar Balkanlarda nəyə investisiya qoya bilərlər?»
Sahibkar Ədalət Abbasov ekspertlərlə razılaşır. O hesab edir ki, ölkə daxilində biznes mühit normal deyil, buna görə də yaxşı biznesmenlər yetişmir:
ƏDALƏTLİ RƏQABƏT MÜHİTİ OLMADAN...
«Sahibkara münbit şərait yaradılmalıdır ki, o, normal fəaliyyət göstərə bilsin. Azərbaycanda bu gün vergi, gömrük, mülkiyyət hüququnun qorunması ilə bağlı böyük problemlər var. Buna görə də Azərbaycanda inanmıram kimsə investisiya qoysun. Ölkədə normal şərait yaradılmalıdır, sahibkar həmin normal rəqabət şəraitində yetişməlidir. Amma Azərbaycanda ədalətli rəqabət mühiti olmadığı üçün normal sahibkar yetişmir».
İqtisadçı ekspert Nazim Məmmədov isə hesab edir ki, xarici ölkələrdə investisiya qoyan Azərbaycanın adlı-sanlı şirkətləri var. Onun fikrincə, xaricə sərmayə qoyuluşu həm də o ölkələrin Azərbaycan üçün münbit şərait yaratması ilə bağlı məsələdir:
«Biz dəfələrlə məlumat almışıq ki, Gürcüstanın turizm sahəsinə, otelçilik biznesinə Azərbaycandan kifayət qədər iş adamı maraq göstərib. Eyni zamanda, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Ukraynada, Qazaxıstanda tikinti sahəsinə vəsait qoyan şirkətlər var. Bu yaxınlarda Akkord şirkətləri haqqında məlumatlar var idi ki, o, müxtəlif ölkələrdə müxtəlif layihələri həyata keçirir. Bu da Azərbaycan şirkətidir. Misal üçün, Azərsun Gürcüstanda çay fabriki açıb».
XARİCDƏ DAŞINMAZ ƏMLAK- ŞƏXSİ MƏSƏLƏ?
Prezident İlham Əliyev nazirlərlə müşavirədə başqa bir məsələyə də toxunub. O deyib ki, maliyyə resurslarının şaxələndirilməsi üçün valyuta ehtiyatlarının bir hissəsini daşınmaz əmlaka yönəltmək lazımdır.
İqtisadçı Natiq Cəfərlinin fikrincə, dövlət vəsaitlərinin daşınmaz əmlak formasında saxlanılması dünyada çox az görünən təcrübədir:
«Əsasən dövlət vəsaitləri qiymətli kağızlarda saxlanılır. Bunun qarantiyası çox böyükdür. Məsələn, dünyada ən böyük dövlət vəsaiti Çindədir. Onun artıq 3 trilyona yaxınlaşan dövlət fondu var. Dünya praktikasında nadir hallarda rast gəlinir ki, dövlət hər hansı daşınmaz əmlakın alınması və investisiya halında saxlanılması haqqında düşünsün. Mənə elə gəlir ki, dövlət başçısının vurğuladığı şəxsi məsələlərlə dövlət məsələlərinin qarışdırılmasından irəli gəlir».