Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Elif Şafak - Fransanı silkələmiş məktub haqqında


Əlif Şəfəq
Əlif Şəfəq
Elif Şafak


KƏLMƏLƏRDƏN QALA QURMAQ


Yəqin ki, dünya tarixində çox az mətn “J’Accuse” (“İttiham edirəm”) qədər təsirli ola bilib.

Bu həftə Emile Zola-nın məşhur məktubunun yayınlanmasının ildönümüydü.

Avropanın müxtəlif yerlərində ədəbiyyat adamları, sənətçilər, qəzetçilər, elm adamları, hətta siyaətçilər də o günlərdə yaşananları yada salan nitqlər söylədilər, yazılar qələmə aldılar.

Bu səbəbdən bu yazıda “Jerminal” kimi möhtəşəm əsərə imza atmış Emile Zola-nı yad etmək istədim.

1898-ci il yanvarın 13-də Fransanın aparıcı qəzetlərindən olan “L’Aurore”da şok effekti doğuran bir yazı çıxdı.

Fransa ədəbiyyatının ən parlaq nümayəndələrindən olan Zola tərəfindən qələm alınmış və heç kimin gözləmədiyi bir məktubdu bu.

Açıq şəkildə o vaxtkı dövlət başçısını və tanınmış siyasətçiləri adbaad, səbəbini göstərməklə tənqid edən bir mətn, bir yalvarış, uzun bir hayqırtı.

Bir neçə saat içində kəlmələr yanğının alovu kimi böyüdü, kəlmələr qala qurdu, pıçıltılar şəklində qulaqdan-qulağa dolaşdı, hər yanı sardı.

Həmin gün qəzet 10 qat artıq tirajla – 300 min nüsxə satıldı.

Belə böyük maraq Zola-nın həmin dövrdə davam edən bir münahisəni, daha doğrusu bir mübahisədə dövlətin tutduğu mövqeyi kəskin tənqid etməsiydi.

“Gerçəyi söyləcəyəm. Mənim missiyam danışmaqdır...” Yoxsa bir məhkumun işləmədiyi günaha görə aldığı cəzanın ağırlığı çökəcəkdi ürəyinə, gecələr dinclik tapmayacaq; bundan sonra başını yastığa qoyub rahat yata bilməyəcəkdi... Zola dostlarına və həyat yoldaşına belə deyəcəkdi.

HƏDƏLƏR VƏ HƏBS CƏZASI

Dreyfus mübahisəsi - Avropa tarixinin dönüş nöqtələrindən biri olmaqla yanaşı həm də sanki sonralar yaşanacaq qaranlıq döngələrdən xəbər verirdi.

Yəhudi olduğu üçün bir günah keçisi olaraq seçilən, almanlara casusluq etməkdə günahlandırılan, ədalətli məhkəməyə layiq bilinməyən, haqsız yerə damğalanan, həbs edilən və cəzalandırılan kapitan Dreyfus.

Xarici dil bildiyi, savadlı olduğu və təbii ki, milli azlıq nümayəndəsi olduğu üçün “Vətənə bağlılığı çox şübhəli görünən” bir adam.

Birinci Dünya Müharibəsi ərəfəsində artan şovinizm, irqçilik, aşırı millətçilik və paranoya şəraitində qurban olaraq seçildi.

Yeganə günahı makro və faciəvi dəyişikliklərin yaşandığı şəraitdə, zamanda “yad” kimlikli olmasıydı.

Hadisəni kənardan izləyən Zola uzun müddət dinməsə də, nəhayət dözə bilməyib dövlət başçısı və ayrı-ayrı siyasətçiləri olanlara “incə şəkildə” göz yummaqda
Zolyanın məktubu
Zolyanın məktubu
suşlayan bir mətn yazdı.

Kəskin, aydın, rasional bir tərzdə.

“İttiham edirəm”dən sonra Fransa iki düşərgəyə bölündü.

Bir tərəfdə Dreyfusu müdafiə edənlər, o biri tərəfdə Dreyfusa qarşı olanlar.

Tarixi böyunca ölkənin belə qütbləşməsinə çox az təsadüf edilib.

Bir tərəfdə Zola-ya dəstək olan ziyalılar, demokratlardı.

Onlar imzalar toplayıb səslərini birləşdirdilər.

Zola-ya qarşı çıxanlar isə küçələrdə yürüşlər keçirir, tonqallar qalayır, irqçi şüarlar səsləndirirdilər.

Bir ağızdan “Zola yəhudi lojasından maliyyələşir, ən böyük vətən xaini elə odur!” ittihamları səslənirdi.

Ara söhbətləri, dedi-qodular, həqarətlər və iftiraların biri bir quruş idi.

Zola hədələndi, təkləndi, ordunu təhqir etmək ittihamı ilə məhkəməyə çəkildi.

Məhkəmədə özünü müdafiə edərkən çıxışını “Gün gələcək, Fransa mənə təşəkkür edəcək” – sözləriylə bitirdi.

O bunları görməsə də, tarix onu haqlı çıxardı.

ARXASINCA 50 MİN İNSAN YÜRÜDÜ

Yazıqlar olsun ki, yazara bir illik həbs cəzası verildi.

Küçələrdə, meydanlarda onun həm lehinə, həm də əleyhinə çıxışlar davam etdi: onu
Emile Zola
Emile Zola
düşmən sayanlar da çoxaldı.

Amma məktubu xeyli dərəcədə təsirli oldu.

Dreyfus mübahisəsinə bir daha qayıdıldı, haqq öz yerini tutdu.

Xeyli keçəndən sonra dövlət başçısı tərəfindən əfv edildi Dreyfus, şəxsiyyətinə inam bərpa olundu.

Zola öləndə tabutunun arxasınca 50 min insan yürüdü.

Müxtəlif nəsilləri təmsil edən milyonlarla insan yas tutdu ona.

Anatole France məktub hadisəsini “İnsanlığın şüurunda ən mənalı an, bir sıçrayış” deyə dəyərləndirdi.

Əgər oxumamısınızsa, yaxud görməmisinizsə, “Jerminal” həm möhtəşəm bir roman, həm də möhtəşəm bir filmdir.

Filmdə Gerard Depardieu’-nin oynadığı rol unudulmazdır.

Bu, 1860-cı illərdə kömür mədənlərindəki fəhlələrin durumunu anladır.

Ağrı-acı, üsyan, ümid...

Vaxtilə ən böyük büdcəli film idi.

İlk dəfə baxanda universitet tələbəsiydim.

İşıqlar yananda yerimdən qalxa bilmədiyimi xatırlayıram; üzərimə çökən ağırlığı, hüznü, işsizliyi... Kimsəylə danışmama arzusunu...

Bu dünyadan bir Emile Zola gəlib keçdi.

Əsərləriylə, kəlmələriylə, vicdanıyla...

Dediyim kimi, yad eləmək istədim ədəbiyyat tarixinin bənzərsiz ustadını.

www.elifsafak.com.tr.
15.01.2012
XS
SM
MD
LG