18:52
3.3.2014
SON XƏBƏRLƏR
- Donetsk vilayət hakimiyyətinin binasına yüxlərlə adam hücum edəndən sonra burada iclas keçirilib, Donetskdə referendum keçirilməsi haqda qərar elan olunub. Vilayət rəhbərliyi qərarı qanunsuz adlandırıb.
- Krımda mənsubiyyət nişanı olmayan yaraqlılar Ukrayna hərbi hissələrininin blokdasını davam etdirir. Sevastopolda Ukrayna Hərbi dəniz hissəsinin zabitləri deyirlər ki, onlara Ruysiya donanmasında olan maaşlar vəd edilib. Təklif rədd edilib.
- Ukrayna daxili işlər nazirliyinin nümayəndəsi Velkovich bəyan edib ki, Rusiya xüsusi xidmətlərinin martın 3-dən 4-ə keçən gecə təxribat törətmək planları var. "Onlar rus hərbşilərini qətlə yetirib, günahı Ukrayna tərəfinin üstünə yıxmaq istəyirlər" - deyə Velkovich bildirib.
18:27
3.3.2014
Vəfa Quluzadə deyir ki, Qərblə Rusiya müharibə həddinə çatsa, Azərbaycanla Gürcüstan işğala məruz qalacaq:
«Bu müharibədə Rusiya məğlub olacaq, Qərb qalib gələcək. Ancaq Rusiya da Qərbin Cənubi Qafqazdakı maraqlarına zərbə vurmaq istəyir. Yəni bu qələbəyədək bizim başımız əziləcək. ABŞ-ın, NATO-nun Rusiya üzərində qələbəsinədək döyüş gedəcək. Bu döyüşdə Cənubi Qafqaz ayaq altında qalacaq».

18:02
3.3.2014
#Ukraine Bakı sakinləri Rusiyanın Krıma qoşun yeritməsinə necə baxır http://t.co/wYZjJcMqPm
— AzadliqRadiosu (@RadioAzadliq) 3.3.2014
17:50
3.3.2014
#Ukraine Lavrov Rus tanklarini yox, Qerb diplomatlarini gorur http://t.co/I3qBs2lrea
— AzadliqRadiosu (@RadioAzadliq) 3.3.2014